İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə51/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

1921  iyun 

Ermənistan SSR XKS sədri A.Myasnikov tərəfindən Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib  hissəsi 

elan olunması və A.Mravyanın Dağlıq Qarabağda fövqəladə nümayəndə təyin etməsi 

1921  4 iyul 

RK(b)P-nın  Qafqaz  bürosunda  Qarabağ  məsələsinin  müzakirə  edilməsi.  RK(b)P-nın  Qafqaz  bürosunun  

iclasında əksəriyyət ermənipərəst mövqe tutdu. Lakin N.Nərimanovun qərara qəti etirazını və kəskin narazılıq 

yarandığı nəzərə alan Qafqaz bürosu son qərar üçün məsələni RK(b)P MK-nın müzakirəsinə verməyi tövsiyyə 

etdi 

1921  5 iyul 

Qarabağ  məsələsinin  Qafqaz  bürosunun  plenumunda  yenidən  müzakirə  olunması.  Plenum  RK(b)P  MK-nın 

rəyini  nəzərə  alaraq  Dağlıq  Qarabağın  Azərbaycan    SSR-in  tərkibində  saxlanılması  və  paytaxtı  Şuşa  şəhəri 

olmaqla geniş vilayət muxtariyyatı verilməsi haqqında qərar çıxardı 



1921  yayı 

Yoxsul komitələrinin kənd sovetləri ilə əvəz edilməsi 



1921  yayı 

Yuxar Zəngəzurun Ermənistana ilhaq edilməsi 



1921  7 oktyabr 

İngilis “Maiten” qəzetinin Azərbaycandakı sovet rejiminə qarşı üsyanlar haqqında  məlumat dərc etməsi 



1921  13 oktyabr 

Qars müqaviləsi. Rusiya ilə Türkiyə arasında imzalanan müqavilə ilə Naxçıvanın Azərbaycan ərazisi olması bir 

daha təsdiqləndi, həmçinin Naxçıvanın sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi 

1921  noyabr 

RK(b)P MK-nın Siyasi Bürosunun Zaqafqaziya Federasiyasının yaradılması barədə qərar qəbul etməsi 



1921 

Azərbaycan  SSR-in birinci Konstitusiyasının qəbul olunması. Bu Konstitusiya ilə rəsmi olaraq milliyətindən, 

dinindən, cinsindən asılı olmayaraq həddi-buluğa  çatan bütün zəhmətkeşlərə dövlət hakimiyyəti  orqanlarına 

seçmək  və  seçilmək,  söz,  mətbuat,  vicdan  azadlığı  hüquqları  verildi.  Eyni  zamanda  vətəndaşların  zəhmətlə 

məşğul olmayan hissəsi seçki hüququndan məhrum edildi 

1921 

Bütün  siyasi  partiyaların,  qəzet  və  jurnalların,  o  cümlədən  “Müsavat”,  “İttihad”  və  “Əhrar”  partiyalarının 

fəaliyyətlərinin qanunla qadağan olunması 

1921 

Azərbaycanda  Dövlət  Pedoqoji  İnstitutu,  Politexnik  İnstitutu,  Şərq  dünyasında  ilk  Konservatoriya  və  Ali 

Rəssamlıq Məktəbi açılması 

1922  22 fevral 

Sovet respublikalarının RSFSR ilə saziş bağlaması. Bu sazişə əsasən ZSFSR ölkələri, o cümlədən Azərbaycan  

beynəlxalq münasibətlərdə öz mənafeyini təmsil və müdafiə etməyi RSFSR-ə tapşırırdı 

1922  mart 

ZSFSR-in (Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının) yaradılması 



1922-1936 

ZSFSR-in fəaliyyəti dövrü 



1922  yazı 

Azərbaycanda ərzaq vergisinin tətbiq olunması 



1922  yazı 

Naxçıvanın  statusu  haqqında  “Əsasnamə”nin  təsdiq  olunması.  “Əsasnamə”də  Naxçıvan  Sovet  Sosialist 

Respublikası (NSSR) adı ilə Azərbaycan  SSR-in himayəsində muxtar respublika elan olundu 

1922  10 dekabr 

ZSFSR-in toplanmış I Sovetlər qurultayında onun ali orqanı olan Zaqafqaziya MİK-in seçilməsi və Azərbayan  

SSR-in formal müstəqilliyinin ləğv edilməsi 

1922  30 dekabr 

SSRİ-in yaradılması və Azərbaycanın  SSRİ-in tərkibinə qatılması (SSRİ-nin tərkibinə 4 respublika - RSFSR, 

Ukrayna, Belorusiya və ZSFSR daxil idi)  

1922 

Azərbaycan  Arxeologiya cəmiyyətinin təşkili 



1922 

Azərbaycan  Dövlət Dram Teatrının açılması 



1922 

M.Ə.Rəsulzadənin Finlandiyaya və oradan Türkiyəyə mühacirət etməsi 



1923 

Savadsızlıqla mübarizə üçün  Xüsusi Komitə yaradılması 



1923 

“Azərbaycanı  Öyrənən Cəmiyyət”in (AÖC) yaradılması 



1923 

Azərbaycan  Arxeolegiya cəmiyyətinin Arxeologiya Komitəsinə çevirilməsi 



1923 

M.Ə.Rəsulzadənin Türkiyədə “Müsavat” partiyasının xarici bürosunu yaratması 



1923 

Rus Azad  tənqid və təbliğ teatrının Bakı işçi teatrına çevirilməsi 



1923  31 dekabr 

Azərbaycan  SSR MİK-in Naxçıvan ölkəsinin yenidən təşkili bardə qərar qəbul etməsi 



1923  10 may 

H.Əliyevin Naxçıvan şəhərində anadan olması 



1923  7 iyul 

Azərbaycan  SSR-in tərkibində DQMV-in təşkili 



1924  9 fevrel 

Azərbaycan  SSR-in tərkibində Naxçıvan MSSR-in yaradılması 



1924 

İstanbulda  M.Ə.Rəsulzadənin rəhbərliyi ilə gizli Azərbaycan Milli Mərkəzinin yaradılması 



1924 

“Azərbaycan  İstiqlal Komitəsi” təşkilatının yaradılması 



1924 

Bakıda ilk radio qurğusunun quraşdırılması 



1924 

Suraxanıda turbobur vasitəsilə ilk neft quyusu qazılması 



1924  yanvar 

SSRİ-in ilk Konstitusiyasının qəbul edilməsi 



1924 

Azərbaycan  Opera və Balet Teatrının açılması 



1924-1938 

“Qız  qalası  əfsanəsi”,  “Bismillah”,  “Gilan  qızı”,  “Hacı  qara”,  “Sevil”,  “Almaz”,  “Mavi  dəniz  sahilində”  (ilk 

səsli film), “Bakılılar” və s. fimlərin çəkilib ekranlaşdırılması 

1925 

Gədəbəydə misəritmə zavodunun, Bakıda və Tovuzda sement zavodunun işə salınması 



1925  dekabr 

Azərbaycanda sosialist sənayeləşdirilməsi xətti irəli sürülməsi. Sovet sənayeləşdirilməsi nəticəsində  L.Şimidt 

və Suraxanı mexaniki zavodu, ilk krekinq qurğusu tikilib istifadəyə verildi, SSR-i neft istehsalı üzrə dünyada 

ikinci yerə çıxdı, Bakı-Batum neft kəməri çəkildi, SSRİ  məkanında ilk dəfə Bakıda elektrik dəmir yolu xətti 

istifadəyə  verildi,  Ələt-Culfa  dəmir  yolu  xəttinin  çəkilişi  başa  çatdı,  Azərbaycan  SSR  aqrar  ölkədən  aqrar-

sənaye  ölkəsinə  çevrildi,  Azərbaycanda  Stalin  modeli  əsasında  totalitar  sosializm  cəmiyyəti  quruldu, 

hakimiyyət vahid bir partiyanın əlində cəmləşdi, ölkədə bazar iqtisadiyyatına son qoyuldu 

1920-ci illərin II yarısı 

Azərbaycanda  xalq  təsərrüfatının  bütün  sahələrinin  sosialistcəsinə  yenidən  qurulmasına  başlanılması. 

Sosialistcəsinə  yenidənqurmaların  başlıca  istiqamətlərini  sosialist  sənayeləşdirilməsi,  kənd  təsərrüfatlarının 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə