1887
Azərbaycan kəndlilərinin hərbi vergi adlı mükəlləfiyyət daşımağa başlaması. Hərbi vergi orduya
səfərbəyliyə alınmalı şəxslərin üç illik orta qazancı nəzərə alınmaqla hesablanırdı
1887
İlk rus-Azərbaycan məktəblərinin açılması
1887
İlk dəfə Bakıda ticarətin yarmarka formasının təşkil edilməsi
1887
Tiflisdə “Qafqaz ipəkçilik stansiyası”nın açılması
1889
Bakıda konka nəqliyyatının fəaliyyətə başlaması
XIX əsrin 80-cı illəri
Bakı neft sənayesinə rus və Rotşildin simasında fransız kapitalının nüfuz etməsi
XIX əsrin 80-90-cı illəri
Qaçaq Nağı, Dəli Alı, Qaçaq Nəbi (Zəngəzur qəzasında) və Qaçaq Kərəmin (Qazax qəzasında, Gürcüstan,
Şimali Qafqaz və Osmanlı imperiyası ərazisində) qaçaqçılıq fəaliyyəti göstərməsi
XIX əsrin 80-90-cı illəri
Bakıda rus dilində “Kaspi”, “Bakinskoye izvestiya” və “Baku” qəzetlərinin işıq üzü görməsi
XIX əsrin 90-cı illəri
Neftin fontan üsulu ilə çıxarılmasına marağın azalması
XIX əsrin 90-cı illəri
Bakıda Vişau şirkətinin timsalında ingilis kapitalının Bakı neft sənayesinə nüfuz etməsi
XIX əsrin sonları
Neft sənayesində inhisarların meydana gəlməsi
XIX-XX əsrlərin qovşağı
Neft çıxarılmasında Bakının dünyada birinci yerə çıxması
1890
H.Z.Tağıyevin “Kaspi” gəmiçilik cəmiyyətini ələ keçirərək, on gəmidən ibarət şirkət yaratması
1890 3 dekabr
“Sudan istifadə haqqında Əsasnamə” qəbul olunması və “Qafqaz Su Müfəttişliyinin yaradılması
1892
Çar tərəfindən Azərbaycanda yeni şəhər əsasnaməsinin təsdiq olunması. Bu əsasnamə Gəncə şəhərinə də
şamil edilirdi. Bu şəhər islahatı 1878-ci il islahatının yuxarı dairələri təmin etmədiyi üçün keçrilmişdi
1893
Neft sənayeçilərinin Peterbuqrda keçrilən müşavirəsində “Bakı ağ neft zavodçuları ittifaqı” adlı intisar
birliyinin yaradılması. Bu inhisarın yaradılması nəticəsində ağ neft istehsalçıları ilk dəfə olaraq Amerikanın
“Standart oyl” şirkəti ilə dünya ağ neft bazarını bölüşdürməyə nail oldular. Lakin, 1897-ci ildə daxili
çəkişmələr üzündən “ittifaq” dağıldı
1893
“Simens qardaşları və K
0
” səhmdar cəmiyyəti ilə bağlanmış müqavilə üzrə bu cəmiyyətin “Nobel qardaşları”
inhisarının neft ayırma zavodları üçün hər il 80-200 min pud kükürd kolçedanı verməsi
1894
Naxçıvan və Ordubadda yazı taxtası və məktəb partaları olan Azərbaycan məktəbləri açılması
1894
Bakıda ilk milli qiraətxanaların açılması
1895 avqust
Bakı tütün fabrikinin fəhlələrinin fəhlə hərəkatı tarixində ilk mütəşəkkil tətil keçirməsi
1895
Bakı Artistlər cəmiyyətinin təsis edilməsi
1896
Bakıda kişi gimnaziyasının fəaliyyətə başlaması
1896
H.Z.Tağıyevin “Yevlax mülkü”nü satın alması
1896
Azərbaycan səhnəsində N.V.Qoqolun “Müffətiş” piyesinin tamaşaya qoyulması
1896
A.Əliverdibəyovun “Rəsmli musiqi tarixi” əsəri ilə Azərbaycan musiqi tarixini yazması
1897
H.Z. Tağıyevin neft mədənlərini ingilis kapitalistlərinə satması və “Lifli maddələr emal edən Qafqaz səhmdar
cəmiyyəti”ni təsis etməsi
1898-1900
Memar İ.V.Qoslavskinin layinəsi üzrə H.Z.Tağıyevin müsəlman qızı məktəbinin binasının inşa edilməsi
1900
H.Z.Tağıyevin toxuculuq fabrikinin işə salınması
1900
Biləcəri-Metrovs-Maxaçqala dəmir yolu xəttinin istifadəyə verilməsi və Bakının Ümumirusiya bazarına
bilavasitə çıxmaq imkanı əldə etməsi
CƏNUBİ AZƏRBAYCAN XIX ƏSRDƏ
1797-1934
Fətəli şahın iranda hakimiyyəti. Fətəli şahın dövründən başlayaraq, Qacar şahlarının daxili və xarici siyasətində
Cənubi Azərbaycan xüsusi yer tuturdu. Fətəli şah zamanında Cənubi Azərbaycan “vəliəhdneşin” hesab
edilmiş, Təbriz isə həmişə rəsmi vəliəhdlərin iqamətgahı olmuşdur. İlk Qacar şahları dövründə Təbriz şəhəri
bir növ ikinci paytaxt hesab edildiyi üçün xarici ölkələrin diplomatik nümayəndəliklərinin iqamətgahı da
burada yerləşirdi
XIX əsrin I yarısı
Gülüstan müqaviləsindən sonra İran hökuməti tərəfindən Urmiya, Maku, Nəmin və Gərgər xanlıqlarının daxili
müstəqilliklərini saxlaması
1833-1851-ci illər
Təbrizdən Şimali Azərbaycanavə Rusiyaya xeyli məhsullar ixrac edilməsi. Rusiyaya ixrac edilən malların
mühüm hissəsini sənətkarlıq məhsulları təşkil edirdi. Şimali Azərbaycandan isə buraya zəfəran, ağ neft, ipək və
mis göndərilirdi
XIX əsrin 30-50-ci illəri
Cənubi Azərbaycanda pambıq və tütün əkilməyə başlanılması. 1837-1840-cı illərin məlumatlarına görə Cənubi
Azərbaycanda ən yaxşı keyfiyyətli pambıq Xoy mahalında becərilirdi. Marağa və Urmiya bölgələrində isə
yüksək keyfiyyətli kişmiş hazırlanırdı
XIX əsrin 30-50-ci illəri
Xoy, Urmiya və Qaradağda şüşə qablar istehsal edən müəssisələrin mövcud olması
XIX əsrin ortaları
Cənubi Azərbaycanda torpaqların böyük hissəsinin dövlətin mülkiyyətinə keçməsi
1848-1852
Cənibi Azərbaycanda Babilər hərəkatı baş verməsi. Babilər hərəkatı mövcud siyasi-inzibati quruluşda narazı
qüvvələrin hərəkatı olub ölkənin kapitalizmə keçid dövrü ərəfəsində baş verən il siyasi çıxışlardan idi.
Hərəkatının mərəkəzi Cənubi Azərbaycan, hərəkatın banisi isə Seyid Əli Məhəmməd idi. Feodallara, ali
ruhanilərə və xarici kapitala qarşı çevrilmiş Babilər hərəkatı tacir, sənətkar və kəndlilərin arzuların əks
etdirdi. Babin təlimində kişilərələ qadınlar arasında bərabərlik elan edilirdi
1850 may-dekabr
Babilər hərəkatının ən coşğun dövrü. Zənan şəhərində üsyan