İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə33/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

1837 10 sentyabr 

Rus  qoşunlarının  əks  hücuma  keçərək  Quba  üsyançılarını  məğlub  etməsi.  Quba  üsyanı  nəticəsində  Hacı 

Məhəmməd oğlu ilə birlikdə xəyanət yolu ilə ələ keçirilib hökumətə təslim edildi, üsyan rəhbərlərini mühakimə  

etmək üçün Bakıda hərbi-səhra  məhkəməsi təşkil edildi, məhkəmənin hökmü ilə 37 nəfərə ağır  cəza verildi, 

Hacı    Məhəmməd  isə  edam  olundu,  Yarəli  başda  olmaqla,  üsyan  rəhbərlərindən  altı  nəfəri  dağ  mahallarına 

qaçaraq mübarizəni davam etdirdi 



1838 yay 

 

Acıaxur  döyüşü.  Döyüş  nəticəsində  başda  Yarəli  olmaqla  Quba  üsyançıları  ruslara  məğlub  oldu,  üsyan 

rəhbərləri  ,  o  cümlədən  Yarəli  Rusiyaya    sadiq  qalacaqlarına    and  içərək  xəzinəyə  xərac  verməklə  cəzadan  

xilas oldular 



1837     

 

Məşədi  Məhəmmədin Şəkiyə gələrək, burada çarizm əleyhinə  təbliğata  başlaması 



1838 

 

Rusiyanın müstəmləkəçilik rejimi əleyhinə Şəkidə Məşədi  Məhəmmədin başçılığı ilə üsyan baş verməsi 



1838 iyul 

Məşədi  Məhəmmədin Şəki həbsxanasından qaçaraq Şəki üsyanına başçılıq etməyə başlaması 



1838  avqust 

 

Şəki üsyançılarının qala istisna olmaqla bütün şəhəri ələ keçirməsi 



1838 3 sentyabr 

Şəki  üsyanının çarizm tərəfindən yatrılması.  Üsyan nəticəsində üsyançılar  məğlub olaraq Şəkini tərk etdilər. 

Məşədi Məhəmməd İrana qaçdı. Üsyanların məğlub olmasına  baxmayaraq, təsirsiz qalmadı, üsyanların təsiri 

ilə  Rusiya  Azərbaycanda  komendant  idarə  üsulunu  ləğv  etməyə  məbur  oldu  və  bir  sıra   inzibati,  məhəkəmə, 

həmçinin aqrar islahatlar  həyata keçirdi 

 

 

ŞİMALİ AZƏRBAYCAN XIX ƏSRİN BİRİNCİ YARISINDA 

 

XIX əsrin I rübü 

Azərbaycanda  komendant  idarə  üsulu  yaratması.  Komendant  idarə  üsuluna  əsasən  xanlıqlar  və  sultanlıqlar 

əyalətlər və dairələrə çevrildi. Komendant idarə üsulu dövründə Cənubi Qafqaz inzibati cəhətdən mərkəzi Şuşa 

şəhəri  olan Müsəlman əyalətələri rəisliyinə (bura Şəki, Şirvan, Qarabağ və  Lənkəran əyalətləri  daxil idi)  və  

mərkəzi Dərbənd şəhəri olan Hərbi dairə rəisliyinə (bura Bakı və  Quba əyalətləri, Yelezavetpol, Car-Balakən 

dairələri,  Qazax  və  Şəmşəddil  distansiyaları      daxil  idi)  bölünmüşdü.  Komendant  idarə  üsuluna  əsasən 

Azərbaycanın əyalətləri inzibati cəhətdən, mahallara, mahallar isə kəndlərə bölünürdü 

XIX əsrin I yarısı 

Komendant  idarə üsulu dövründə Qarabağ və Şəkidə əyalət  məhəkəmələrinin, Bakı, Quba və Gəncədə şəhər 

məhkəmələrinin  fəaliyyət göstərməsi 

1801   

Şuşada  İbrahim  xan məscidi  nəzdində yerləşən milli məktəbin – mollaxananın fəaliyyət göstərməyə başlaması 



1809 

 

Muğanlı Əvəzin “Kəlilə və Dimnə” əsərinə dair rəsimlər çəkməsi 



1817   

“Asiya musiqi jurnalı”nın 4-cü sayında “Dərbəndli Fətəlinin İran mahnısı”nın nota köçürülməsi 



1817 

General Yermolovun almanların ilk dəstələrinin Qafqaza köçürülməsinə razılıq verməsi 



1817-1818 

Qafqazda ilk alman koloniyaları olan  Annenfeld və Yelenendorf koloniyalarının salınması 



1819 

 

 



Mirzə Cəfər Topçubaşovun Sankt-Peterburq universitetində fars dilinin tədrisinə başlaması 

1820   

 

 



Mirzə Kazımbəyin “Ərəb dilinin müxtəsər qrammatikası” əsərini yazması 

1821-1822 

 

Hacı Zeynalabdin Şirvaninin fars dilində “Cənnət bağı səyahətləri” əsərini yazması 



1821  8 oktyabr 

Çar  fərmanı  ilə  Cənubi  Qafqazda  güzəştli  ticarət  tarifi  tətbiq  olunması.  Bu  tarifə  əsasən    Cənubi  Qafqaza  

gətirilən əcnəbi mallarından yalnız 5% gömrük haqqı alınırdı 

1823-1852 

Salyan axundu Məhəmməd Əlinin şeyxulislam vəzifəsini  tutması 



1826     

 

Təbriz mətbəəsində Ədbürrəzzaq Dünbulinin “Hökmdarın şanlı işləri” əsərinin işıq üzü görməsi 



1828 

Qriboyedov-Zavileyski  tərəfindən  “Rusiya-Cənubi  Qafqaz  ticarət  şirkəti”nin  layihəsinin  tərtib  edilməsi.  

Layihəyə  əsasən  şirkətin  səhmlərin  bir  hissəsi  yerli  tacirlərə  və  başqa  imtiyazlı  şəxslərə  verilməli,  şirkətin 

təsərrüfat fəaliyyətini təşkil etmək üçün 120 min desyatin torpaq ayrılmalı idi 



1828-1829 

İran və Kiçik Asiyadan  ermənilərin Şimali Azərbaycana köçrülməsi 



1829 

Müsəlman  ruhanilərinin  hüquqi  və  vəzifələrini  müəyyən  edən  komitənin  yaradılması.  Şimali    Azərbaycanda 

şeyxülislam  və  müfti  vəzifələrinin  təsdiq edilməsi 

1829 

Nuxu  şəhərinə Azərbaycanda ilk manufaktura  tipli müəssisə olan Xanabad fabrikinin fəaliyyətə başlaması 



1829 

Kür çayındakı bütün balıq vətəgələrinin dövlətin sərəncamına keçməsi 



1829   

Cənubi  Qafqaz    məktəbləri  haqqında    məktəb  nizamnaməsi  qəbul  edilməsi.  Bu  nizamnaməyə  əsasən  qəza 

məktəbələri  açılmalı  idi.  Belə  məktəblər  ilk  dəfə  Şuşada  (1830), daha  sonra  Bakıda  (1832),  Nuxada  (1832), 

Yelizavetpolda (1833), Naxçıvanda (1837) və Şamaxıda (1838) açıldı 



1829-1830 

Senetorlar  P.İ. Kultaysov  və Y.İ. Meçnikovun  Cənubi Qafqazda  yoxlamalar aparması. 

Bu zaman senetorlar 

müsəlman əyalətlərində maliyə-vergi sistemində saysız-hesabsız qanunsuzluqlar aşkar etmiş və komendantların 

özbaşınalıqlarından heyrətə gəlmişdilər

 

1830  20 oktyabr 

Rusiyadan  təriqətçi  və  bidətçilərin  Cənubi  Qafqaz  vilayətlərinə  köçrülmələri  haqqında  hökumət  sərəncamı 

verilməsi. Rusların Azərbaycana köçürülməsi nəticəsində yaylaq və qışlaq təsərrüfatlarına ciddi zərbə vuruldu 

və əhalinin yaşayış səviyyəsi aşağı düşdü 



1830  31 iyul 

Çar I Nikolayın   fərmanı  ilə  feodalların tutulmuş torpaqlarının özlərinə qaytarılması.  Bunun əvəzində bəylər 

idarəetmədə iştirak etməli idilər 

1931  3 iyun   

Ticarət “Əsasnamə”si ilə  Cənubi Qafqazda yeni ticarət tarifinin tətbiq olunması. “Əsasnamə”yə əsasən Avropa  

malları    daha  Cənubi  Qafqaz    vasitəsilə  üçüncü    ölkəyə  aparıla  bilinməzdi. 

“Əsnamə”də  rəhdarın  ləğvi  də 

nəzərdə tutulurdu. 

8 oktyabr 1821-ci il çar  fərmanı ilə 3 iyun 1831-ci il əsasnaməsi arasında əsas  fərq ondan 

ibarət idi ki, bu əsasnamədə Rus tacirlərinin Cənubi Qafqazda tam ağalığı təmin edilirdi 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə