İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə50/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

1920  15 may 

Bolşeviklər tərəfindən vicdan azadlığı elan olunması, hər cür dini ayinlərin icra olunmasının qadağan edilməsi. 

Dinin dövlətdən və məktəbdən ayrılması 

1920  24 may  

Bolşeviklər tərəfindən neft sənayesinin milliləşdirilməsi və “Azneft”in yaradılması. Azərbaycan neftinin Sovet 

Rusiyasının ixtiyarına keçməsi 

1920 may 

Azərbaycanda  bolşevik  hakimiyyətinə  qarşı  müqavimət  hərəkatı  baş  verməsi.  Müqavimət  hərəkatının  səbəbi 

kommunist  məmurlarının  özbaşınalığı  və  xalqın  sovet  rejimindən  narazılığı  idi.  Bu  hərəkat  dövlətə  vergiləri 

verməkdən  imtina  etmək,  XI  Qırmızı  ordu  hissələrini  ərzaqla  təchiz  etməmək,  adamların  qaçaqçılığa 

qoşulması, silahlı üsyanlar etmək və.s formada təzahür edirdi 

1920  25 may  

Gəncədə sovet  rejiminə qarşı ilk və  ən güclü silahlı üsyan baş verməsi. 

Ü

syanın əsas qüvvəsini  Azərbaycan  



Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd  Mirzə Qacar, 

polkovnik Cahangir bəy Kazımbəyov və.b ibarət Hərbi Şura rəhbərlik edirdi. Lakin üsyan qəddarlıqla yatırıldı. 

Gəncə üsyanın məşğub olmasının səbəbi qüvvələrin qeyri-bərabərliyi və Gəncənin erməni əlalisinin XI qırmızı 

orduya kömək etməsi idi 



1920  6 iyun  

Zaqatalada sovet rejiminə qarşı M.Hafiz və Əhmədəliyevin baçılığı ilə üsyan baş verməsi.  Gəncə və Qrabağ 

üsyanlarından fərqli olaraq  bu üsyanın əsas qüvvəsi hərbiçilər deyil, dinc əhalidən ibarət dəstələr təşkil edirdi. 

Zaqatala şəhəri tutulandan sonra hərbçilər də üsyançılara qoşuldular. Zaqatala üsyanı da amansızlıqla yatrıldı 

və üsyançıların sağ qalan hissəsi Gürcüstanda sığınacaq tapmalı oldular 

1920  iyun  

Qarabağda  sovet  rejiminə  qarşı  Nuru  Paşanın  baçılığı  ilə  üsyan  baş  verməsi.  Üsyanın  başlıca  qüvvəsini 

Azərbaycan    Milli  Ordusunun  Qarabağda  yerləşən  hissələri,  Şəki,  Cavanşir,  Ağdam  süvari  və  Bakı  piyada 

alyları, iki topçu diviziyası təşkil edirdi. XI Qırmızı ordu hissələri ilə üsyançılar arasında ilk hərbi toqquşma 

Ehsan xan Naxçıvavanskinin komandanlıq etdiyi  Şəki  alayı  arasında oldu. Bu döyüş nəticəsində Şəki  süvari 

alayının hərbi dəstəsi XI Qırmızı ordu hissələri tərəfindən məğlub edildi, E.Naxçıvavanski və bir qrup hərbiçi 

ələ keçirilərək XI Qırmızı ordu qərərgahında güllələndi 

1920  iyun 

Bolşeviklərin Xəzər Ticarət Donanmasını, bankları və balıq sənayesini milliləşdirməsi 



1920-1924 

Lənkəran, Cavanşir, Ordubad, Şərur Qəbələ və Xaçmazda sovet rejiminə qarşı  kütləvi çıxışlar baş verməsi 



1920  iyul 

XI Qırmızı ordu hissələrinin Naxçıvanı tutması 



1920  avqust 

Quba qəzasının Dəvəçi və Qusar dairələrində kəndli çıxışları baş verməsi 



1920  avqust 

Sovet Rusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlanması. Sazişin şərtlərinə əsasən Şərur-Dərələyəz 

qeyd-şərtsiz  Ermənistana  verildi,  rus  qoşunlarının  zəbt  etdiyi  Qarabağ,  Zəngəzur  və  Naxçıvan  isə  mübahisəli 

ərazilər elan olundu 



1920  26 avqust 

Azərbaycan  İnqilab Komitəsinin fərmanı ilə taxıl ticarətinin inhisara alınması 



1920  yayı 

Veysəl bəyin başçılığı ilə türk qoşunlarının Naxçıvanı nəzarət altına alması 



1920  yayı 

Şəmkir  qəzasının  Müskürlü  kəndi  ətrafında  kəndlilərin  silahlı  dəstəsi  ilə  XI  Qırmızı  ordu  hissələri  arasında 

toqquşmalar baş verməsi 

1920  yayı 

Azərbaycanda  hərbi  kommunizm  siyasətinin    tətbiq  olunması.  Hərbi  kommunizm  siyasətinə  əsəsən  taxıl 

ticarəti  inhisara  alındı,  Azərbayanda  ərzaq  sapalağı  tətbiq  olundu.  Bütün  artıq  taxıl,  yağ,  yem,  mal-qara 

kəndlilərdən möhkəm qiybətlə alınmağa başladı 



1920  sentyabr 

Azərbayanda  ərzaq  sapalağının  tətbiq  olunması.  Ərzaq  sapalağına  həyata  keçirmək  üçün  Bakı  fəhlələrindən 

təşkil  olunmuş  ərzaq  dəstləri  kəndlərə  göndərildi,  ümumi  icbari  əmək  tətbiq  edildi,  “işləməyən  dişləməz” 

prinsipi  həyata  keçirilməyə  başlandı,  ərzaq  payı  verilməsi  –  kartoçka    sistemi  yaradıldı.  Azərbaycada  tətbiq 

olunan  ərzaq  sapalağı  nəticəsində  kəndlilərin  vəziyyəti  ağırlaşdı.  Buna  cavab  olaraq  hökumət  Azərbaycanda 

ərzaq  siyasətini  yumşaltmağa  məcbur  oldu  və  bütün  bölgələrdə  (Quba  və  Cavad  qəzaları  istisna  olunmaqla) 

taxıl tədarükünü dayandırdı 

1920  sentyabr 

Bolşeviklər tərəfindən kəndlərdə yoxsul komitələri yaradılması 



1920  1-7 sentyabr 

Bakıda Şərq xalqlarının birinci qurultayının keçirilməsi 



1920  30 sentyabr 

“RSFSR  ilə  Azərbaycan  SSR  arasında  hərbi  iqtisadi  ittifaq  haqqında”  müqavilə  bağlanması.  Azərbaycanın 

formal müstəqilliyinin ləğv olunmasında ilk addım atılması  

1920  oktyabr 

Naxçıvanı Ermənistana birləşdirmək məqsədilə  Naxçıvanda fövqəladə komissarlıq yaradılması 



1920  oktyabr 

AK(b)P-nın ikinci qurultayının keçirilməsi 



1920  29 noyabr 

Ermənistanın sovetləşməsinin başa çatması 



1920  dekabr 

Gümrü  (Aleksandropol)  müqaviləsi.  Türkiyə  ilə  Ermənistan  arasında  imzalanan  müqavilənin  şərtinə  görə

İrəvan  bölgəsi  və  Göyçə  gölü  istisna  olmaqla,  bütün  Ermənistan  ərazisi  təxminən  10  min  km

2

  hüdudlarında 



müəyyənləşdirildi 

1920 

Rus Azad  tənqid və təbliğ teatrının yarandılması 



1921 17 may 

“Bütün növ ərzaq inhisarının ləğv edilməsi haqqında” dekretlə ərzaq sapalağının ləğv olunması.  Bu dekretlə, 

ərzaq sapalağının ləğv olunması ilə  Azərbayanda Yeni qtisadi siyasətə keçilməsi üçün ilk addım atıldı 

1921 

Azərbaycanda könüllü məhsul rüsumu olan – “çanaq” vergisinin tətbiq olunması 



1921 

Bolşeviklərin Azərbaycanda hərbi kommunizm siyasətindən imtina edərək YİS-ə keçməsi (1921-1925). Yeni 

iqtisadi  siyasət  hakim  mövqelərin  dövlətin  əlində  olması  şərtilə  ərzaq  vergisi  tətbiq  olunmasını,  ticarət 

azadlığına  yol  verilməsini,  icarə  sisteminin  yaradılmasını,  müştərək  müəssisələrin  qurulmasını,  xarici 

konsessiyaya  yol  verilməsini, kooperasiya, bank və  kredit şəbəkəsinin yaradılmasını  və s.  iqtisadi tədbirlərin 

tətbiq  edilməsini  nəzərdə  tuturdu.  Yeni  iqtisadi  siyasət  əslində  Rusiyanın  kommunizmdən  –  kapitalizm 

sisteminə geri qayırması demək idi 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə