İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə29/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   25   26   27   28   29   30   31   32   ...   61

1783  20 avqust 

Qafqazda  rus  qoşunlarının  baş  komandanı    P.S.Potyomkinin  Georgiyevski  traktatının  bağlanması  haqqında 

fərmanlarla  Azərbaycan xanlarına  müraciət  etməsi 

1785 

Ağa Məhəmməd xan Qacarın  Tehranı  paytaxt elan etməsi 



1785 

Qarabağ, Şəki və Quba xanlıqlarının İstanbula elçilər heyəti göndərməsi  



XVIII əsrin 90-cı illəri 

Ağa Məhəmməd xan Qacarın Azərbaycanın cənub ərazilərini - Sərab, Qaradağ, Xoy və Urmiya xanlıqlarını 

özünə tabe etməsi 

1791 

Ağa Məhəmməd xan Qacarın Qaradağ xanlığını özünə tabe etməsi 



1795 

Ağa Məhəmməd xan Qacarın Azərbaycana birinci yürüşü. Şuşanın  33 günlük  mühasirəsi 



1795  12 sentyabr 

Qacarın Tiflisi tutması 



1795  16 noyabr   

Çar  II  Yekaterinanın  xüsusi  sərəncam  ilə  general  Qudoviçə  “bütün    Cənubi  Qafqazı,  eləcə  də  Xəzər  dənizi 

sahillərini İran təcavüzündən “qorumağı” tapşırması 

1795 

II Yekaterinanın Azərbaycana qarşı hərbi  yürüşə rəhbərliyi general V.Zubova həvalə etməsi 



1796   

Ağa Məhəmməd xanın özünü İran şahı elan etməsi 



1796  15 fevral 

General Savelyevin komandanlığı  altında rusların Dərbənd şəhərini mühasirəyə alması. Bu hadisə ilə çarizmin 

Azərbaycana qarşı müstəmləkəçilik siyasəti başlandı 

1796  18 aprel 

V.Zubovun Cənubi Qafqaza, o cümlədən Azərbaycana yürüş etməsi 



1796 əvvəlləri 

Rus  və  gürcülərin  birləşmiş  qüvvələrinin  Gəncə  xanlığına  hücum  etməsi.  Hücum  nəticəsində  Gəncə  şəhəri  

mühasirəyə  alınsa da tutulmadı, Cavad xan Sisianova bac verərək  şəhəri dağıntıdan  xilas etdi 

1796  2 may 

V.Zubovun  general  Savelyevin  qüvvələri  ilə    birlikdə  Dərbən  şəhərinə  hücum  etməsi.  Hücum  nəticəsində 

Şeyxəli xanın müqavimətinə baxmayaraq Dərbən şəhəri zəbt edildi. V.Zubov xanlığın idarəsini  Şeyxəli  xanın 

Rusiyaya meyilli bacısı Pəricə xanıma tapşırdı. Beləliklə Dərbnd ruslar tərəfindən birinci dəfə işğal edildi 



1796  6 iyun 

V.Zubovun Quba xanlığını işğal  etməsi və rus qoşunları üçün Bakı,  Şamaxı və Salyana yol açılması 



1796  13 iyun 

Bakı  xanı  Hüseynqulu xanın Bakı qalasının   açarını  Zubova təslim etməsi 



1796  iyun 

V.Zubovun Şamaxı xanlığını tutması 



1796 

 

 

İbrahimxəlil xanın oğlu Əbülfət xanı V.Zubovun hüzuruna göndərməsi  



1796  yay 

Şimali Azərbaycn xanlıqlarının Rusiya işğalına qarşı ittifaq yaratmağa təşəbbüsü göstərməsi. İbrahimxəlil xanın  

yaratdığı  bu  birliyə  Azərbaycanın    şimal  xanları  və  bəzi    Dağıstan  hakimləri  daxil  idi.  Birlik  Nurəli  xan 

vasitəsilə    Zubova  qarşı  süi-qəsd    təşkil  etsə  də  baş  tutmadı.    Nurəli  xan  tutulub  Həştərxana  sürgün  edildi.  

Şeyxəli xan isə “göz dustağı”na çevrildi 

1796  sentyabr 

Qubanın Alpar kəndi yaxınlığında döyüşü. Döyüş nəticəsində qubalı Şeyxəli xan Qazıqumuq xanı ilə birlikdə 

500  nəfərlik  rus  hərbi  dəstəsini  darmadağın    etdi.  Məğlubiyyətə  baxmayaraq  rus  qoşunu  işğalçılıq  siyasətini 

davam etdirdi 



1796  oktyabr 

Rusiyanın knyaz İ.P.Sisianovun  başçılığı ilə V.Zubova kömək göndərməsi 



1796  21 oktyabr   

General  Rimski-Korsakovun  komandanlığı ilə rus qoşunlarının Gəncə xanlığını işğal etməsi 



1796  noyabr 

II Yekaterinanın vəfat etməsi və çar I Pavel tərəfindən Rus qoşunlarının Azərbaycandan geri çağırılması 



1797 

Rus qoşunlarının Azərbaycan torpaqlarını tamamilə tərk etməsi 



1797   yaz 

Ağa Məhəmməd şah Qacarın Azərbaycanın şimal torpaqlarına  ikinci yürüşü. Şuşanın işğalı 



1797  4 iyul 

Ağa Məhəmməd şahın Şuşada qətlə yetrilməsi 



1797-1834 

İranda Fətəli şahın (Baba xanın) hakimiyyəti 



1801 

İngiltərə  ilə  İran  arasında  müqavilə  imzalanması.  Bu  müqavilə  İngiltərənin  Cənubi  Qafqaz  barədə  planlarını 

həyata keçirməsi üçün geniş imkanlar açdı 

1801 

 

 

Fransanın İrana Rusiya əleyhinə müqavilə bağlamağı təklif etməsi  



1801  12 sentyabr 

Çar  I  Aleksandrın  manifesti  ilə  Şərqi  Gürcüstanın  Rusiyaya  birləşdirilməsi.  Şərqi  Gürcüstanla  birlikdə 

Azərbaycanın Qazax,  Şəmşəddil,  Borçalı, Pəmbək əraziləri də Rusiyaya birləşdirilərək onun  müstəmləkəsinə 

çevrildi. Bununla da Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalına  başlanıldı 



1801 

Şərqi Gürcüstanla birlikdə Azərbaycanın əzəli  torpaqlarının işğalı ilə razılaşmayan bəy və ağaların ailələri ilə 

birlikdə Gəncə xanlığına köçməsi 

1801 

Gəncə  hakimi  Cavad  xanın    öz  nümayəndəsini  Lazarevin  yanına  göndərərək  rus  qoşunlarının  Şəmşəddil 

ərazilərindən çıxarılmasını tələb etməsi 

1801  dekabr  

Çar I Aleksandrın  Qafqaz  qoşunlarının  baş  komandanı  general  Knorrinqə  məktubla  müraciət  etməsi.  Bu 

fərmana əsasən general Knorrinq Georgiyevsk şəhərində  siyasi və ticarət məsələləri üzrə xanlıqlarla danışıqlar 

apardı 


1802 

Quba, Dərbənd və Lənkəran  xanları, həmçinin Tarku şamxalı, Qaraqaytaq  üsmisi  və başqa dağlı  hakimləri 

ilə  Rusiya  arasında  Georgiyevski  müqaviləsi  imzalaması.  Müqavilənin  şərtlərinə  əsasən  bu    müqaviləni 

imzalayanlar İran  hücum  edən hallarda ona  qarşı  birgə çıxmağa  öhdələrinə götürürdülər. Həmçinin tərəflər 

Cənubi Qafqazda rus  tacirlərinin  təhlükəsizliyini təmin etməli və Xəzər dənizində gəmiçiliyi inkişaf etdirməli 

idi 


1802 

Rusiyanın    knayaz    Sisianovu  Qafqazdakı  rus    qoşunlarına    komandan  təyin  etməsi.  Rusiyanın    Sisianovu 

Qafqazdakı rus  qoşunlarına  komandan təyin etməkdə məqsədi  Cənubi Qafqazın bütünlüklə  işğal  edilməsi 

planını reallaşdırmaq idi 



1803 yanvar 

Lazarevin  Sisianova  raport    göndərməsi.  Raportda  qeyd  edilirdi  ki,  “Gəncə  erməniləri  rus  qoşunlarının  

Gəncəyə gəlməsini  səbirsizliklə gözləyirlər” 

1803 

Bakı hakimi Hüseynqulu xanın ikinci dəfə Rusiyanın himayəsinə keçməsi 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə