1803
Qanıx (Alazan) döyüşü. General Qulyakovun carlıları məğlub edərək Balakəni ələ keçirməsi
1803
Rus qoşunlarının Car-Balakən camaatlığı ilə İlisu sultanlığını işğal etməsi. Rusiyanın faktiki olaraq
Azərbaycanla müharibəyə başlaması
1803 12 aprel
“Andlı öhdəlik” adlı sənədin imzalanması. “Andlı öhdəliy”in şərtlərinə əsasən Car-Balakənin daxili
muxtariyyəti saxlanıldı, carlılar Rusiya xəzinəsinə ipəklə xərac ödəməli, sədaqət əlaməti olaraq Rusiyaya
əmanətlər verməli və öz ərazisində rus qoşunlarını yerləşdirməli idi
1803 29 noyabr
Rus qoşunlarının Şəmkiri tutması
1803 dekabr
Rus qoşunu ilə Gəncə xanlığının qüvvələri arasında Quru qobu döyüşünün baş verməsi
1803 29 dekabr
Sisianovun rəhbərliyi ilə çağırılmış hərbi şuranın Gəncəyə hücum etmək haqqında qərar çıxarması
1804 3 yanvar
Sisianovun başçılığı ilə rus qoşunlarının Gəncəni işğal etməsi. Cavad xanın mayor Lisanoviç tərəfindən qətlə
yetrilməsi. Rusiya tərəfindən Gəncənin işğal edilməsi nəticəsində digər xanlıqların da taleyi faktiki olaraq həll
edildi, Azərbaycanın cənub bölgələrinə yol açıldı, Gürcüstanın şərq sərhədlərinin təhlükəsizliyi təmin olundu
və rus qoşunlarının Xəzər sahillərinə çıxarq Həştərxanla əlaqələrin təmin edilməsinə şərait yarandı
1804 yanvar
Carlıların “Andlı öhdəliy”in şərtlərini pozması. General Qulyakovun yenidən Cara soxulması və Carın ikinci
dəfə ruslar tərəfindən işğal olunması
1804
Zaqatala döyüşü. Döyüş nəticəsində rus ordusu carlılar tərəfindən məğlub edildi və general Qulyakov döyüşdə
öldürüldü
I RUSİYA-İRAN MÜHARİBƏSİ (1804-1813). AZƏRBAYCANIN BÖLÜŞDÜRÜLMƏSİNİN BİRİNCİ MƏRHƏLƏSİ
1804 14 iyun
Sisianovun tabe olmaq haqqında İrəvan xanı Məhəmməd xana məktubla müraciət etməsi
1804 16 iyun
I Rusiya–İran müharibəsinin başlaması
1804-1813
I Rusiya–İran müharibəsi dövrü. Müharibə hər iki tərəfdən də Azərbaycana qarşı işğalçı və ədalətsiz müharibə
idi
1804 27 iyul
Üçmüədzin (Eçməzdin) döyüşü. Rus qoşunlarının məğlub olması
1804 4 sentiyabr
Qəmərli döyüşü. Rus qoşunlarının məğlub olaraq geri çəkilməsi
1805 14 may
Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanması. Kürəkçay müqaviləsinin şərtlərinə
əsasən Qarabağ xanlığı Rusiya təbəəliyinə qəbul olundu, xanlıq müstəqil xarici siyasət hüququndan məhrum
edildi, xanlığın daxili idarəsi isə xanın ixtiyarında saxlanıldı, xan çar xəzinəsinə hər il 8 min
çevron
xərac
verməli və Şuşada rus qarnizonu yerləşdirilməli idi
1805 21 may
Şəki xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsinin imzalanması
1805 yay
Zavalişinin komandanlığı ilə rusların Ənzəli və Rəştə desant çıxarması. Lakin rusların bu cəhdi uğursuzluqla
nəticələndi
1805
Bakını və Gilanı tutmaq məqsədi ilə Sisianovun rus donanmasını Xəzər dənizinə göndərməsi
1805 27 dekabr
Şamaxı xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsinin imzalanması və xanlığın Rusiyaya birləşdirilməsi
1805
Rusiyanın Zəylik kəndinin zəy mədənlərini müqatiəyə verməsi
1806 8 fevral
Bakı xanı Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən Sisianovun qətlə yetrilməsi
1806 22 iyun
Dərbənd xanlığının ruslar tərəfindən ikinci dəfə işğal edilməsi
1806 3 oktyabr
Bakı xanlığının ruslar tərəfindən işğal edilərək ləğv edilməsi
1806 iyun
Lisaneviçin İbrahimxəlil xanı ailəsi ilə birlikdə qətlə yetirməsi. Buna cavab olaraq Şəki hakimi Səlim xanın
Rusiya himayəsindən imtina etdərək rus qarnizonunu Şəkidən qovması
1806
Səlim xanın başçılığı ilə Şəkidə Rusiyanın müstəmləkəçilik siyasəti əleyhinə üsyan baş verməsi
1806 oktyabr
Quba xanlığının ruslar tərəfindən işğal edilməsi
1806 22 oktyabr
Şəki yaxınlığında döyüş. Döyüşü nəticəsində ruslar qalib gələrək Şəkini ələ keçirdilər, Səlim xan məğlub
olaraq İrana qaçdı. Xanlığı idarə etmək üçün rusiyapərəst Cəfərqulu xan başda olmaqla müvəqqəti idarə
sistemi yaradıldı
1806
Car-Balakəndə rus müstəmləkəçiləri əleyhinə üsyan baş verməsi
1806-1812
Rusiya-Osmanlı müharibəsi baş verəsi
1806
I Rusiya-İran müharibəsi zamanı sülh danışıqlarına başlanılması. İran şahı Fətəli şahın öz nümayəndəsini sülh
təklifi ilə Qafqazdakı rus qoşunlarının baş komandanı general Qudoviçin yanına göndərməsi
1807 18 iyun
Gümrü döyüşü. Rusların osmanlı qoşununu məğlub etməsi
1808-1825
Rusiyanın Abşeronun neft quyularını müqatiəyə verməsi
1808 sentyabr-oktyabr
Rus qoşunlarının Üçmüədzini və Naxçıvanı ələ keçirməsi
1809
Qarababa döyüşü. Abbas Mirzənin rus qoşunlarını məğlub etməsi
1808-1809
Rusiyanın İrana qarşı hərbi kampaniyasının uğursuzluqla nəticələnməsi
1809
General Qudoviçin isfefaya göndərilməsi və A.P.Tormosovun Qafqazdakı rus qoşunlarının baş komandanı
təyin edilməsi
1809
Abbas Mirzənin Qarabağ, Göyçə və Yelizavetpolu ruslardan azad etməyə uğursuz cəhd göstərməsi
1810
Qubada xanlığının ləğv edilərək yerli bəylərdən ibarət əyalət şurası təşkil olunması və Bakı xanı II Mirzə
Məhəmməd xanın əyalət şurasının sədri təyin olunması