İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə35/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   31   32   33   34   35   36   37   38   ...   61

hüquq qazandı, Rusiya hökuməti yerli feodallarla ittifaqa doğru mühüm bir addım atmış oldu və “ali müsəlman 

silki”ni  mərkəzi  hakimiyyətə  yaxınlaşdırdı.  İslahatın  məhdud  cəhəti  isə  bəylərin  diyarın  idarəsində  kütləvi 

şəkildə iştirak etmək hüququna malik olmaması idi 

1846  14 dekabr 

Gürcüstan-İmeretiya quberniyası ilə Xəzər vilayətinin ləğv edilərək onların ərazisində Tiflis, Kutais, Dərbənd, 

Şamaxı  quberniyalarının  yaradılması  və  Car-Balakən    dairəsinin    təşkil  edilməsi.  1840  və  1846-cı  illərdəki 

inzibati bölgülərdə oxşarlıq ondan ibarət idi ki, hər iki islahatda milli sərhədlər  nəzərə alınmırdı 



1846 

A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin “Kavkaz” və “Russkiy invalid” qəzetlərində dərc edilməsi 



1847  fevral 

Tiflisdə  italiyan  skripkaçısı  Malaqallinin    Xeyriyyə  Cəmiyyəti  salonundakı  konsertində  Səttarın  muğam 

oxuması 

1847  20 aprel-28 dekabr 

“Kəndli əsasnamələri”nin qəbul olunması.

 Əsasnamələrə əsasən kişi cinsindən olan və 15 yaşına çatmış hər bir 

kəndliyə  5  desyat  yararlı  torpaq  sahəsi    verilirdi,  torpaq  əvəzində  kəndli  malcəhət    adlı  1/10  vergisi,  bəyin 

otaqlarından  istifadə  əvəzində isə xüsusi rüsum olan çöpbaşı  vergisi ödəməli idilər , bəy təsərrüfatında  ildə 

18 gün müddətində  biyar işləri  görmək üçün hər  bir kəndli ailəsi bir kişi ayırmalı idi, sahibkarlar kəndlilər 

üzərində  polis  və  məhkəmə  hüququ  aldılar,  sahibkar  torpaqlarında    yaşayan  kəndlilərə  başqa  sahibkarların  

yanına  köçmək  huququ  verilirdi.  1846-cı  il  6  dekabr  reskripti  ilə,  1847-ci  il  kəndli  Əsasnamələrinin  oxşar 

cəhəti  ondan  ibarət  idi  ki,  hər  iki  islahat  bəy  və  ağa  torpaqlarında  yaşayan  kəndlilərə  aid  edilir  və  bəylərə 

kəndlilər üzəridə polis nəzarəti hüququ verilirdi 



1847   

Mirzə Camalın “Qarabağ tarixi” əsərini yazması. Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərindən fərqli olaraq 

Mirzə Camalın əsərində siyasi hadisələrlə yanaşı Qarabağ xanlığının sosial-iqtisadi həyatına  dair bəzi  faktlar 

da verilmişdi 



1847  6 dekabr 

Bəy və ağaların tiyul torpaqlarının geri qaytarılaraq onların əvvəlki hüquqlarının təsdiq olunması 



1848   

Bibiheybətədə texnik  F.Semyonov tərəfindən  

dünyada

 ilk dəfə qazma  üsulu ilə neft quyusu qazılması. Belə 



bir quyu ABŞ-da  bundan 11 il sonra,  1859-cu ildə  qazılmışdı 

1848-1851 

 

Qarabağlı Qənbər tərəfindən Şəki xan sarayının və onun divar naxışlarının bərpa edilməsi 



1849 

İrəvan  quberniyasının    təşkil  edilməsi.  Naxçıvan    və  Ordubad    qəzalarının  İrəvan  quberniyasına  verilməsi. 

İrəvan quberniyasının  tərkibinə İrəvan, Aleksandropol, Yenibəyazid və Şərur-Dərələyəz qəzaları da daxil idi 

1849   

Qafqaz tədris dairəsinin  yaradılması 



1849   

 

 



Mirzə Kazımbəyin Sankt-Peterburq Universitetində işləməyə başlaması 

1849-1867   

Mirzə Cəfər Topçubaşovun Asiya departamentindəki Şərq Dilləri İnstitutunun professoru işləməsi 



1850 

M.Ş.Vazeh və İ.Qriqoryevin  “Kitabi-türki” dərsliyini yazması 



1850 

 

Tiflisdə “Qafqaz kənd təsərüfatı cəmiyyəti”nin  yaradılması 



 

 

ŞİMALİ AZƏRBAYCAN XIX ƏSRİN İKİNCİ YARISINDA 

 

1852 

 

Şimali Azərbaycanda yeni vergi sisteminin tətbiq olunması və məhsul vergisindən pul vergisinə keçilməsi 



1853   

Şimali Azərbaycanda dövlət kəndlilərinin bir yerdən başqa yerə kömək hüququnun ləğv olunması 



1853   

Məktəb  Nizamnaməsinin  qəbul  olunması.  Bu  nizamnaməyə  əsasən  Azərbaycanda  ilk  birsinifli  ibtidai 

məktəblər açıldı. İlk birsinifli ibtidai məktəblər Quba, Ordubad (1854) və Lənkəranda (1856) açıldı 

1853   

 

Mirzə Kazımbəyin Sankt-Peterburq Universitetində Şərqşünaslıq fakultəsinin  açılmasına nail olması və onun  



ilk dekanı  seçilməsi 

1854   

Dövlət məmurları hazırlamaq məqsədi ilə Şamaxıda ali dördsinifli  məktəb təsis  edilməsi 



1855 

Gədəbəydə  misəritmə  zavodu  inşa  edilməsi  və  Azərbaycanda  əlvan  metallurgiya  sənayesinin  gələcək 

yüksəlişinin başlanması 

1957     

 

A.Bakıxanovun hazırladığı müsəlman məktəbləri haqqında layihəsin çap edilməsi 



1857 

Şamaxının ilk baş memarı olan Qasım bəy tərəfindən  köhnə anbar binasının teatır binasına çevrilməsi 



1859 

Bakıda “Qubernator bağı”nın  salınması 



1859 

 

Şamaxıda  zəlzələ  baş  verməsi  və  quberniya    mərkəzinin  Bakıya  köçrülməsi.  Şamaxı  quberniyasının  ləğv 

edilərək  onun  əvəzində  Bakı  quberniyasının  yaradılması.  Bakı  quberniyasının  tərkibinə  Bakı,  Göyçay, 

Lənkəran, Şamaxı, Cavad və Quba qəzaları daxil idi 



1859 

 

Suraxanıda  rus kapitalistləri  Kokorev və  Qubonin tərəfindən ağ neft emal edən zavod inşa edilməsi 



XIX əsrin 60-cı illəri 

Azərbaycanda kapitalist münasibətlərinin meydana gəlməsi və iri fabrik-zavod istehsalının yaranması  



1860 

 

Dərbənd quberniyasınını ləğv edilməsi və onun tərkibində olan Quba qəzasının  Bakı quberniyasınını tərkibinə 

qatılması 

1861 

 

Piriallahı adasında  Tiflis əczatçısı Vitte tərəfindən  parafin zavodu inşa edilməsi 



1861 

 

Alekseyev və  Voronin qardaşlarının Nuxada  ipək fabriki inşa etdirməsi 



1861   

Cənubi Qafqaz Mərkəzi İslahat Komitəsinin  yaradılması 



1861  iyun 

Cənubi Qafqaz diyarının mərkəzləşdirilməsi haqqında “Əsasnamə” əsasında dövlət, sahibkar  torpaqlarının və 

kəndlilərin pay torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsinə başlanılması 

1862  

Aleksandr  Qalacovun təşəbbüsü ilə  Balakən kəndində  kilsə  tikilməsi 



1862 

 

Nuxa  ipək fabrikinin  məhsullarının Londonda keçirilən sərgidə medala layiq görülməsi 



1863 

 

Azərbaycanlı kapitalist Cavad Məlikovun   layihəsi əsasında  ağ neft zavodu inşa olunması 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə