İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   41   42   43   44   45   46   47   48   ...   168

 
90
Qaraqala - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.116) qeyd edilmişdir. Oronim Azərbaycan dilində mənasında işlənən qara sözü ilə 
qala sözünün birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir. 
Qaraqışlaq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. 
Rayon mərkəzindən 9 km məsafədə, Zəngi çayından axan arxın sağ sahilində, Qarnıgöz bulağının 
yanında yerləşir. 1590-cı ildə  tərtib edilmiş  «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə (143, s.161), 
Qafqazın 5 verstlik xəritəsində (348, s.117) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 151 nəfər, 1873 - cü ildə 735 nəfər, 1886-cı ildə 735 nəfər, 1897-ci ildə 
1007 nəfər, 1904 - cü ildə 832 nəfər, 1914 - cü ildə 1123 nəfər, 1916-cı ildə 1052 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.82-83, 152-153). 1918-ci ildə  kəndin sakinləri erməni təcavüzünə  məruz qalaraq 
deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri 
öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 514 nəfər, 1926-cı ildə 753 nəfər, 1931-ci ildə 850 
nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83, 152-153). 1988-ci ilin oktyabr-noyabr aylarında 
azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi 
burada ermənilər yaşayır. 
Toponim qədim türk dilində «böyük, geniş» mənasında işlənən qara sözü ilə (93, s.42), «qış 
vaxtı heyvandarların yaşadığı yer, yaşayış yeri» mənasında işlənən qışlaq sözündən əmələ gəlmişdir. 
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Dostluq, Ermənistanın 
prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Hayanist qoyulmuşdur. 
Qaraqoyunlu - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda 
kənd. Kəndin digər adı Qaraqoyun kimi göstərilir (415, s.48). «İrəvan  əyalətinin icmal dəftəri»ndə 
(143, s.99) qeyd edilir. 
Kənddə 1831-ci ildə 236 nəfər, 1873 - cü ildə 355 nəfər, 1886-cı ildə 474 nəfər, 1897-ci ildə 
456 nəfər, 1908-ci ildə 432 nəfər, 1914 - cü ildə 475 nəfər, 1916-cı ildə 509 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.48-49, 128-129). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq 
deportasiya olunmuşdur. Kənddə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 
ermənilərlə yanaşı 1922-ci ildə 178 nəfər, 1926-cı ildə 228 nəfər, 1931-ci ildə 246 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.49, 129). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-53 - cü illərdə 
azərbaycanlılar Azərbaycana köçürülərək tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.  İndi 
burada ermənilər yaşayır. 
Toponim qaraqoyunlu türk etnonimi (245, s.52; 232, s.64-66; ASE, III c., s.55) əsasında əmələ 
gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Qaraqoyunlu - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. 
Gərnibasar çayının yaxınlığında, poçt yolunun üstündə yerləşir. 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.99), Qafqazın 5 verstlik xəritəsində (348, s.117) 
qeyd edilmişdir. 
Kənddə 1873 - cü ildə 376 nəfər, 1886-cı ildə 464 nəfər, 1897-ci ildə 389 nəfər, 1904 - cü ildə 
551 nəfər, 1914 - cü ildə 606 nəfər, 1916-cı ildə 589 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 156-
157). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla öz doğma kəndlərindən qovulmuşlar 
(309, s.216). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz 
kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 60 nəfər, 1926-cı ildə 101 nəfər, 1931-ci ildə 119 nəfər 
(415, s.87, 157), 1939 - cu ildə 321 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi 
qərarı ilə Qaraqoyunlu kəndinin sakinləri -azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana 
köçürülmüşdür. Kənd xarabalığa çevrilmişdir. 
Toponim qaraqoyunlu türk tayfasının adı (245, s.52; 232 s.64-66; ASE, III c., s.55) əsasında 
əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qaraqoyunlu dərəsi - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonunda ərazi. Qaraqoyunlu dərəsi deyilən  ərazidə 1988-ci ilə kimi Azərbaycan 
türklərinin yaşadığı Gölkənd, Çaykənd, Əmirxeyir, Bəriyabad, Qaraqaya, Yanıxpəyə, Cıvıxlı kəndləri 
yerləşirdi. Toponim qaraqoyunlu etnoniminin əsasında yaranmışdır. Etnooronimdir. Quruluşca 
mürəkkəb oronimdir. 


 
91
Qaraqula - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində  kənd 
Alagöz dağının 10 km şimal-qərbində yerləşir. 
Toponim qədim türk dilində «böyük, geniş, hündür, uca» mənasında işlənən qara sözü ilə (94, 
s.71) «dağın  şimal, gün düşməyən yamacı» mənasında işlənən qula sözünün (339, s.164) 
birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib,Getan qoyulmuşdur. 
Qaraqüzey - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində 
kənd olmuşdur. 
Toponim qədim türk dilində «böyük, geniş» mənasında işlənən qara sözü ilə Azərbaycan 
dilində «gün düşməyən yer» mənasında işlənən qüzey sözünün birləşməsindən  əmələ  gəlmişdir. 
Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qaraqüzey - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi rayonunda dağ. Qədim türk 
dilində «geniş» mənasında işlənən qara sözü ilə «şimal, gün düşməyən yer» mənasında işlənən qüzey 
sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir. 
Qaraqulax - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 20 km məsafədə, Qalaçayın sahilində, Səlimçayının sol qolunun 
üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.117) qeyd edilmişdir. Burada ermənilərdən 
başqa 1897-ci ildə 3 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır (415, s.92-93). İndi ermənilər 
yaşayır. 
Toponim türk dilində «böyük, iri, geniş» mənasında işlənən qara sözü ilə türk dilində «dərə, 
təpə, təpəlik, hündür yer, yayla, təpələr arasında düzənlik», «arxın ayrıldığı yer» mənasında işlənən 
qulak //kulak sözündən (339, s.310-311) əmələ  gəlmişdir. Relyef əsasında  əmələ  gələn mürəkkəb 
quruluşlu toponimdir. 
Qaradağ - Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indiki Şəmşəddin rayonu 
ərazisində qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. 
Toponim Azərbaycan dilində «hündür, uca, böyük» mənasında işlənən qara sözü ilə dağ 
sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Qaradağlı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.116) qeyd 
edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828-1830 - cu illərdə 
İrandan köçürülmüşdür (386, s.547-549; 415, s.14). Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 128 nəfər, 
1873 - cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919 - cu ildə 360 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). 1919 - cu ilin axırlarında azərbaycanlılar soyqırıma 
məruz qalaraq deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ 
qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 163 
nəfər, 1931-ci ildə 105 nəfər azərbaycanlı yaşamışdır (415, s.48-49, 128-129). SSRİ Nazirlər Sovetinin 
xüsusi qərarı ilə 1948-1953 - cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunaraq 
Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır. 
Toponim böyük türk tayfası  qızılbaşlardan olan qaradağlı tayfasının adı (354, s.92) əsasında 
əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Tsaxkaşen, 
20.X.1967-ci 11 fərmanı ilə yenidən dəyişdirilərək Mrqavet qoyulmuşdur. 
Qaradaş - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) 
rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Kəndin  ərazisində azərbaycanlıların 
həyatı ilə bağlı XVII-XVIII əsrlərə aid tarixi abidələrin, eləcə  də  oğuz qəbiristanlığın qalıqları 
qalmaqdadır (Ermənistan Sovet Ensiklopediyası, X c., İrəvan, 1984, s.329). Toponim rəng bildirən 
qara sözü ilə Azərbaycan dilində «qaya» mənasında işlənən  daş  sözü  əsasında  əmələ  gəlmişdir. 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Kəndin adı erməni dilinə kalka edilərək Sevkar (Qaradaş) qoyulmuşdur. 
Qaradaş dağı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonundakı Sarıyaqub kəndində dağ. Oronim Azərbaycan dilində  rəng mənasında işlənən qara və 
«dağ», «qaya» mənasında işlənən daş sözlərindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir. 
Qara  Əhmədli - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonunda qışlaq. Rayondakı Çaykənd kəndinin yaxınlığında yerləşirdi. 1937-ci ilədək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə