İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə36/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

1863 

 

Zaqatalada Hacı Murtuzun başçılığı ilə üsyan baş verməsi. Üsyanın səbəbi əhalinin zorla xristianlaşdırılması, 

çarizmin müstəmləkə siyasəti və məmurların özbaşınalığı, keşkəl sahiblərinin ingiloy və muğallar üzərindəki 

hüquqlarının ləğv edilməsinə cəhd edilməsi idi. Ümummilli  səciyyə daşıyan üsyanın hərəkətverici qüvvələrini 

keşkəl sahibləri, müsəlman  ruhaniləri, yerli  imtiyazlı  təbəqələr və sadə xalq kütlələri təşkil edirdi 

1864   

Balaxanı neft mədənlərində kəndlilərin icbari  əməyinin ləğv edilməsi 



1864 

Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin  çəkilməsi 



1865 

 

“Simens qardaşları və K

0

” şirkətinin  Gədəbəydə misəritmə zavodu inşa etdirməsi 



1865 

 

Simens qardaşlarının  Daşkəsəndə kobalt zavodu  inşa etdirməsi 



1865 

Bakıda dənizkənarı bulvarın salınması 



1865 

Bakıdakı 4 sinifli ali  ibtidai məktəb  əsasında  gimnaziya təşkil edilməsi ilə Azərbaycanda rəsmi olaraq ilk orta 

məktəbin açılması 

1865 

Kənd cəmiyyətləri haqqında qanunun qəbul edilməsi. Bu qanuna əsasən Rusiyadan fərqli olaraq, Azərbaycanda 

hüquqları xeyli  məhdud olan  vahid kənd idarəsi  yaradıldı, kənd cəmiyyətini  kətxuda, cəmiyyətə daxil olan  

ayrı-ayrı kəndləri isə onun köməkçiləri idarə etməli idilər, kənd idarəsinə 3 il müddətinə, yaşı 25-dən  yuxarı 

olan  kəndlilər  seçilə  bilərdilər,  kənd  idarəsinə  vəzifəyə  seçilənlər    qubernator  tərəfindən  təsdiq  olunmalı  idi. 

Kənd cəmiyyətinin ali orqani  kəndlilərin yığıncağı idi 



1866   

Naxçıvanın Aşağı Əylis kəndində ipək fabrikinin açılması 



1866 

Bakı, Şuşa, Tiflis və İrəvanda bəy komissiyalarının  yaradılması 



1866   

Şimali Azərbaycanda məhkəmə islahatı  keçrilməsi. İslahata əsasən keçmiş silki məhkəmələr ləğv edildi və 

bütün silklər üçün vahid məhkəmələr yaradıldı,  məhkəmə iclasları rus dilində aparılır, hakimlər isə yalnız 

ruslardan təyin olunurdu. Hökumət Rusiyaya  nisbətən Şimali Azərbaycanda məhkəmə islahatını yarımçıq 

həyata keçirdi. 1866-cı il məhkəmə islahatı  Rusiyadakı 1864-cü il məhkəmə islahatından fərqli olaraq 

Azərbaycanda hakim vəzifəsinə seçki keçirilmir və hakimlər  yalnız ruslardan təyin olunurdu 



1868 

 

Cavad  və Göyçay  qəzalarının  yaradılaraq Bakı  quberniyasının tərkibinə  daxil edilməsi 



1868 

 

Yelizavetpol  quberniyasının    yaradılması.  Quberniyanın  tərkibinə  Şuşa,  Nuxa,  Zəngəzur,  Qazax,  Ərəş, 

Cəbrayıl və Cavanşir qəzaları daxil idi 

1868 

Bakı–Tiflis teleqraf xəttinin  çəkilməsi 



1868 

Azərbaycanda ilk dəfə Gəncədə kütləvi kitabxana açılması 



1869   

Rusiyada  alizarinin  kəşf  olunması  nəticəsində  Azərbaycanda    qızılboya  istehsalının  tədricən  tənəzzülə 

uğraması 

1870 

 

Rusiyada şəhər islahatı keçirilməsi 



1870  14 may 

 

Çar  II  Aleksandr  tərəfindən  “Cənubi  Qafqaz  quberniyaları  “ali  müsəlman  silki”ndən  olan  şəxslərin 

torpaqlarında  sakin  olan      kəndlilərin  torpaq  qurluşu  haqqında    Əsasnamə”  imzalanması.  14  may  kəndli 

“Əsasnamə”sinə əsasən Şimali Azərbaycanda sahibkar kəndliləri ödənc müqavilində feodal asılılığından azad 

edilirdilər, 15 yaşına çatmış kişilərə 5 desyatin yararlı  torpaq payı  verilməsi nəzərdə tutulurdu, kəndlilərinin 

mülkiyyətinə keçən torpaq payına görə onlar bəylərə ödənc verməli idilər, kəndli öz məhsulunun 1/10 hissəsini 

məlcahət kimi torpaq sahibinə verməli idi. “Əsasnamə”də kəndlilərin feodal asılılığının ləğv edilməsi, torpaq 

və  vergilər  məsələsinə  toxunulurdu.  İslahatın  məhdud  cəhətləri  də  var  idi.  Belə  ki,  islahat  yalnız    sahibkar 

kəndlilərinə    aid  edilir  və  dövlət  kəndliləri  islahatdan  kənar  edilirdi.  Kəndliyə  öz  pay  torpağını  satın  alıb  öz 

mülkiyyətinə çevirmək hüququ  verilsə də, tələb olunan pulu ödədikdən sonra torpağın mülkiyyətçisinə çevrilə 

bilərdilər.  1870-ci  il  islahatı  ilə  kəndlilərdən  yığılacaq  məlcahət  və.b  vergilərin  saxlanılması  və  15  yaşına 

çatmış hər bir  kişiyə  yararlı torpaq sahəsi verilməsi   1847-ci  il “Əsasnamələri”ndə də nəzərdə tutulurdu. Bu 

həmin “Əsasnamələr”in oxşar cəhəti idi. Lakin, 1847-ci il “Əsasnamələri”ndən  fərqli olaraq 1870-ci il 14 may 

kəndli  “Əsasnamə”sində  kəndlilərin  5  desyatindən  artıq  torpaq  sahəsi  mülkədarın  xeyrinə  kəsilib  götürülür, 

torpaq sahiblərinə bütün torpaqların 1/3 hissəsini öz sərəncamında saxlamaq hüququ verilir, kəndlilərin feodal 

asılılığının ləğv edilməsi nəzərdə tutulur, kəndliyə öz pay torpaqlarını xüsusi mülkiyyətə çevirmək üçün onlara 

torpağı    satın  almaq  hüququ  verilirdi.  Azərbaycanda  keçirilən  1870-ci  il  14  may  kəndli  islahatı  Rusiyadakı 

1861-ci il kəndli islahatından fərqli olaraq Azərbaycanda  kəndlilərə torpağı satın almaq üçün vəsait verilmirdi, 

torpağın  satış  qiyməti  Rusiyadakından  daha  baha  idi  və  kəndli    pay  torpağını  satın  alınmasına  məcbur 

edilmirdi.  1870-ci  il  14  may    kəndli  islahatı  müəyyən  əhəmiyyətə  malik  idi.  Belə  ki,  islahat  Şimali 

Azərbaycanda  feodal-asılı  münasibətlərə  güclü  zərbə  endirdi  və  kapitalist  münasibətlərinin  sonrakı  inkişafı 

üçün əlverişli şərait yarandı 



1870  

 

Şərur-Dərələyəz  və Naxçıvan qəzalarının  yaradılması 



1871 

 

 



Balaxanıda ilk dəfə buruq üsulu ilə neft quyusu qazılması 

1871  

Bəhmən Mirzənin  “Şükürnameyi- şahənşahi” adlı  əsərini yazması 



1872  17 fevral 

Şimali Azərbaycanda iltizam sisteminin ləğv olunması və neft yataqlarının  müzayiqə verilməyə başlanması 



1872  13 may 

Məktəb “Əsasnaməsi”nə  əsasən  bütün qəza  məktəblərinin  pulu  şəhər-məktəbləri  ilə əvəz   olunması 



1873     

 

Balaxanıda   ilk dəfə  neft fontanı  vurması 



1973     

 

Qara şəhər  adlanan zavodlar rayonunun yaradılması 



1873   

Neft  quyularının    qazılmasında    ilk  dəfə  buxar  mühərriklərindən    istifadə  edilməsi  və  Netf  sənayesində 

manufaktura mərhələsindən fabrik-zavod istehsalına keçidin baş verməsi 

1873  23 mart 

M.F.Axundovun    “Sərgüzəşti–vəziri–xanı-Lənkəran”  adlı  komediyasının    tamaşaya  qoyulması  və 

Azərbaycanda milli teatrın əsası qoyulması 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə