İBTİDAİ İcma quruluşU


  Cənubi Azərbaycanda ilk qəzet olan “Azərbaycan” qəzetinin (fars dilində) nəşr olunması  1869



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə39/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

1858 

Cənubi Azərbaycanda ilk qəzet olan “Azərbaycan” qəzetinin (fars dilində) nəşr olunması 



1869 

Təbrizdə “Mədrəseye-Nasiri” adlı məktəbin açılması 



11872-1881 

Təbriz əhalisinin Sahibi-Divana qarşı çıxışı baş verməsi. Uzun  müddət davam edən etirazlar nəticəsində 1881-

ci ildə Təbriz əhalisi Sahibi  – Divanı Cənubi Azərbaycandan qova bildi 

1875 

Məhəmməd Təbrizi və Mirzə Mehdi Əxtər tərəfindən “Əxtər” (“Ulduz”) qəzetinin  nəşr edilməsi 



1877 

Təbriz Dövlət Mədrəsəsinin (Darülfününun) təsis edilməsi 



1878 

Urmiyada Ali Tibb Məktəbinin fəaliyyətə başlaması 



1880-1884 

Cənubi Azərbaycanda “Təbriz” və “Mədəniyyət” adlı ilk xüsusi qəzetlərin nəşr olunması 



1883 

M.H.Rüşdiyyə tərəfindən İrəvanda yeni tipli “Üsuli-cədid” məktəbi təsis edilməsi 



1886 

Cənubi Azərbaycanda xalisə  torpaqlarının  satılması haqqında şah  fərmanı verilməsi 



1887 

M.H.Rüşdiyyə tərəfindən Təbrizdə ilk xüsusi yeni tipli “Üsuli-cədid” məktəbinin təsis edilməsi 



1888 

Cənubi Azərbaycanda Ə.Talıbov tərəfindən “Şahsevən” qəzetinin  nəşr edilməsi 



1891-1892 

Təbrizdə ingilis kapitalisti Tablota qarşı Tənbəki üsyanı baş verməsi. Üsyanın səbəbi İran şahı tərəfindən Tütün 

və  tənbəki  inhisarının  ingilist  kapitalisti  Talbota  verilməsi  idi.  Üsyan  nəticəsində    şah  hökuməti  Talbotla 

bağladığı müqaviləni 1892-ci ildə  ləğv etməli oldu 



1897   

Cənubi  Azərbaycanda  “Ettehadiyyə  cəmiyyəti”nin  yaradılması.  Cəmiyyət  tacirlər  tərəfindən,  xarici  kapitalın 

təzyiqlərinə davam gətirmək məqsədilə yaradılmışdır 

1898   

Təbrizdə  iri  feodallar  və  ruhanilərin  taxıl  möhtəkirliyinə  qarşı  Zeynəb  paşanın  başçılığı  ilə  əhalinin  etiraz 

çıxışları baş verməsi. Üsyan zamanı  möhtəkirlərin  taxıl anbarları   üzə çıxarılaraq  yoxsul əhaliyə  paylanıldı 

XIX əsrin II yarısı 

Cənubi Azərbaycanda elatların  torpaq vergisi əvəzinə hərbi xidmətə getməsi 



XIX əsrin II yarısı 

Cənubi Azərbaycana rus kapitalının  nüfuz etməsi. Rusiyanın  “İran hesab–borc bankı”nın fəaliyətə başlaması 



XIX əsrin sonları 

Rusiyanın  Cənubi Azərbaycanı  sənayesi  üçün  xammal mənbəyinə və satış bazarına çevirirməsi 



XIX əsrin sonları 

Cənubi Azərbaycan əhalisinin Cənubi Qafqaz,  Şimali Azərbaycan, Volqaboyu və Mərkəzi Asiyaya kəsbkarlığa 

getməsi  

 

 

ŞİMALİ AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ 

 

1900-1903 

Dünyada iqtisadi böhran baş verməsi. Böhran nəticəsində Azərbaycanın iqtisadiyyatına  güclü  zərbə  vuruldu, 

əhalinin  güzəranını  pisləşdi, onlarla müəssisə  bağlandı və minlərlə  fəhlə  işsiz  qaldı  

1900 

“Simens  qardaşları və K

0

” cəmiyyəti ilə “Voqau və K



0

” konserni arasında müqavilə bağlanması.  Müqaviləyə 

əsasən,  istehsal  edilmiş  mis  Moskva  prokatı    zavodlarına  yalnız    bu    inhisar    vasitəsilə  satılmalı  idi.  Bu  

müqavilə ilə Azərbaycanda  əlvan metallurgiya  sənayesinin   inhisarlaşmasının  başlanğıcı  qoyuldu 



1901  yanvar 

Bakıda    iri  tütün    fabriklərinin     fəhlələrinin  işi  dayandıraraq  sahibkarların  qarşısında    bir  sıra    tələblər  irəli 

sürməsi 

1901 

Sabunçu və Balaxanı mexaniki zavodunun, Tovuz dəmir yolu stansiyasının  fəhlələrinin  tətil etməsi 



1900  1 may 

“Cənubi  Qafqazda  dövlət  kəndlilərinin torpaq  quruluşu” haqqında qanun  qəbul edilməsi. Bu qanuna əsasən 

dövlət  kəndlilərinə icma   torpaqlarından  nəsli   istifadə  hüququ  verildi 

1901 

Bakıda  H.Z.Tağıyevin   qız məktəbinin açılması 



1902 

Gəncədə qız məktəbi açılması 



1902 

M.Ə.Rəsulzadənin    rəhbərliyi    ilə  Azərbaycanda  ilk  siyasi  təşkilat  olan  “Müsəlman  gənclik    təşkilatı”nın 

yaradılması 

1902 

Ləki  çiyid yağı  zavodunun inşa edilməsi 



1902  aprel 

Bakıda ilk açıq siyasi nümayiş keçirilməsi. Hərəkat ona görə ilk açıq siyasi nümayiş adlanırdı ki, nümayişlərdə 

ilk dəfə siyasi tələblər və şüarlar irəli sürülürdü. Nümayiş iştirakçıları “Rədd olsun mütləqiyyət” və “Yaşasın  

azadlıq” şüarları səsləndirdilər. Hökumət çətinliklədə olsa nümayişi dağıtdı və onun fəallarını həbs etdi 



1903  21 aprel 

“Cənubi Qafqazın beş quberniyasında pay  torpaqlarını müəyyənləşdirmək və torpaq  quruluşu işini aparmaq 

qaydası haqqında” Əsasnamə   verilməsi.  Əsasnamədə  kəndlilərə   əlavə  pay  torpaqları  verilməsi, çəmən,  

otlaq  və    meşələrdən    pay    ayrılması    nəzərdə  tutulurdu.  Əsasnamədə  o  da  qeyd  edilirdi  ki,    torpğı  almağa 

kəndlilərin    maddi    imkanı  olmadığından  problemi  həll  etməyin  yeganə   yolu Kəndli  torpaq  bankının   

yerlərdə  şöbələri   açılmalı və bu vəsaiti  bank  ödəməli, kəndlilər isə müəyyən müddətdə bu pulu banka geri 

qaytarmalı idi. Sənədə əsasən pay  torpaqlarının  planı  hazırlanarkən  mövcud  sərhədlər  əsas götürülməli  idi 

1903  2 mart 

Bakıda yeni açıq küçə nümayişi keçirilməsi 



1903  18 yun 

Bibiheybətdəki    mexaniki  emalatxana    fəhlələrinin    tətil    etməsi.  Tətil  iştirakçıları  əmək  haqqının artırılması  

haqqında  tələblər  irəli  sürürdülər.  Müdriyyət  maaşları   artıracağını   vəd  etdiyinə görə  tətili dayandırıldı. 

Lakin  sahibkarlar  verdiyi   sözə  əməl etmədi.  Ona görə  də  iyulun 1-də   tətil  yenidən  davam  etdirildi. Bu 

tətil  bütün  sənaye  rayonlarının  fəhlələrini  də  ayağa  qaldırdı  və  ümumi  tətil  şəklini  aldı.  Dəmiryolda  hərəkət 

dayandırıldı. Sahibkarlara   təqdim   etmək üçün  tələblər  hazırlanmaq məqsədilə  qabaqcıl  fəhlələrdən  ibarət   

tətil   komitəsi   yaradıldı.  Neft  maqnatları  onu “Fəhlə  hökməti” adlandırırlar 

1903  1-22 iyul 

Bakıda ilk ümumi siyasi tətil keçirilməsi. Bakıdakı tətil  komitəsinin tələbnamə hazırlaması. Tətil  komitəsinin 

hazırladığı   tələbnaməyə  gündə 8 saatlıq  iş günü, işdən qovulanların  geri qaytarılması, əvvəlki  nümayişlərdə  

həbs  edilən  fəhlələrin  azad  edilməsi, əmək haqqının artırılması, fəhlələrlə  nəzakətli rəftar və.s tələblər daxil  

edilmişdi. Bakı  fəhlələrinin 22 gün davam  edən  ilk  ümumi   tətili  yatırıldı. Lakin  tələblərinin  çoxu  yerinə 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə