İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə46/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

vurdu,  Azərbaycn  milli  demokratiyasının  muxtariyyətə  olan  ümidlərini  qırdı,  Azərbaycan  xalqı  arasında  milli 

birlik  və  müstəqil  dövlətçilik  ideyası  gücləndi.  Mart  soyqırımına  qədər  Azərbaycan  milli  demokratiyasının 

məqsədi Azərbaycana ərazi muxtariyyəti vermək olmuşdusa, soyqırımdan sonra bu məqsəd müstəqil dövlətçilik 

ideyası oldu 



1918  13 aprel 

Zaqafqaziya Seymi ilə Osmanlı dövləti arasında müharibə baş verməsi 



1918  13-16 aprel 

S.Lalayan və T.Əmirovun daşnak dəstələrinin Şamaxıda soyqırım həyata keçirməsi. Şamaxıda həyata keçirilən 

soyqırım  nəticəsində  Şamaxı  əhalisinə  qanlı  divan  tutuldu,  72  kənd  isə  dağıdıldı,  8  mindən  artızq  dinc 

azərbaycanlı əhali öldürüldü 



1918  20 aprel 

Fətəlixan Xoyskinin rəhbərlik etdiyi Bakı şəhər Dumasının buraxılması 



1918  22 aprel 

Cənubi Qafqaz Federativ Respublikasının yaradılması 



1918  22.IV-26.V 

Cənubi Qafqaz Federativ Respublikasının mövcud olması 



1918  25 aprel 

S.Şaumyanın    sədrliyi  ilə  Bakı  Xalq    Komissarlığı  Soveti  (XKS)  hökumətinin  yaradılması.  Bakı  XKS-in 

Azərbaycanda fəaliyyəti dövründə sosialist tədbirləri adı ilə aşağıdakı  tədbirləri həyata keçirdi: Sovet Rusiya 

nümunəsində  yeni    sovet  orqanları  yaratmağa    başladı,  Bütün  köhnə  hakimiyyət  orqanları  ləğv  edildi, 

Azərbaycan Xalq Cumhuriyyəti yaranarkən onu milli hökumət kimi tanımadı, fəhlə-kəndli milisi, şəhər, qəza 

və  mahal  xalq  məhkəmələri    təşkil  edildi,  hərbi  tribunal  təsis  edildi,  əksinqilabla  mübarizə  aparmaq  üçün 

Fövqaladə  Komissiya    yaradıldı,  banklar,  neft  sənayesi  və  Xəzər  Ticarət  Donanması  milliləşdirildi,  neft 

yataqlarını vəhşicəsinə istismar etdi, “qardaşlıq yardımı” adı altında Sovet Rusiyasına neft və neft məhsulları, 

və.s göndərildi 

1918  26 may 

Xəlil bəy Xasməmmədovun Zaqafqaziya hökumətinə ultimatum göndərməsi 



1918  2-5 iyun 

Bakı sovetinin Bakı neft sənayesini və Xəzər Ticarət Donanmasını milliləşdirməsi 



1918 

Bakı XKS-in “qardaşlıq yardımı” adı altında Sovet Rusiyasına 1 milyon 300 min ton neft və neft  məhsulları 

göndərməsi 

 

 

AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ 

 

1918  26 may 

Zaqafqaziya  Seyminin  sonuncu  iclasının  keçirilməsi.  İclasda  Gürcüstanın  federasiyadan  çıxmaq  haqqında  

bəyanatından sonra Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi 

1918  26 may 

Gürcüstanın Federasiyadan çıxması və Zaqafqaziya Seyminin buraxılması 



1918  27 may 

Azərbaycan  fraksiyasının sonuncu iclasının keçirilməsi.   İclasda  Müvəqqəti Milli Şuranın yaradılması haqda  

qərar qəbul edildi və  M.Ə. Rəsulzadə  Milli Şuranın sədri  seçildi. Milli  Şura Azərbaycanın müstəqil dövlət 

elan edilməsi haqqında qərar qəbul etdi 



1918  28 may 

Milli Şura tərəfindən “İstiqlal bəyannaməsi”nin  qəbul olunması və Azərbaycanın dövlət müstəqilliyinin elan 

edilməsi  

1918  28 may-16 iyul 

AXC hökumətinin fəaliyyətinin Tiflis  dövrü 



1918  28 may-17 iyul 

F.Xoyskinin rəhbərlik etdiyi I Hökumətin fəaliyyət göstərməsi 



1918  30 may 

F.Xoyskinin  AXC-nin  yaradılması  haqqında  məlumatı  radioteleqrafla    xarici  dövlətlərin  başçılarına 

göndərməsi 

1918 

AXC-in rəsmi orqanı kimi “Azərbaycan” qəzetinin  nəşr olunmağa başlanması 



1918  iyun 

AXC hökumətinin İrəvan şəhərini ermənilərə güzəştə getməsi 



1918  4 iyun 

Batumda    AXC  ilə  Osmanlı  dövləti  arasında  Sülh  və  dostluq  müqaviləsinin    imzalanması.  Müqavilənin 

şərtlərinə əsasən Osmanlı dövləti Azərbaycanın dövlət müstəqilliyini tanıdı və müqavilənin 4-cü bəndinə görə 

ehtiyac olarsa Azərbaycana hərbi yardım göstərməyi öz üzərinə götürdü  Həmin bəndə müvafiq olaraq, Milli 

Şuranın sədri M. Ə.Rəsulzadə və Xarici İşlər naziri  M.Hacınski Osmanlı hökümətindən hərbi yardım istədilər. 

Batum müqaviləsi AXC-nin xarici  siyasət sahəsində ilk uğurlu addımı oldu 



1918  iyun  

Nuru paşanın rəhbərliyi ilə “Qafqaz İslam ordusu”nun Gəncəyə gəlməsi 



1918  10 iyun 

Bakı Sovetinin hərbi qüvvələrinin Cənubi Qafqaz dəmir yolu xətti boyunca hücuma keçərək, Bakı-Hacıqabul-

Kürdəmir-Müsüslü  istiqamətində irəliləməsi 

1918  12 iyun 

 

Bakı Sovetinin qoşunlarının Kürdəmiri işğal etməsi 



1918  16 iyun 

Azərbaycan Milli Şurasının və hökümətinin Tiflisdən Gəncəyə köçürülməsi 



1918 16 iyun-17 sentyabr 

AXC-nin fəaliyyətinin Gəncə dövrü 



1918 17 iyun 

“İyun  böhranı”  baş  verməsi.  Gəncədə  Nuru  paşanın  hökümətə  etimadsızlıq  göstərməsi  ilə  əlaqədar  olaraq 

hökümət  böhranı  yaranması.  Böhrandan  çıxmaq  məqsədilə  Milli  Şurasının  Gəncədə  iclası  keçirilməsi.  “İyun 

böhranı”  Milli  Şuranın  fəaliyyətini  müvəqqəti  olaraq  dəyandırılması  ilə  nəticələndi.  Bununla  Azərbaycanın 

dövlət müstəqilliyi qorunub saxlanıldı 

1918  17 iyun 

F.Xoyskinin başçılıgı ilə II Hökümət kabinetinin yaradılması 



1918 

Qori Müəllimlər Seminariyasının Azərbaycan  şöbəsinin Tiflisdən Qazaxa köçürülməsi 



1918  22 iyun 

AXC hökuməti tərəfindən ərzaq məhsullarının ölkədən kənara daşınmasının qadağan edilməsi 



1918  24 iyun 

AXC hökumətinin dövlət bayrağı haqqında qanun qəbul etməsi 



1918  26 iyun 

AXC hökumətinin Milli Ordunun yaradılması haqqında fərman verməsi və Müsəlman korpusunun “Əlahiddə 

Azərbaycan  korpusu” adlandırılması 

1918  27 iyun 

AXC hökuməti tərəfindən Azərbaycan  (türk) dilinin dövlət dili elan edilməsi 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə