1810
Qubada rus müstəmləkəçiləri əleyhinə üsyan baş verməsi. Üsyan nəticəsində, əyalət şurası öz fəaliyyətini
dayandırdı və hakimiyyət bütünlüklə komendata verildi. Beləliklə, I Rusiya-İran müharibəsi dövründə
Azərbaycanda müstəmləkə əsarətinə qarşı baş vermiş ilk çıxışların hamısı qəddarlıqla yatırıldı
1810 iyun
P.V.Kotlyarevskinin Mehrini ələ keçirməsi
1810
I Rusiya-İran müharibəsinin gedişində Abbas Mirzənin ruslarla sülh danışıqlarını yenidən bərpa etməsi. Lakin
ingilis nümayəndəsi Herford Ceksonun bu danışıqları pozması nəticəsində sülh danışıqları baş tutması
1812 may
Buxarest sülhü. Sülhün şərtlərinə əsasən osmanlılar Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən
işğal olunmasını təsdiq etdi
1812 10 oktyabr
Aslandüz döyüşü. Döyüş nəticəsində general Kotlyarevskinin başçılığı ilə ruslar əhəmiyyətli qələbə qazandı,
Abbas Mirzə isə məğlub olaraq döyüş meydanından qaçdı
1812 dekabr
Rus qoşununun Araz çayını keçərək Muğan istiqamətində hücuma başlaması
1812 31 dekabr
Lənkəran döyüşü. Döyüş nəticəsində Sadıq xan qəhrəmancasına həlak oldu və rus generalı Kotlyarevskinin
başçılığı ilə Lənkəran şəhəri tutularaq dağıdıldı. Aslandüz və Lənkəran döyüºləri I Rusiya-İran müharibəsinin
taleyini həll etdi və rus qoşunlarının İranın içərilərinə doğru irəliləməsi üçün rela şərait yarandı
1812
Hacı Əlinin Yelizavetpol dairəsinin iki min əhalisinin xaricdən geri qayıtmasına köməklik etməsi
1813 12 oktyabr
Gülüstan müqaviləsinin imzalanması. Gülüstan sülhünü İran tərəfindən Mirzə Əbülhəsən xan, Rusiya
tərəfindən Qafqazdakı rus qoşunlarının baş komandanı Rtişşev imzaladılar. Gülüstan sülhünün şərtlərinə
əsasən İran Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Lənkəran xanlıqları, Şərqi Gürcüstan və
Dağıstan Rusiyaya ilhaq edildi, Rusiya İrəvan və Naxçıvan xanlıqlarının İranın hakimiyyəti altında qalmasına
razılıq verdi, Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya verildi, Rusiya tacirlərinin
İranla ticarətində 5%-lik gömrük rüsumu müəyyənləşdirildi, İran ərazisində rus tacirləri daxili gömrük
rüsumlarını ödəməkdən azad edildilər. Beləliklə, Gülüstan müqaviləsinin imzalanması ilə I Rusiya-İran
müharibəsinə son qoyuldu və Azərbaycan torpaqlarının iki yerə bölüşdürülməsinin birinci mərhələsi başa çatdı
1813
Cəbrayıl kətxudası Yaqub ağanın Qarabağdan əsir aparılmış ailələrin İrandan geri qayıtmasını təşkil etməsi
1814 25 noyabr
İngiltərə ilə İran arasında Tehran müqaviləsinin imzalanması. Müqavilənin şərtlərinə əsasən İran hökuməti
öz sərhədləri tərəfindən Hindistanın təhlükəsizliyini təmin etməyi öhdəsinə götürdü. Bunun əvəzində isə
İngiltərə İrana 1809-cu il müqaviləsi üzrə hər il müəyyən edilmiş məbləğdə maliyyə yardımı göstərmək, silah
və hərbi gəmilər ayırmaq haqqında üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək, Gülüstan müqaviləsinin
şərtlərinə yenidən baxılmasına kömək göstərəcəkdi
1814-1829
Rusiyanın Kür çayında Xəzər dənizinə qədər balq ovlamağ müqatiəyə verməsi
1819
Erməni generalı V.Mədətovun göstərişi ilə Şəki xanlığının ləğv edilməsi
1820
Yermalovun göstərişi ilə Şamaxı xanlığının ləğv edilməsi
1822
Qarabağ xanlığının ləğv edilməsi
1823
İranla Osmanlı dövləti arasında “əməkdaşlıq haqqında müqavilə” bağlanması
1826
Lənkəran xanlığının ləğv edilməsi
II RUSİYA-İRAN MÜHARİBƏSİ (1826-1828). AZƏRBAYCANIN BÖLÜŞDÜRÜLMƏSİNİN İKİNCİ MƏRHƏLƏSİ
1825
Rusiyanın paytaxtında dekabristlər üsyanına baş verməsi və II Rusiya-İran müharibəsinin başlanmasını
sürətləndirməsi
1826 19 iyul
II Rusiya-İran müharibəsinin başlaması
1826-1828
II Rusiya-İran müharibəsi dövrü
1826 27 iyul
Gəncədə Rusiya əleyhinə üsyan baş verməsi. Gəncə üsyanı nəticəsində şəhərdəki rus qarnizonu və onlara
köməyə gələn hərbi yardım darmadağın edildi, şəhər Abbas Mirzənin qoşunu tərəfindən tutuldu
1826
General İ.F.Paskeviçin Qafqazdakı rus qoşunlarının komandanı təyin olunması
1826 3 sentyabr
Şəmkir döyüşü. Döyüş nəticəsində əvvəlcə iranlılar üstün olsa da erməni generalı Mədətov döyüşün həlledici
anında gürcü könüllülərinin qüvvələrindən istifadə etməklə İran qoşununu geri çəkilməyə məcbur etdi. Az
sonra İran ordusunun bu geri çəkilməsi məğlubiyyətlə nəticələndi
1826 13 sentyabr
Gəncə döyüşü. Döyüş nəticəsində Seçmə İran ordusu darmadağın edilərək Xudafərin körpüsünə tərəf qaçmağa
məcbur edildi. Döyüş II Rusiya-İran müharibənin sonrakı gedişinə təsir göstərdi, faktiki olaraq, onun
müqəddəratını həll etdi
1826 dekabr
Şəkidə Hüseyn xanın başçılığı ilə Rusiya əleyhinə üsyan baş verməsi. Hüseyn xanın qaldırdığı üsyan da 20 il
əvvəl Şəkidə Səlim xanının Rusiya əlyhinə qaldırdığı üsyan kimi məğlubiyyətlə nəticələndi. Hüseyn xan
İrana qaçmağa məcbur oldu və bu ərazilər yenidən rus qoşunları tərəfindən işğal edildi
1827 20 a
prel
Paskeviçin komandanlığı altında rus qoşunlarının Xudafərin körpüsünü ələ keçirməsi
1827 16 iyun
Naxçıvanın ruslar tərəfindən döyüşsüz ələ keçirilməsi
1827 5 iyul
Cavanbulaq döyüşü. Döyüş nəticəsində qüvvə cəhətdən üstün olan ruslar qələbə çalaraq iyulun 7-də
Abbasabad qalasını işğal etdilər. Bu qələbə İrəvan xanlığının taleyində faciəli rol oynadı
1827 20 sentyabr
Sərdərabad döyüşü. Rusların qalib gələrək Sərdarabad qalasını tutması
1827 1 oktyabr
Rus qoşunlarının İrəvan qalasını işğal etməsi. İrəvan qalasının tutulmasına görə general Paskeviçin tituluna I
Nikolayın fərmanı ilə “Erivanski” sözü əlavə edildi. İrəvan qalasının işğalından sonra Rus komandanlığının
Azərbaycanın cənubuna hücumu başladı