İBTİDAİ İcma quruluşU


  İrəvan xanlığının gürcülərin



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə27/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   23   24   25   26   27   28   29   30   ...   61

1765 

İrəvan xanlığının gürcülərin  qarətçilik yürüşünə məruz qalması 



1769 

Gürcülərin  növbəti dəfə İrəvan xanlığına qarətçi yürüş təşkil etməsi 



1779 

Gürcü  çarı  II  İraklinin  İrəvan  xanlığına  hücum  etməsi.  Hücum  nəticəsində  II  İrakli  güclü  müqavimətə  rast 

gələrək geri çəkilməyə məcbur oldu, o geri çəkilərkən özü ilə Gürcüstana xeyli əhalini əsir apardı 

1780 

II  İrakli  ilə  Hüseynəli  xan  arasında  müqavilə  bağlanması.  Müqavilənin  şərtlərinə  əsasən  Hüseynəli  xan  II 

İrakliyə  ildə  müəyyən  məbləğdə  pul  verməyi  vəd  etdi.  Bunun  müqabilində  II  İrakli  Gürcüstana  köçürdüyü 

əhalini geri qaytarmağı və İrəvan xanlığının ərazi bütövlüyünü qorumağı öhdəsinə aldı 



1783 

İrəvan xanlığında üsyan baş verməsi. Üsyan nəticəsində Hüseynəli xanla Məhəmmədhəsən xan qətlə yetirildi 

və Hüseynəli xanın oğlu Qulaməli xan hakimiyyətə gəldi 

1783-1785 

İrəvan hakimi 

Qulaməli xanın hakimiyyəti 

1785 

İrəvan  xanlığında  saray  çevrilişi  baş  verməsi.  II  İraklinin  İrəvan  xanlığında  təşkil  etdiyi  saray  çevrilişi 

nəticəsində Qulaməli xan öldürüldü və hakimiyyətə onun qardaşı Məhəmməd xan keçdi 

1785-1786 

İrəvan xanlığının  Avar xanı Ümmə xanın dağıdıcı hücumlarına məruz qalması 



1785-1795; 1797-1805 

İrəvan hakimi Məhəmməd xanın hakimiyyəti  



XVIII əsrin 80-ci illəri 

İrəvan xanlığının əhalisinin çox az hissəsini təşkil edən erməni əhalisinin Qarabağ məlikləri ilə birlikdə Cənubi 

Qafqazda “xristian dövləti” yaratmaq haqqında planları gerçəkləşdirmək məqsədi ilə II Yekaterinaya müraciət 

etməsi 


XVIII əsrin 80-90-ci illəri  Naxçıvan xanlığının xeyli zəifləməsi. Bu dövrdə xanlığın zəifləməsinin səbəbi Kartil-Kaxetiya çarlığının 

xanlığı öz hakimiyyəti altına almaq cəhdləri, daxili çəkişmələr, ağır feodal istismarı və Ağa Məhəmməd xan 

Qacarın yürüşü idi 

1791 

İrəvanda Sərdar sarayının Güzgülü salonunun inşa edilməsi. Sərdar sarayı İrəvan xanı Hüseyəli xanın dövründə 

Usta Mirzə Cəfər tərəfindən, Güzgülü salonu isə xanın oğlu Məhəmməd xanın dövründə inşa edilmişdir

 

1795

 

İrəvan xanlığının Ağa Məhəmməd xan Qacarın yürüşünə məruz qalması. Yürüş zamanı xanlıq Qacar tərəfindən 

tutuldu.  İrəvan  xanı  Məhəmməd  xan  tabelik  rəmzi  olaraq  Qacarın  düşərgəsinə  girov  göndərməyi,  İran 

xəzinəsinə pul və lazım gəldikdə qoşun verməyi üzərinə götürdü

Lakin Ağa Məhəmməd xan sonra Məhəmməd 



xanı həbs edərək xanlığın idarəsini Əliqulu xana tapşırdı 

1797 

Ağa  Məhəmməd  şahın  ölümündən  sonra  İrəvan  əhalisinin  Əliqulu  xanı  şəhərdən  qovması.  İranın  yeni  şahı 

Fətəli şahın Məhəmməd xanı həbsdən azad edərək yenidən İrəvan xanı təyin etməsi Bundan sonra Məhəmməd 

xan müstəqil siyasət yeritdi. Lakin ağır feodal istismarı və daxili çəkişmələr xanlığı xeyli zəiflətdi

 

 

 

NAXÇIVAN XANLIĞI 

 

V əsr 

Türksoylu kəngərli tayfasının Naxçıvan ərazisində məskunlaşması 



XVIII əsrin ortaları 

Naxçıvan  xanlığının  yaranması.    Kəngərli  tayfasının  idarə  etdiyi  Naxçıvan  xanlığının  ərazisi  Zəngəzur 

dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi 

1747-1828 

Naxçıvan xanlığının mövcud olması 



1747-1763 

Naxçıvan xanlığının banisi Heydərqulu xan Kəngərlinin hakimiyyəti. Nadir şahın ölümündən sonra Heydərqulu 

xan  yerli  feodalların  köməyi  ilə  şahın  naibi  Ağahəsəni  Naxçıvandan  qovdu  və  özünü  xan  elan  etdi.  Hərbi 

cəhətdən zəif olan Heydərqulu xan Pənahəli xanın Bayatdakı qələbəsindən sonra ondan asılılığı qəbul etdi və 

Şəki xanı Çələbi xana qarşı yaranmış ittifaqa qoşuldu 

XVIII  60-80-ci illəri 

Naxçıvan  xanlığının  zəifləməsi.  Bu  dövrdə  Naxçıvan  xanlığının  zəifləməsinin  səbəbi  daxili  çəkişmələr  və 

qonşu xanların aramsız hücumları idi 

1764 

 

 

Hacı xanın Naxçıvan xanlığında hakimiyyəti ələ keçirməsi  



1764–1765 

 

Naxçıvan hakimi 

Hacı xanın hakimiyyəti. Hacı xanın dövründə xanlıq xeyli zəiflədi 

1765–1770

 

 



Naxçıvan hakimi 

Rəhim xanın hakimiyyəti. Rəhim xanın dövründə xanlıqda daxili çəkişmələr başladı

 

1783 

Xoy hakimi Əhməd xanın Cəfərqulu xanı Naxçıvan xanlığında hakimiyyətə gətirməsi 



1783-1785 

 

Naxçıvan hakimi 

Cəfərqulu xanın hakimiyyəti 

1787-1797 

Naxçıvan hakimi Kəlbəli xanın hakimiyyəti. Kəlbəli xanın dövründə 

Xoy və İrəvan xanlıqları ilə münasibətlər 

yaxşılaşdı,  Naxçıvanla  Qarabağ  xanlığı  arasındakı  ziddiyyətlər  isə  dərinləşdi,  Qarabağlı  İbrahimxəlil  xanın 

Naxçıvan xanlığına iki yürüşü dəf edildi 

1787 

Qarabağlı İbrahimxəlil xanın  Naxçıvan  xanlığına birinci  yürüşü. Yürüş nəticəsində yenicə hakimiyyətə  gələn 

Kəlbərli xan İbrahimxəlil xanın hücumunun qarşısını aldı 

1792 

İbrahimxəlil  xanın  ikinci  dəfə  Naxçıvan  xanlığına  hücum  etməsi.  Bu  dəfə  də  Kəlbəli  xan  yürüşü  dəf  etdi. 

Sonralar İran təhlükəsinə qarşı birgə mübarizə Naxçıvanla Qarabağ xanlığı arasındakı ziddiyyətləri azaltdı 

1795 

 Ağa Məhəmməd xan Qacarın qoşununun Naxçıvan xanlığına hücum etməsi 



1797 

Naxçıvan xanlığının Ağa Məhəmməd şah Qacarın ikinci  yürüşünə məruz qalması.  Qacar ikinci  yürüş zamanı 

Kəlbəli xanı həbs etdirib xan taxtına Abbasqulu xanı çıxartdı və Naxçıvan xanlığının əhalinin bir qismini İrana 

köçürdü.  Qacarın  Kəlbəli  xanı  həbs  edib,  xanlığın  əhalisini  İrana  köçürməsinin  səbəbi  Kəlbəli  xanın    xarici 

siyasətdə ruslara meyil etməsi idi 

1797-1808 

 

Naxçıvan hakimi 



Abbasqulu xanın hakimiyyəti 

1827-1828 

 

Naxçıvan hakimi 



Ehsan xanın

  

hakimiyyəti 



 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə