İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə32/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

1827  oktyabr 

Rus qoşunlarının Mərənd, Xoy və Təbriz şəhərlərini  işğal  etməsi.  Təbrizi işğal  edildikdən sonra şəhəri  idarə 

etmək üçün rus zabitlərinin başçılıq  etdiyi müvəqqəti idarə yaradıldı. Bu idarəyə Təbriz ruhanilərinin başçısı 

Ağa Mirfəttah  və Təbrizin keçmiş  qubernatoru Fətəli xan da daxil  idi 



1827  7 noyabr 

II Rusiya-İran müharibəsinin gedişində tərəflər arasında sülh danışıqlarının başlanması 



1828  28 yanvar 

Rus qoşunlarının Urmiya şəhərini işğal etməsi 



1828  8 fevral 

Rus  qoşunlarının  Ərdəbil  şəhərini  işğal  etməsi.  Ərdəbil  şəhərini  ruslar  işğal  etdikləri  zamanı  Şeyx  Səfi 

kitabxanası  qarət  edilərək  nadir  əlyazmalar  Sankt-Peterburq  şəhərindəki  imperator  kitabxanasına 

göndərilmişdir 



1828  10 fevral 

Türkmənçay sülhü.  Rusiya ilə İran  arasında  imzalanan və 15 maddədən ibarət Türkmənçay müqaviləsi  ilə II 

Rusiya-İran  müharibəsinə  son  qoyuldu  və  Azərbaycanın  bölüşdürülməsinin  ikinci  mərhələsi  başa  çatdı.  

Türkmənçay  sülhünü 

İran    tərəfindən    Abbas  Mirzə,  Rusiya    tərəfindən    Qafqazdakı      rus qoşunlarının   baş  

komandanı  Paskaveç  imzaladılar.  Sülhün  şərtlərinə  əsasən  Rusiya  öz  qoşunlarını  Cənubi  Azərbaycan  

torpaqlarından  çıxarmağı öhdəsinə  götürdü, İran Şimali Azərbaycana  olan iddialarından əl çəkərək əvvəllər 

işğal    edilmiş  xanlıqlarla  birlikdə,  İrəvan  və  Naxçıvan  xanlıqalarının  da  Rusiyaya  ilhaq  edilməsinə    razılıq  

verdi,  İran  Xəzər  dənizinin    Rusiyanın  daxili    dənizi  olduğunu    tanıdı  və  Xəzər    dənizində    hərbi    donanma 

saxlamaq    hüququ  yalnız  Rusiyaya  verildi,  İran    Rusiyaya    20  milyon  gümüş  manat  məbləğində  təzminat  

verməli  və bu məbləğin çox hissəsi   ödənilənə qədər Cənubi  Azərbaycan vilayətləri  Rusiyanın işğalı altında 

qalmalı idi. Müqavilədə əhalinin  İrandan Cənubi  Qafqaza hərəkətinə icazə  verilirdi 



1828  21 mart 

Naxçıvan və İrəvan xanlıqlarının  ləğv edilərək onların yerində qondarma “Erməni  vilayəti” yaradılması 



1828-1829  

Rusiya-Osmanlı  müharibəsi.  Ədirmə  sülhü.  Ədirnə  sülhünün  şərtlərinə  əsasən  Osmanlı    dövləti  Axalsıx 

paşalığının  bir  hissəsini    itirdi  və  bütün  Cənubi    Qafqazın  Rusiya  tərəfindən  işğal  edilməsini    tanıdı. 

Müqavilədə Osmanlı  dövlətindən Cənubi  Qafqaza, eləcə də Şimali  Azərbaycana 84 min nəfərdən çox erməni 

köçürülməsi də nəzərdə tutulurdu 

 

 

ŞİMALİ AZƏRBAYCANDA RUSİYANIN MÜSTƏMLƏKƏÇİLİK REJİMİ ƏLEYHİNƏ ÜSYANLAR 

 

XIX əsrin 30-cu illəri 

Car-Balakən, Lənkəran, Quba və Şəkidə müstəmləkəçilik əleyhinə üsyanlar baş verməsi 



1830  fevral 

Rusiyanın  Paskeviçin  başçılığı  ilə  Car-Balakənə  qoşun  yeritməsi.  Paskeviç  hücum  etməzdən  əvvəl  əhaliyə 

Azərbaycan  dilində  Bəyannamə  ilə  müraciət  etdi.  Bəyannamədə  bildirilirdi  ki,  vilayət  yeni  “Qaydalar” 

əsasında idarə olunacaqdır. Yeni “Qaydalar”a əsasən doqquz nəfərdən ibarət olan  Müvəqqəti idarə yaradılırdı. 

Müvəqqəti idarəni  onun  rəisi, Baş hakim tərəfindən təyin olunacaq iki nəfər səlahiyyətli məmur  və  camaat  

tərəfindən  seçilmiş    altı  nəfər  nümayəndə  idarə  etməli  idi.  Müvəqqəti  idarəyə  ilk  rəis    knyaz    Bekoviç-

Çerkasski  təyin  edildi. Yeni “Qaydalar” Car-Balakənlə yanaşı İlisu sultanlığına  da şamil edildi 

1830  3 mart 

Rus    qoşununun    Cara  daxil  olması.  Rus    qoşununun    Cara  daxil  olması  nəticəsində  Car-Balakənin  daxili 

muxtariyyətinə son qoyuldu və burada müvəqqəti idarə yaradıldı 

1830 12 iyun 

Rusiyanın müstəmləkəçilik rejiminə qarşı Car-Balakəndə Həmzət bəyin başçılığı ilə ilk üsyan baş verməsi 



1830 21 iyun 

Rus  ordusu ilə Car-Balakən üsyançıları arasında Zaqatala qalası  yaxınlığında ilk döyüş baş verməsi.  Döyüş 

nəticəsində  üsyançılar məğlub oldu 

1830 15 oktyabr 

Rus  ordusu ilə Car-Balakən üsyançıları arasında həlledici döyüş baş verməsi. Döyüş nəticəsində rus qoşunu 

kifayət qədər müqavimək göstərə bilməyərək məğlub oldu, Həmzət bəy başda olmaqla üsyançılar parlaq qələbə 

qazandılar,  Yeni  Zaqatala  qalasında  yerləşən  rus  qoşunu  təcrid  olundu,  üsyançılar  Cara  yiyələndilər.  Lakin 

sonralar  Car-Balakən  üsyanı  yatırıldı,  üsyan  rəhbərlərindən  32  nəfər  isə  həbs  olunaraq  hərbi  məhkəməyə 

verildi 


1830 14 noyabr 

Rusların Car-Balakən, Köhnə Zaqatala və Göyəm kəndlərini ələ keçirməsi 



1830  dekabr 

Balakəndə Rusiyanın müstəmləkəçilik rejimi əleyhinə yenidən üsyan baş verməsi 



1831 mart 

Rusiyanın müstəmləkəçilik rejimi əleyhinə Lənkəranda Mir Həsən xanın başçılığı ilə  üsyan baş verməsi 



1831 22 aprel 

Rus  qoşununun Lənkəran üsyançılarının  son sığınacağı olan  Əmburan qalasını  tutması. Üsyan yatrıldı, Mir 

həsən  xan  İrana  qaçdı.  Üsyanın  uğursuzluqla  nəticələnməsinin  səbəbi  əhalinin  müəyyən  hissəsinin 

müstəmələkəçilərin  mövqeyində  dayanması,  Mir  Həsən  xanın  imkanlarından  kifayət  qədər  istifadə  edə 

bilməməsi və həlledici məqamda ləngiməsi, üsyançıların kifayət  qədər silahlana bilməməsi, hakim təbəqənin 

öz imtiyazlarını və əmlaklarını  qorumaq  naminə mübarizənin həledici məqamında ondan uzaqlaşması idi 



1837  

Rusiyanın müstəmləkəçilik rejimi əleyhinə Qubada Hacı Məhəmmədin başçılığı ilə üsyan baş verməsi. Quba 

üsyanı  XIX  əsrin  30-cu    illərində  Azərbaycanda    çarizmin  müstəmləkə  əsarətinə  qarşı  baş  vermiş  üsyanlar 

içərisində iştirakçılarının sayına və təsir dairəsinə görə ən güclüsü idi 



1837   əvvəlləri 

 

Quba  əyalətində  Varşavadakı  müsəlman  alayına    atlılar  toplanması  haqqında  xəbərin  yayılması.    Bu  zaman 

üsyan rəhbərləri hökumət qarşısında dövlət mükəlləfiyyətlərinin azaldılması, əyalətdən süvariləri toplanmasının 

dayandırılması,  komendant  Gimbutun  və  onun  yaxın  adanlarının  əyalətdən  qovulması  haqqında  tələblər  irəli 

sürdülər 

1837 avqust 

Qubanın Yuxarıbaş mahalı kəndlilərinin dağlıların lideri  Şeyx Şamillə  əlaqə saxlaması və üsyançıların Hərbi  

Şura   yayratması 

1837 4-5 sentyaybr 

Üsyançılarının    Quba  şəhərinə  hücuma    keçməsi.  Hücum  nəticəsində  Yarəlinin  başçılıq  etdiyi  dəstə  şəhər 

məhkəməsinin binasını  ələ keçirdi. Lakin, rus əsgərləri top atəşinin köməyi ilə üsyançıları şəhərdən çıxardı 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə