İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə40/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

yetrilmədi.  Buna    baxmayaraq,    fəhlələr        mənəvi    cəhətdən      qələbə      çalmış    oldular.  Bu  1903-cü  il  iyul 

tətilinin əhəmiyyəti elə bu idi 



1903-1905 

 

M.Şahtaxtinskinin redaktorluğu  ilə  Tiflisdə  “Şərqi –rus” qəzetinin  nəşr  olunması 



1904  13 dekabr 

Balaxanı neft  mədənlərində fəhlələrin dekabr tətilinə başlaması. Az müddətdə Balaxanı, Sabunçu rayonlarının 

bütün  fəhlələri,  Bibiheybət  neftçiləri,  Qara  şəhər  və  Ağ  şəhər  müəssisələrinin  fəhlələri  də  tətilə  başladı  və 

siyasi-iqtisadi  tələblərlə  çıxış  etdilər.  Dekabr  tətilçilərinin  tələblərinə  gündə  8  saatlıq      iş  günü,  1  May    günü   

işin  dayandırılması, söz,  mətbuat,  yığıncaq azadlığı, ittifaqlar  təşkil etmək,  məktəblər  və klublar  açmaq, 

həftədə  bir  gün  istirahət    vermək,  əmək  haqqını    saxlamaqla    ildə    bir  dəfə    məzuniyyət    vermək,  gecə  

növbəsini ləğv  etmək, sahibkarların  hesabına   fəhlələrin  həyatını  sığorta  etmək , mübahisəli   məsələləri  

həll etmək  üçün  sənayeçilərin  və fəhlələrin   nümayəndələrindən  ibarət    mədən məhkəmələri təşkil  etmək 

və  s.  tələblət  daxil    edilmişdi.  Bakı    fəhlələrinin    dekabr    tətili    1905-1907-ci  illər  Birinci    rus  inqilabının 

müjdəçisi oldu 



1904  30 dekabr 

Sahibkarlarla  neft    sənayesində  çalışan  fəhlələr  arasında  Müştərək      müqavilə  (Mazut    konstitusiyası) 

imzalanması 

1904 

Rəşid  bəy İsmayılovun  “Müxtəsər Qafqaz tarixi” adlı  əsərini  yazması 



1904 

“Hümmət    təşkilatı”nın    yaradılması.  Təşkilatın  yaradıcıları  M.H.Mövsümov,      M.H.Hacınski  və 

M.Ə.Rəsulzadə  idi.  “Hümmət”    təşkilatı      RSDFP-nin  Bakı    Komitəsinin    nəzdində      fəaliyyət  göstərirdi. 

Təşkilatın  yaradılmasında  məqsəd    bolşevik  ideyalarını  təbliğ  etmək  idi.  Təşkilatın  orqanı  “Təkamül”    və  

“Yoldaş” qəzetləri idi. “Hümmət” təşkilatı əhalinin milli şüurunun inkişafında, özünüdərkində və soykökünə 

qayıtmasında mühüm rol oynadı. Lakin  tədricən   bolşeviklərin və Bolşevik  partiyasının  Bakı  komitəsinin  

nəzarəti altına “Hümmət”  təşkilatı  əvvəlki  milli  qayəsində  uzaqlaşdı 

1904-1905 

“Hümmət”  təşkilatının orqanı olan “Təkamül”  və  “Yoldaş” qəzetlərinin  işıq üzü görməsi 



1905  9 yanvar 

Peterburqda  “Qanlı    bazar”  günü    hadisənin  baş  verməsi.  “Qanlı    bazar”  günü    hadisəsi  ilə    Rusiyada  1905-

1907-ci  illər  burjua-demokratik  inqilabı  başlandı.  “Qanlı    bazar”  günü    hadisəsi  haqqında  xəbər  Bakıya 

çatdıqda, Şimali Azərbaycanın bir çox  sənaye  müəssisələrində  həmrəylik  əlaməti olaraq tətillər  keçirildi 



1905  yanvar 

Bakının qeyri-neft sahəsində çalışan fəhlələrin 17 maddədən ibarət  tələblərini  sahibkarlara təqdim etməsi 



1905-1906 

Rusiyanın  azərbaycanlılara  qarşı  milli  qırğın  siyasəti  həyata  keçirməsi.  Milli  qırğın    siyasətinin  həyata  

keçirilməsində Daşnaksütyun partiyası və  erməni  quldurları  həlledici  rol  oynamışdılar 

1905  2 fevral 

Bakıda Ağarza adlı  azərbaycanlının erməni  komitəsi  tərəfindən  öldürülməsi və Azərbaycanda ermənilərlə 

müsəlmanlar arasında milli qırğının başlaması 

1905  fevral 

Dəllər  və Alabaşlı  kəndlərinin kəndlilərinin qolçomaqlara qarşı çıxışı baş verməsi 



1905   iyun 

Bakıda   Azərbaycan dilində  “Həyat” qəzetinin  işıq  üzü  görməsi 



1905  15 avqust 

Nijni-Novqorodda  Ümumrusiya  müsəlmanlarının   I  qurultayının   keçirilməsi. Qurultayın əsas təşəbbüskarı 

Azərbaycan  və  tatar  burjua  nümayəndələri  olmuşdu.    Qurultayda  türkçülük    və    müsəlmançılıq  əsasında  

birləşmənin  vacibliyi  qeyd edildi, “İttifaqi  müsəlman” adlı  Ümumrusiya  müsəlman  ittifaqının  yaradılması  

qərara    alındı.  Ə.M.Topçubaşov,  Ə.Ağayev    və  Əbdürrəşid    İbrahimov  birlikdə    “Müsəlman    ittifaqı”nın  

nizamnaməsini      və  proqramını    hazırladılar.  Sənədi    Ə.M.Topçubaşov    rus    dilinə      tərcümə    etdi 

Ə.M.Topçubaşov   “Rusiya  imperiyası  daxilində  türklərin  vəziyyəti və   problemləri”  mövzusunda   məruzə 

ilə çıxış etdi 



1905  16-21 avqust 

Şuşada etmənilərin milli  qırğın  törətməsi 



1905  20-26 avqust 

Bakıda ermənilərin yenidən milli  qırğın  törətməsi 



1905 

Çar hökuməti tərəfindən Qafqaz canişinliyinin bərpa edilməsi və Vorontsov-Daşkovun  Qafqaz canişini  təyin  

edilməsi 

1905  16 oktyabr 

Ağstafa   stansiyasında   və  bütün   Cənubi Qafqaz   dəmir  yollarında fəhlələrin  işi  dayandırması.  Ağstafadan  

Bakıya  və  Xaçmaza   qədər iri  stansiyalarında  tətil   komitələri yaradılması. Dəmiryolçulardan başqa Bakı, 

Gəncə, Nuxa və Şuşanın sənaye müəssisələri, Kür çayı boyundakı balıq vətəgələri fəhlələri də tətilə qoşuldular 



1905  17 oktyabr 

Çar II Nikolayın 17 Oktyabr manifestini imzalaması 



1905 oktyabr 

Mədən,  fabrik və  zavodlarda  fəhlə  komissiyaları  təşkil  olunması.  Fəhlə  komissiyaları    Fəhlə Deputatları   

Sovetinin  yaranması  üçün  ilk   addımlar  idi 

1905  noyabr 

Qafqaz  canişini    Vorontsov-Daşkovun  “Qafqazdakı  kəndli    işinin    nizama    salınması    haqqında  Qeydlər”ini 

hazırlaması.  “Qeydlər”ə  əsasən  kəndli  torpaq  bankının  şöbələri  açılmalı  və  sahibkar  kəndliləri  torpaq  pulu 

verməkdən  azad  edilməli,  torpaq  pulu  ödəməkdən  azad  edilmiş  kəndlilər  1907-ci  ilin  yanvarından  xüsusi 

mülkiyyətçilər  qrupuna  daxil  edilməli  idilər.  Layihədə    nəzərdə  tutulurdu  ki,  kəndli  nizamnamə  əsasında 

istifadəsində olan pay torpağını  icbari  şəkildə  satın ala bilər 



1905  25 noyabr 

Bakı  Fəhlə  Deputatları  Sovetinin  (BFDS) yaradılması 



1905  26 noyabr 

 

Naxçıvanın Çəhri kəndində  kazak və ermənilərin  qırğınlar törətməsi 



1905  

Ə.Topçubaşovun Nazirlər Komitəsinə təqdim etmək üçün ərz-hallar hazırlaması. Ərz-hallar  Azərbaycanın  çar 

hökümətinə  təqdim  etdiyi ilk proqram sənədi idi 

1905 

“Müəslman  cəmiyyəti xeyriyyəsi” və “Müdafiə  və  müsəlman  kübarları  ziyalılarının  ittifaqı  cəmiyyəti”nin  

təsis   edilməsi. Birinci  cəmiyyət  maarifin yayılmasında  böyük  xidməti  olmuşdur. İkinci  cəmiyyət   milli –

azadlıq  hərəkatını  müdafiə edirdi 



1905    

Tiflisdə C.Məmmədquluzadə və Ö.F.Nemanzadə tərəfindən “Qeyrət” mətbəəsinin yaradılması  




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə