1863
Zaqatalada Hacı Murtuzun başçılığı ilə üsyan baş verməsi. Üsyanın səbəbi əhalinin zorla xristianlaşdırılması,
çarizmin müstəmləkə siyasəti və məmurların özbaşınalığı, keşkəl sahiblərinin ingiloy və muğallar üzərindəki
hüquqlarının ləğv edilməsinə cəhd edilməsi idi. Ümummilli səciyyə daşıyan üsyanın hərəkətverici qüvvələrini
keşkəl sahibləri, müsəlman ruhaniləri, yerli imtiyazlı təbəqələr və sadə xalq kütlələri təşkil edirdi
1864
Balaxanı neft mədənlərində kəndlilərin icbari əməyinin ləğv edilməsi
1864
Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin çəkilməsi
1865
“Simens qardaşları və K
0
” şirkətinin Gədəbəydə misəritmə zavodu inşa etdirməsi
1865
Simens qardaşlarının Daşkəsəndə kobalt zavodu inşa etdirməsi
1865
Bakıda dənizkənarı bulvarın salınması
1865
Bakıdakı 4 sinifli ali ibtidai məktəb əsasında gimnaziya təşkil edilməsi ilə Azərbaycanda rəsmi olaraq ilk orta
məktəbin açılması
1865
Kənd cəmiyyətləri haqqında qanunun qəbul edilməsi. Bu qanuna əsasən Rusiyadan fərqli olaraq, Azərbaycanda
hüquqları xeyli məhdud olan vahid kənd idarəsi yaradıldı, kənd cəmiyyətini kətxuda, cəmiyyətə daxil olan
ayrı-ayrı kəndləri isə onun köməkçiləri idarə etməli idilər, kənd idarəsinə 3 il müddətinə, yaşı 25-dən yuxarı
olan kəndlilər seçilə bilərdilər, kənd idarəsinə vəzifəyə seçilənlər qubernator tərəfindən təsdiq olunmalı idi.
Kənd cəmiyyətinin ali orqani kəndlilərin yığıncağı idi
1866
Naxçıvanın Aşağı Əylis kəndində ipək fabrikinin açılması
1866
Bakı, Şuşa, Tiflis və İrəvanda bəy komissiyalarının yaradılması
1866
Şimali Azərbaycanda məhkəmə islahatı keçrilməsi. İslahata əsasən keçmiş silki məhkəmələr ləğv edildi və
bütün silklər üçün vahid məhkəmələr yaradıldı, məhkəmə iclasları rus dilində aparılır, hakimlər isə yalnız
ruslardan təyin olunurdu. Hökumət Rusiyaya nisbətən Şimali Azərbaycanda məhkəmə islahatını yarımçıq
həyata keçirdi. 1866-cı il məhkəmə islahatı Rusiyadakı 1864-cü il məhkəmə islahatından fərqli olaraq
Azərbaycanda hakim vəzifəsinə seçki keçirilmir və hakimlər yalnız ruslardan təyin olunurdu
1868
Cavad və Göyçay qəzalarının yaradılaraq Bakı quberniyasının tərkibinə daxil edilməsi
1868
Yelizavetpol quberniyasının yaradılması. Quberniyanın tərkibinə Şuşa, Nuxa, Zəngəzur, Qazax, Ərəş,
Cəbrayıl və Cavanşir qəzaları daxil idi
1868
Bakı–Tiflis teleqraf xəttinin çəkilməsi
1868
Azərbaycanda ilk dəfə Gəncədə kütləvi kitabxana açılması
1869
Rusiyada alizarinin kəşf olunması nəticəsində Azərbaycanda qızılboya istehsalının tədricən tənəzzülə
uğraması
1870
Rusiyada şəhər islahatı keçirilməsi
1870 14 may
Çar II Aleksandr tərəfindən “Cənubi Qafqaz quberniyaları “ali müsəlman silki”ndən olan şəxslərin
torpaqlarında sakin olan kəndlilərin torpaq qurluşu haqqında Əsasnamə” imzalanması. 14 may kəndli
“Əsasnamə”sinə əsasən Şimali Azərbaycanda sahibkar kəndliləri ödənc müqavilində feodal asılılığından azad
edilirdilər, 15 yaşına çatmış kişilərə 5 desyatin yararlı torpaq payı verilməsi nəzərdə tutulurdu, kəndlilərinin
mülkiyyətinə keçən torpaq payına görə onlar bəylərə ödənc verməli idilər, kəndli öz məhsulunun 1/10 hissəsini
məlcahət kimi torpaq sahibinə verməli idi. “Əsasnamə”də kəndlilərin feodal asılılığının ləğv edilməsi, torpaq
və vergilər məsələsinə toxunulurdu. İslahatın məhdud cəhətləri də var idi. Belə ki, islahat yalnız sahibkar
kəndlilərinə aid edilir və dövlət kəndliləri islahatdan kənar edilirdi. Kəndliyə öz pay torpağını satın alıb öz
mülkiyyətinə çevirmək hüququ verilsə də, tələb olunan pulu ödədikdən sonra torpağın mülkiyyətçisinə çevrilə
bilərdilər. 1870-ci il islahatı ilə kəndlilərdən yığılacaq məlcahət və.b vergilərin saxlanılması və 15 yaşına
çatmış hər bir kişiyə yararlı torpaq sahəsi verilməsi 1847-ci il “Əsasnamələri”ndə də nəzərdə tutulurdu. Bu
həmin “Əsasnamələr”in oxşar cəhəti idi. Lakin, 1847-ci il “Əsasnamələri”ndən fərqli olaraq 1870-ci il 14 may
kəndli “Əsasnamə”sində kəndlilərin 5 desyatindən artıq torpaq sahəsi mülkədarın xeyrinə kəsilib götürülür,
torpaq sahiblərinə bütün torpaqların 1/3 hissəsini öz sərəncamında saxlamaq hüququ verilir, kəndlilərin feodal
asılılığının ləğv edilməsi nəzərdə tutulur, kəndliyə öz pay torpaqlarını xüsusi mülkiyyətə çevirmək üçün onlara
torpağı satın almaq hüququ verilirdi. Azərbaycanda keçirilən 1870-ci il 14 may kəndli islahatı Rusiyadakı
1861-ci il kəndli islahatından fərqli olaraq Azərbaycanda kəndlilərə torpağı satın almaq üçün vəsait verilmirdi,
torpağın satış qiyməti Rusiyadakından daha baha idi və kəndli pay torpağını satın alınmasına məcbur
edilmirdi. 1870-ci il 14 may kəndli islahatı müəyyən əhəmiyyətə malik idi. Belə ki, islahat Şimali
Azərbaycanda feodal-asılı münasibətlərə güclü zərbə endirdi və kapitalist münasibətlərinin sonrakı inkişafı
üçün əlverişli şərait yarandı
1870
Şərur-Dərələyəz və Naxçıvan qəzalarının yaradılması
1871
Balaxanıda ilk dəfə buruq üsulu ilə neft quyusu qazılması
1871
Bəhmən Mirzənin “Şükürnameyi- şahənşahi” adlı əsərini yazması
1872 17 fevral
Şimali Azərbaycanda iltizam sisteminin ləğv olunması və neft yataqlarının müzayiqə verilməyə başlanması
1872 13 may
Məktəb “Əsasnaməsi”nə əsasən bütün qəza məktəblərinin pulu şəhər-məktəbləri ilə əvəz olunması
1873
Balaxanıda ilk dəfə neft fontanı vurması
1973
Qara şəhər adlanan zavodlar rayonunun yaradılması
1873
Neft quyularının qazılmasında ilk dəfə buxar mühərriklərindən istifadə edilməsi və Netf sənayesində
manufaktura mərhələsindən fabrik-zavod istehsalına keçidin baş verməsi
1873 23 mart
M.F.Axundovun “Sərgüzəşti–vəziri–xanı-Lənkəran” adlı komediyasının tamaşaya qoyulması və
Azərbaycanda milli teatrın əsası qoyulması