1918 27 iyun
Bakı Sovetinin hərbi qüvvələri ilə “Qafqaz İslam Ordusu” arasında Göyçay istiqamətində döyüş baş verməsi.
Göyçay istiqamətində gedən gərgin döyüşlər nəticəsində Bakı Sovetinin qoşunları ağır məhlubiyyətə uğrayaraq
geri çəkilməyə məcbur oldu və onların Gəncəyə hücumunun qarşısı alındı
1918 11 iyul
AXC hökuməti tərəfindən ölkədə hərbi səfərbərlik elan edilməsi
1918 20 iyul
Azərbaycan-Osmanlı hərbi qüvvələrinin Bakı XKS-nin nəzarətində olan Bakı istiqamətində hücuma keçməsi.
Azərbaycan-Osmanlı hərbi qüvvələrinin Bakı istiqamətində hücuma keçməsi Bakı XKS-nin vəziyyətini xeyli
ağırlaşdırdı
1918 24 iyul
Bakıda keçirilən mitinqlərdə eser-menşevik-daşnak liderlərinin ingilislərin Bakıya dəvət olunmasına tərəfdar
çıxması
1918 25 iyul
Bakı XKS-in fövqəladə iclas keçirməsi. İclasda ingilis qoşunlarının Bakıya dəvət olunması və yeni koalisiyalı
hökumətin təşkili haqqında qətnamə qəbul edildi
1918 31 iyul
Bakı XKS-in süqut etməsi. Bakı XKS-ni süqutunun səbəbi onun milli dayağının olmaması, sosial bazasının
çox zəif olması, Aztiazərbaycan siyasəti yeritməsi, Rusiyanın müstəmləkəçilik siyasətinə xidmət edən siyasət
yürütməsi, antidemokratik qondarma hökumət olması idi. Odur ki, zamanın tələbinə uyğun olaraq Bakı XKS-i
süquta uğradı və onu Sentrakaspi diktaturası əvəz etdi
1918 1 avqust
Daşnak-sağ-eser-menşevik blokunun Bakıda “Sentrokaspi Diktaturası”nı yaratması
1918 17 avqust
İngilis generalı Denstervilinin başçılığı ilə ingilis qoşunlarının Bakıya gəlməsi
1918 23 avqust
Azərbaycan vətəndaşlığı haqqında fərman imzalanması
1918 27 avqust
Sovet Rusiyası ilə Almaniya arasında gizli saziş imzalanması. Avqust sazişinin şərtlərinə əsasən Almaniya
üçüncü bir dövlətin, yəni Osmanlı imperiyasının Bakıya daxil olmasına mane olmağa çalışmalı, Rusiya isə
bunun qarşılığında Bakı neftinin 1/4 hissəsini Almaniyaya verməyi öhdəsinə götürdü. Lakin, beynəlxalq
vəziyyətin Almaniyanın əleyhinə dəyişməsi, Osmanlı və Azərbaycan hökumətinin qəti mövqeyi Almaniyanın
avqust sazişindən imtina etməyə məcbur etdi
1918 28 avqust
AXC hökuməti tərəfindən məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edilməsi
1918 yayı
Andronik Ozanyanın Zəngəzurda soyqırım həyata keçirməsi
1918 14 sentyabr
Müəssislər Məclisinin çağırılması üzrə hazırlıq işləri görmək məqsədi ilə komissiya yaradılması
1918 15 sentyabr
Nuru paşanın başçılığı ilə Bakının Osmanlılar tərəfindən azad edilməsi
1918 17 sentyabr
AXC hökumətinin Gəncədən Bakıya köçürülməsi
1918 sentyabr
“Bakı bonu” adlı pul vahidinin dövriyyəyə buraxmaq barədə qərar qəbul edilməsi
1918 5 oktyabr
AXC hökumətinin Bakı XKS-in milliləşdirmə ilə əlaqədar verdiyi dekret və sərəncamları ləğv etməsi
1918 30 oktyabr
Mudros barışığı. Osmanlı ordusunun Azərbaycanı tərk etməyə başlaması
1918 1 noyabr
AXC hökuməti tərəfindən hərbi nazirlik yaradılması və F.Xoyskinin hərbi nazir, general S.Mehmandarovun
onun müavini təyin edilməsi
1918 10 noyabr
Osmanlı ordusunun Bakını tərk etməsi
1918 16 noyabr
“Azərbaycan parlamentinin yaradılması haqqında” qanun qəbul edilməsi. Qanuna əsasən Təkpalatalı
parlament yaradılmalı və tərkibi 120 nəfərdən ibarət olmalı idi. Əhalinin tərkibinə uyğun olaraq 80 yer
azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. yəhudi, alman, gürcü, polyak xalqlarının hər
biri üçün bir yer, həmkarlar ittifaqlarfı təşkilatları üçün 5 yer nəzərdə tutulmuşdu. Qanunla Respublika
ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ təsbit edildi
1918 17 noyabr
General Tomsonun başçılığı ilə ingilis ordusunun Azərbaycana gəlməsi. Tomson Azərbaycan hökumətini
tanımayacağını elan etsə də, sonradan onu tanıdı və F.Xoyskinin başçılıq etdiyi hökuməti ölkədə yeganə
qanuni hökumət kimi qiymətləndirdi
1918 noyabr – 1919 mart Naxçıvanda Araz-Türk Respublikasının mövcud olması. Araz-Türk Respublikası mövcud olduğu dövrdə
bölgənin ermənilərin əlinə keçəmsinə imkan vermədi və AXC-nin ərazi bütövlüyünü təmin etdi
1918 7 dekabr
AXC parlamentinin yaradılması və Ə.Topçubaşovun parlamentin ilk sədri seçilməsi
1918 10 dekabr
Neft Sənayeçiləri Qurultayı Şurası yanında neft və neft məhsullarının satışı üzrə Büro yaradılması
1918 25 dekabr
General S.Mehmandarovun AXC hərbi naziri, general-leytenant Əliağa Şıxlinskinin hərbi nazirin müavini,
general Süleyman bəy Sulkeviçin baş qərargah rəisi təyin edilməsi
1918.XII.26-1919.IV.14
F.Xoyskinin rəhbərliyi ilə III Hökumət habinetinin fəaliyyət göstərməsi
1918 28 dekabr
AXC hökumətinin Paris sülh konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiq etməsi
1919 8 yanvar
Azərbaycan nümayəndə heyətinin İstanbul vasitəsi ilə Parisə yola düşməsi
1919 yanvar
Əmək Nazirliyinin fəaliyyətə başlaması
1919 yanvar
Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun ora qubernator təyin edilməsi
1919 fevral
Naxçıvan general-qubernatorluğunun yaradılması və Bəhram xan Naxçıvanskinin ora qubernator təyin
edilməsi
1919.IV.14--XII.22
N.Yusifbəylinin rəhbərliyi ilə IV Hökumətin fəaliyyət göstərməsi. IV Hökumət kabinetinin proqramında
ərzaq, ticarət, maliyyə və nəqliyyatın inkişafı məsələlərinə xüsusi diqqət verildi
1919 mart
Bakıda Azərbaycan (türk) dilində ilk böyük kitabxana açılması
1919 2 may
Azərbaycan məsələsinin ABŞ, Fransa, İngiltərə və İtaliya dövlət başçılarının görüşündə müzakirə edilməsi
1919 may
Cənub bölgəsində qondarma “Muğan Sovet Respublikası”nın yaradılması
1919 may-iyul
Naxçıvan bölgəsində “erməni idarəçiliyi”nin mövcud olması
1919 28 may
ABŞ prezidenti Vudro Vilsonun Azərbaycan nüməyəndə heyətini qəbul etməsi. Danışıqlar zamanı V.Vilsona
təqdim edilən memorondumda Azərbaycanın müstəqilliyinin tanınması, Vilsonun prinsiplərinin Azərbaycana