İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə54/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

 

 

 

 

 

 

CƏNUBİ AZƏRBAYCAN  II DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ 

 

1941-1946 

Cənubi  Azərbaycanda  demokratik  və  milli  azadlıq  hərəkatı  baş  verməsi.  Bu  dövrdə  İranda  və    Cənubi 

Azərbaycanda  demokratik  hərəkatın  canlanmasına  səbəb  Rza  şahın  hərbi-polis  rejiminin    iflasa  uğraması, 

Şimali Azərbaycandan sovet qoşunlarının tərkibində Cənubi Azərbaycana göndərilmiş ziyalıların, mədəniyyət 

xadimlərinin əhali arasında apardığı mədəni-kütləvi tədbirlər olmuşdu 

1941-1945 

Cənubi Azərbaycanda demokratik hərəkatın birinci mərhələsi. Bu mərhələdə dərketmə, milli şüur inkişaf edi və 

xalq kütlələri ana dilində yazıb-oxumağa başladı 

1941  25 avqust 

SSRİ və Böyük Britaniyanın İrana qoşun yeridərək Cənubi Azərbaycanı tutması 



1941  29 sentyabr 

Tehranda  İran  Xalq  Partiyasının  Azərbaycan    təşkilatlarının  təşəbbüsü  ilə  müxtəlif  ictimai-siyasi  birliklərin 

yaradılması. Onlardan “Azərbaycan cəmiyyəti” və “Azərbaycan zəhmətkeşlər təşkilatı” xüsusilə fərqlənirdi 

1941 

Rza şahın hakimiyyətdən getməsi 



1941-1979 

Məhəmməd Rza şahın İranda hakimiyyəti 



1942  dekabr 

ABŞ-ın İrana qoşun yeritməsi 



1945-1946 

Cənubi  Azərbaycanda  demokratik  hərəkatın  ikinci  mərhələsi.  Hərəkatın  ikinci  mərhələsi  Milli  Hökumətin 

yaranması və fəaliyyəti ilə xarakterikdi.  Ümumiyyətlə bu mərhələdə Azərbaycan  Demokratik Firqəsi, silahlı 

fədai  dəstələri  yaradıldı,  Azərbaycan  dilində  “Azərbaycan”    qəzeti    nəşrə  başladı,  ADF  təsisçilərinin  ilk 

konfransı  və  birinci  qurultayı  keçirildi,  Azərbaycan    Xalq  Konqresi  (Müəssisələr  Məclisi)  çağırıldı,    Milli 

Məclisə  seçkilər  keçirildi,  Təbriz  universiteti  təsis  olundu,  Milli  mədəniyyətin  tərəqqisinə  möhkəm  zəmin 

yarandı, dil haqqında qanun, aqrar qanun və əmək haqqında qanun  qəbul edildi 

1945  iyun-sentyabr 

Cənubi Azərbaycanın bir sıra yerlərində  silahlı fədai dəstələri yaradılması 



1945  3 sentyabr 

Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan  Demokratik Firqəsinin (ADF)  yaradılması. ADF yaradılması 

haqqında verdiyi bəyanatda partiyanın proqram prinsipləri izah edilir, Demokratik İran tərkibinə Azərbacjana 

inzibati-təsərrüfat,  mədəni  muxtariyyət  verilməsi  tədbirləri  irəli  sürülürdü.  Bəyanatda  həmçinin,  milli 

həmrəylik əldə edilməsini nəzərdə tutulur, cəmiyyətin bütün üzvlərinin xeyrinə təkamül yolu ilə sosial-iqtisadi 

islahatlar  keçirilməsi  tələb  olunur,  milliyyətindən  və  dinindən  asılı  olmayaraq,  Azərbaycanda  yaşayanların 

hamısı  üçün hüquq bərabərliyini  təmin edilməsi bildirilir, İranın siyasi həyatının demokratikləşdirilməsi irəli 

sürülürdü. Tərkibi fəhlə, kəndli, ziyalı, xərda və orta sahibkarlar və bəzi mülkədarlardan ibarət olan ADF-nin 

yaranmasında məqsəd mürtəce qüvvələrin hücumlarının qarşısını almaq idi 

1945  5 sentyabr 

ADF-nin orqanı olan “Azərbaycan”  qəzetinin  nəşrə olunmağa başlanması 



1945  13 sentyabr 

ADF-in təsisçilərinin ilk konfransının keçirilməsi. Konfrans tərkibi 11 nəfərdən ibarət olan  Müvəqqəti komitə 

seçdi və ən qısa müddətdə partiyanın birinci qurultayının çağırılması qərara aldı 

1945  2-4 oktyabr 

ADF-nin  birinci  qurultayının  keçirilməsi.  ADF-nin  birinci  qurultayı  başda  S.C.Pişəvəri  olmaqla,  partiyanın 

Mərkəzi  Komitəsini  seçdi  və  dinc  yolla  siyasi  mübarizəni  davam  etdirməyə  yönəlmiş  konkret  fəaliyyətə 

başlanıldı, 1945-ci il 3 sentyabr tarixli bəyanatının əsas müddəaları partiyanın proqram və nizamnaməsi kimi 

qəbul etdi 

1945  21 noyabr 

Azərbaycan    Xalq  Konqresinin  çağırılması  və  özünü  Müəssisələr  Məclisi  elan  etməsi.  Müəssisələr  Məclisi 

ümumi seçkilər yolu ilə Azərbaycan  Milli Məclisinin çağırılmasını və Milli Hökumətin  yaradılmasını istəyirdi 

1945  27 noyabr-1 dekabr  Cənubi Azərbaycanda Milli Məclisə seçkilər keçirilməsi 

1945  12 dekabr 

21 Azər hərəkatı. Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökumətin yaradılması. Bu dövrdə İranın hakim 

dairələrinin  Milli  Hökumətin  yaradılmasının  qarşısını  ala  bilməməsinin  səbəbi  Sovet  hərbi  hissələrinin  hələ 

İranda  olması    idi.  Belə  ki,  Sovet  hərbi  birləşmələri  Cənubi  Azərbaycanda  hərəkat  üçün  qaranat  rolunu 

oynayırdı 

1945 12 dek–1946 12 dek 

Milli  hökumətin  fəaliyyət  dövrü.  Milli  hökumət  fəaliyyəti  dövründə 

Milli  Məclis  inzibati-ərazi  orqanları 

yaratmaq  məqsədilə  vilayət,  mahal,  şəhər,  qəsəbə  və  kənd  əncümənlarə  seçkilər  haqqında  qanun  qəbul  etdi, 

yerli əncümənlərə seçkilər keçirildi, dil haqqında qanun, aqrar qanun və əmək haqqında qanun  qəbul edildi. 

Bundan  başqa  hökumət  və  Milli  Məclis  Azərbaycanda  sənaye,  ticarət  və  maliyyənin  inkişafına,  vergi 

sisteminin  təkmilləşdirilməsinə  yönəldilmiş  bir  sıra  başqa  qanun  və  fərmanlar  verdi,  ana  dilində  dərsliklər 

yazıldı,  müxtəlif ədəbiyyat, qəzet  və jurnallar nəşr edildi, onlarca yeni  məktəblər,  kitabxana və qiraətxanalar 

açıldı, müxtəlif təşkilat , birlik və muzeylər yaradıldı, Təbriz universiteti təsis olundu

 

1945  dekabr 

Milli Məclisin vilayət, mahal, şəhər, qəsəbə və kənd əncümənlarinə seçkilər haqqında qanun qəbul etməsi 

1946  yanvar 

İran  hökumətinə  başçılıq  edən  Əhməd  Qəvam  (Qəvalmüssəltənə)  hökumətinin  Milli  Hökumətlə  danışıqlara 

başlaması 

1946  yanvar-fevral 

Cənubi Azərbaycanda yerli əncümənlərə seçkilər keçirilməsi və hökumətin müvafiq strukturlarının yaradılması 



1946  16 yanvar 

Milli Hökumətin dil haqqında qanun qəbul etməsi. Bu qanunda “Azərbaycan dili” Azərbaycan ərazisində rəsmi 

dövlət dili elan edildi. Bununla yanaşı Azərbaycanda yaşayan milli azlıqların öz dillərində təhsil almaq hüququ 

saxlanılırdı 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə