İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə55/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

1946  fevral 

Milli Hökumətin aqrar qanun qəbul etməsi. Aqrar qanuna əsasən “xalisə”, dövlət mülkiyyətində olan torpaqlar, 

habelə  Azərbaycandan  qaçmış  və  ona  qarşı  mübarizəni  davam  etdirən  mülkədar  və  sahibkarların  torpaqları 

kəndlilər arasında bölüşdürüldü 



1946  8 may 

BMT-nin tələbi ilə Sovet hökumətinin hərbi hissələrini İrandan çıxarılması 



1946  12 may 

Milli Hökumətin “Əmək haqqında qanun” qəbul etməsi 



1946  iyun 

Milli Hökumət tərəfindən Təbriz universitetinin təsis edilməsi 



1946  iyun 

İranın Qəvalmüssəltənə hökumətinin Milli Hökumətlə müqavilə bağlaması 



1946  12 dekabr 

İran  qoşunlarının  Təbrizdə  daxil  olması.  Cənubi  Azərbaycanda  Milli  hərəkatın  məğlub  olması.  Cənubi 

Azərbaycan Milli hərəkatının məğlub olmasının səbəbi İran hökumətinin silahlı qüvvələrinin üstünlüyü, ABŞ, 

İngiltərə və Sovet  hökumətinin İrandakı  siyasəti  idi. Hərəkatın məğlubiyyətə uğramasına baxmayaraq böyük 

əhəmiyyəti  oldu,  xalqda  öz  milli  varlığı,  tarixi  və  mədəniyyəti  ideyasını  möhkəmlətdi  və  gələcək  mübarizə 

üçün zəmin yaratdı 



1947  12 iyun 

S.C.Pişəvərinin müəmmalı şəkildə Şimali Azərbaycanda avtomobil qəzasında həlak olması 



 

 

AZƏRBAYCAN SSRİ II DÜNYA MÜHARİBƏSİNDƏN SONRAKI DÖVRDƏ (1945-1980-Cİ İLLƏRDƏ) 

 

1945 

Ümumtəhsil məktəblərində buraxılış imtahanları müəyyən olunması. Ən yaxşı  oxuyan şagirdlər üçün qızıl və 

gümüş medalların təsis edilməsi. 

1945 

Rejissor R.Təhmasib tərəfindən “Arşın mal alan” filminin  çəkilməsi və Azərbaycan kinosunun ilk dəfə dünya 

ekranına çıxarılması. 

1945 

A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda  gizli  “Qarabağ komitəsi” adlı təşkilatın yaradılması. 



1945  payız 

Ermənistan rəhbərliyi tərəfindən  Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi məsələsinin 

qaldırılması. 

1945-1954 

 

Sumqayıt Kimya, Boru prokatı və “Sintetik kauçuk zavodlarının inşa edilməsi. 



1945-1950-ci illər 

Azərbaycanda Sovet rejiminə qarşı Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhimov və Hacı Zeynalovun başçılığı ilə 

“İldırım” adlı gənclər təşkilatı yaradılması. Təşkilat müstəqil Azərbaycan Respublikasını bərpa etmək ideyasını 

yaymağa cəhd göstərmiş, Azərbaycan (türk) dilinin sıxışdırılmasına qarşı etiraz etmişdi. 



1946  oktyabr 

Moskvanın xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında qərar qəbul etməsi. Bu köçürülmə 

azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi. 

1947 

Ölkədə  kartoçka sisteminin  ləğv edilməsi. 



1947-1952 

SSR-də istehlak mallarının satış qiymətinin aşağı endirilməsi. 



1947  23 dekabr 

“Ermənistan SSR-də kolxozçuların  və başqa azərbaycanlı  əhalinin Azərbaycan  SSR-in Kür–Araz  ovalığına  

köçürülməsi haqqında” qərar qəbul  edilməsi.  Bu qərara əsasən 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min 

nəfər “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi. 



1948  10 mart 

“Ermənistan SSR-də kolxozçuların  və başqa azərbaycanlı  əhalinin Azərbaycan  SSR-in Kür–Araz  ovalığına  

köçürülməsi haqqında” qərarı həyata keçirmək üçün tədbirlər planı müəyyən edilməsi. 

1948-1953 

Ermənistan SSRİ-dən azərbaycanlıların  bir hissəsinin departasiya edilməsi. 



1948 

Dünyada ilk dəfə Azərbaycanda açıq dənizdə neft – mədən estakadaları qurulması. 



1948 

 

 

Azərbaycanda məhsul istehsalının müharibədən əvvəlki səviyyəyə çatdırılması. 



1949  7 noyabr 

Neft daşlarında ilk dəfə açıq dənizdə  neft  quyusu fontan vurması. 



1949 

Azərbaycan SSRİ-də icbari yeddillik təhsilə keçilməsi. 



1949  

H.Hüseynovun “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərinin nəşr edilməsi. 



1949 

M.Ə.Rəsulzadənin  Ankarada  “Azərbaycan    Kültür  dərnəyi”ni  yaratması.  Dərnəyin  əsas  məqsədi  xalqı 

maarifləndirmək idi. 

1951 

Qaradağ sement zavodunun  tikilib istifadəyə verilməsi. 



1953  5 mart 

Sov.İKR MK-nın birinci katibi İ.V.Stalinin vəfat etməsi. 



1953  iyul 

M.C.Bağırovun vəzifəsindən azad edilərək “Kuybışevneft” birliyinə rəis müavini göndərilməsi. 



1953  sentyabr 

 N.S.Xruşşovun  Sov.İKR  MK-nın  birinci  katibi  seçilməsi.  N.S.Xruşşov  hakimiyyəti  ələ  keçirdikdən  sonra 

inzibati-amirlik idarə sistemini, represiyaları və.b neqativ halları Stalinin adı ilə bağlayaraq onun şəxsiyyətinə 

pərəstişi  tənqid  etdi,  M.C.Bağırovun  dövründə  Azərbaycanda  güc  orqanlarına  rəhbərlik  etmiş  Y.Sumbatov-

Topuridze, X.Qriqoryan, R.Markaryan və.b güllələnməyə məhkum olundular. 



1953 

Yeni Bakı Neftayırma zavodunun işə salınması. 



1954-1959 

İmam Mustafayevin Azərbaycan  KP MK-in birinci katibi işləməsi. İmam Mustafayevin hakimiyyəti dövründə 

xalqın  vəziyyətini  yaxşılaşdırmaq  və  hücumlardan  qorunmaq  üçün  səylər  göstərdi,  Respublikanın  iqtidadi 

müstəqilliyinin təmin olunmasına çalışdı, sənayenin sürətli inkişafı nəticəsində Bakıda azərbaycanlıların  sayı 

xeyli  artması  və    demoqrafik  vəziyyətin  dəyişməsi  N.S.  Xuruşovun    beynəlmilər    şəhər  olan  Bakını 

Azərbaycanın tərkibindən çıxarıb birbaşa Moskvaya tabe etmək planını pozdu, Azərbaycan SSRİ Ali Sovetinin 

sessiyasında Azərbaycan dili haqqında xüsusi qərar qəbul edildi, Azərbaycan dilini rəsmi dövlət dili statusunun 

təmin  olunmasına  çalışıldı,  Respublikanın dövlət  idarələrində  Azərbaycan    dilinin  tətbiqi  üçün  real  addımlar 

atıldı,  məhkəmə    quruculuğu,    mülki,  cinayət  və    məhkəmə  məcəlləsinin  qəbulu  Respublikanın    ixtiyarına 

verildi. 



1954 

Daşkəsəndə dəmir filizi üçün saflaşdırma kombinatının tikilib istifadəyə verilməsi. 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə