İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə37/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

1874  

 

Ərəş qəzasının yaradılaraq  Yelezavetpol quberniyasının tərkibinə daxil edilməsi 



1874 

Bakıda  “Müqəddəs Nina”  məktəbi  əsasında ilk qadın  gimnaziyasının təşkil olunması 



1874  24 may 

Məktəb “Əsasnaməsi”nə əsasən  ibtidai  kənd  məktəblərinin (xalq məktəblərinin)  yaradılması 



1874 

Şuşa və Şamaxıda qəza məktəblərinin  şəhər  məktəblərinə çevrilməsi 



1875  22 iyun 

Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin  nəşr edilməsi və  Milli mətbuatın əsasının qoyulması 



1876  mart 

Bakıda Azərbaycanda ilk dəfə gildiya ticarət  qaydasının tətbiq edilməsi 



1876 

Tiflisdə Qori Müəllimlər Seminariyasının yaradılması  



1877   

1870-ci il 14 may kəndli islahatının  Quba qəzasına şamil edilməsi 



1878     

 

Bibiheybətdə  H.Z.Tağıyev  və  Zubalovun  neft quyusunun  fontan vurması 



1878   

Mədənləri  neftayırma  müəssisələri  ilə birləşdirən ilk  neft kəmərinin  işə  salınması 



1878   

Şimali  Azərbaycanda  şəhər  islahatı  keçrilməsi.  Şəhər  islahatı  haqqında  “Əsasnaməyə”  əsasən  Bakı  şəhər 

duması  və  özünüidarəsi  (bələdiyyəsi)  yaradıldı,  şəhər  idarələri  və  dumalara  seçkilərdə  silki  məhdudiyyətlər 

ləğv olunsa da, seçkilərdə əmlak senzi saxlanıldı. Belə ki, şəhərdə yaşayan və vergi verən hər bir şəxs seçkidə 

iştirak edə bilərdi. Fəhlələr, qulluqçular və ziyalılar bələdiyyə seçkilərində iştirak edə bilməzdilər. Seçkilərdə 

25  yaşına  çatmayanların  və  qadınların  iştirak  etmək  hüququ  yox  idi.  Kiçik  təsərüfat  işləri  ilə  məşğul  olmaq 

hüququ olan Şəhər dumasının fəaliyyətinə qubernator nəzarət edirdi. Bakı şəhər özünüidarəsini icraiyə orqani 4 

il  müddətinə seçilən və duma üzvlərindən ibarət olan  şəhər bələdiyyəsi  idi. Bakı şəhər dumanın fəaliyyətinin 

əsasını  şəhər  ictimai  özünüidarə  məsələlərinin  həll  edilməsi,  vergi  və  rüsumların  təyin  olunması,  şəhər 

əmlakına rəhbərlik edilməsi, büdcəyə baxılması və onun təsdq edilməsi məsələlər  təşkil edirdi. Bakının şəhər 

dumasına  ilk  seçkilərədə  əsasən  hökumət  məmurları,  tacirlər,  sahibkarlar  (H.Z.  Tağıyev,  M.Nağıyev, 

H.Zərdabi, H.Mahmudbəyov və.b) təmsil olunurdular 



1879   

İsveç təbəəsi olan “Nobel qardaşları şirkəti”nin əsasının qoyulması 



1879   

“Nobel qardaşları şirkəti”nin dünyada ilk neft tankeri “Zoroastr”ınin (Zərdüstün) Bakı ilə Həştərxan arasında 

hərəkətə başlaması və Neftin daşınmasında ilk dəfə tanker tipli gəmilərdən istifadə olunmağa başlanması 

1879 

Tiflisdə  türk dilində “Ziya” qəzetinin  nəşr olunmağa  başlaması 



1879 

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin yaradılması 



XIX əsrin 70-ci  illəri 

Zərbə üsulu ilə neft quyularının qazılmasına başlanılması 



XIX əsrin 70-ci  illəri 

Rusiyada başlanmış fəhlə hərəkatının təsiri ilə Bakı, Nuxa və Gədəbəydə dağınıq tətillər baş verməsi. Yalnız 

iqtisadi  tələblər  irəli  sürmələri  ilk  tətillərin  səciyyəvi  cəhəti  idi.  Buna  baxmayaraq  fəhlə  tətilləri  fəhlələrin 

siyasi cəhətdən maariflənməsinə kömək etdi 



XIX əsrin 70-ci illəri 

Qasım bəy Hacıbababəyov tərəfindən Bakıda kərvansara tikilməsi 



1870-ci illərin sonu 

Qazax  qəzasının  Quşçu  kəndinin  kəndlilərinin  İsgəndərbəyovların  zülmünə  qarşı  çıxışı  baş  verməsi.  Lakin 

silahlı kazak dəstəsi  kəndlilərin müqavimətini qıra bildi. Bu dövrdə Cavanşir  qəzasının Marağalı kəndində və  

Lənkəran qəzasının Qızılağac kəndində də kütləvi çıxışlar baş verdi 



XIX əsrin 80-cı illəri 

Azərbaycan kəndində sosial-təbəqələşmənin güclənməsi və kənd icmalarının dağılmasının sürətlənməsi 



1880 

 

Neft mədənləri arasında ilk dəmir yolu  çəkilməsi 



1880 

Bakı qalasının ikinci divarlarının sökülərək, yerində Nikolayev küçəsində binalar tikilməsi 



1880 

Tiflisdə Cəlal Ünsizadə  tərəfindən “Kəşkül”  qəzetinin  işıq  üzü görməsi 



1880-1884 

“Ziya” qəzetinin  “Ziyayi–Qafqaziyyə”  adı altında  nəşr olunması 



1881 

Qazax qəzasının Öksüzlü  kəndinin kəndlilərinin  mülkədar Sultanovlara qarşı mübarizəyə qalxması. Kəndlilər 

öz  oğullarını    bəylərin    xidmətinə    göndərməkdən  boyun  qaçırdılar.  Nəticədə  bəylər  on  il    ərzində    başqa 

kəndlərdən nökər tutmağa məcbur oldular 



1881  aprel 

Çar idarələri  rəhbərlərinin özbaşnalığına  qarşı  Bakı  fəhlələrinin çıxışı  baş verməsi. Üsyan 72 nəfərin həbs 

olunmasına cavab olaraq başladı. Üsyan zamanı polis və əsgərlərlə toqquşma baş verdi. Üsyançıların tərkibndə 

neft məhsulları daşıyan çəlləkçilər çoxluq təşkil edirdi. Lakin üsyan qəddarlıqla yatırıldı 



1881  

Mövcud  şəhər məktəbi əsasında yeddi sinifdən ibarət Gəncə  gimnaziyasının açılması 



1882 

Naxçıvanda  ilk pambıqtəmizləmə  zavodu  inşa olunması 



1882-1883 

Bakıda “Nobel bağı”nın  salınması 



1883 

Rusiya imperiyasında misi saflaşdıran ilk müəssisə olan Qaldakənd  misəritmə zavodunun inşa edilməsi 



1883  aprel 

Tiflis-Bakı dəmir yolunun  işə salınması 



1883  

 

Cəbrayıl və Cavanşir qəzalarının təşkil edilərək Yelizaverpol quberniyasının tərkibinə daxil edilməsi 



1883 

 

Qafqaz  canişinliyinin  ləğv edilərək Qafqazın idarəsinin mülki hissə üzrə rəisə  tapşırılması 



1883 

Bakı  həvəskar artistlər  truppasının  peşəkar  teatr qrupuna çevrilməsi 



1883 

H.Z.Tağıyevin Bakıda ilk teatr  binası tikdirməsi 



1883 

Naxçıvanda dram cəmiyyətinin təşkil olunması 



1884   

Bakıda Neft Sənayeçilərinin Qurultayının  keçrilməsi. Təşkilata rəhbərlik edən Qurultay Şurası  ən iri səhmdar 

cəmiyyətlərin  nümayəndələrini  seçmək,  hökumət  qarşısında  neft  sənayeçilərinin  mənafeyini  müdafiə  etmək, 

neft maqnatlarını yüksək mənfəətlə təmin etmək və  fəhlə hərəkatına qarşı mübarizəni təşkil etmək məsələləri 

ilə  məşğul olurdu 

1884   

Azərbaycanın    ilk  üzvi  kimyaçı  alimi  Möhsün  bəy  Xanlarovun  Almaniyadan  Bakıya  gələrək  öz  elmi-

tədqiqatlarını davam etdirməsi 

1886 

Bakı şəhərində ilk mərəkəzləşdirilmiş telefon stansiyasının  işə salınması 



1886 

Memar Məmmədhəsən tərəfindən Bakıda ikinci qala qapılarının tikilməsi 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə