İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə25/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

1747-1820 

 

Şamaxı  xanlığının  mövcud  olması.  Xanlığın  əsasını  Xançobanı  tayfasından  olan  Məhəmməd  Səid  və  Ağası 

qardaşları    qoymuşdular.  Xanlıq  şimal-şərqdə  Quba,  şərqdə  Bakı,  şimal-qərbdə  Şəki,  cənub-qərbdə  Qarabağ 

xanlığı və Kür çayı ilə həmsərhədd idi 



1747-1763 

 

Şamaxı xanlığında ikihakimiyyətliliyin mövcud olması 



1763   

 

Məhəmməd  Səid  xanın  Yeni  Şamaxıya  hücum  etməsi.  Hücum  nəticəsində  Yeni  Şamaxı  tutuldu  və 

Məhəmmədəli  xan  əsir  alındı, Şamaxı xanlığında ikihakimiyyətlilik ləğv edildi, xanlıqda bütün hakimiyyət 

Məhəmməd  Səid  xanın  əlinə  keçdi,  Yeni  Şamaxı  köhnə    Şamaxıya    birləşdirdi  və  Şamaxı  şəhəri  yenidən 

xanlığın mərkəzi oldu 

1763   

 

Şamaxı xanlığında ikihakimiyyətliliyin ləğv edilməsi 



1767   

 

Qubalı Fətəli  xan və Şəkili Hüseyn xanla  Məhəmməd Səid və Ağası xan  arasında döyüş baş verməsi. Döyüş 

nəticəsində  Məhəmməd  Səid  və  Ağası  xan    məğlub    oldular,  Şamaxı  xanlığının  torpaqları  Quba  və  Şəki 

xanlıqları  arasında  bölüşdürüldü  -  xanlığın      qərb  hissəsi  Şəki  xanlığına,  digər  əraziləri  isə  Quba  xanlığına  

birləşdirildi 

1767   

 

Şamaxı xanlığının torpaqlarının Quba və Şəki xanlıqları arasında bölüşdürülməsi 



1768 sentyabr 

Qubalı  Fətəli    xanla  Şamaxı  və  Şəki  xanlığının  birləşmiş  qüvvələri  arasında  döyüş  baş  verməsi.  Döyüş 

nəticəsində  Fətəli  xan  qalib  gəldi  və  Şəki  xanlığının  ixtiyarında  olan  Şamaxı  torpaqlarını  Quba  xanlığına 

birləşdirdi 



1768 

Şamaxı xanlığının tamamilə Quba xanlığına birləşdirilməsi 



1768-1790 

 

Şamaxı xanlığının Quba xanlığından asılı vəziyyətdə qalması 



1790

   


 

 

Şamaxı xanlığının Quba xanlığının asılılığından çıxaraq müstəqilliyini bərpa etməsi



 

 

 



QUBA XANLIĞI 

 

1726 

Rusiya çarı tərəfindən Hüseynəli xanın Quba xanı  təyin edilməsi 



1726-1810 

Quba xanlığının mövcud olması 



1726-1758 

Quba xanlığının banisi Hüseynəli xanın hakimiyyəti  



1735 

Hüseynəli xanın Quba xanlığının iqamətgahını Xudat qalasından Quba şəhərinə köçürməsi 



1756 

Qubalı Hüseynəli xanın Salyan  nahiyəsini Quba xanlığına birləşdirməsi 



1758-1789 

Qubalı  Fətəli  xanın  hakimiyyəti.  Fətəli  xan  hakimiyyəti  dövründə  xanlığın  ərazisini  genişləndirmək  siyasəti 

yeritdi,  vergi  islahatına  əsasən  vergilərin  mahal  naibləri  tərəfindən  toplanması  qaydası  ləğv  olundu,  hər  bir  

kətxuda kəndlilərdən vergini xan xəzinəsinə və  anbarlarına özü şəxsən təhvil verməli idi, bəzi mükəlləfiyyətlər 

yalnız  xan yasavullarının tələbi ilə yerinə yetirilməli idi,  köçürmə siyasətinə əsasən xanlığın əhalisini artırmaq 

məqsədilə, Azərbaycanın cənubundan əhali Şabrana köçürüldü, dövlətin sərhədlərini  möhkəmləndirmək üçün 

Muğandan şahsevən tayfalarının  bir hissəsini xanlığın  ərazisinə köçürüldü 

XVIII əsrin 50-ci illəri 

Məhəmmədhüseyn xanın Dərbənd xanlığının əsasını qoyması 



1759 

Qubalı  Fətəli  xanın  xanlığın  ərazisini  genişləndirmə  siyasətinə  başlaması  və  Dərbəndin  Quba  xanlığına 

birləşdirilməsi 

1767 

Bakı xanlığının Quba xanlığına birləşdirilməsi. O dövrün rəsmi sənədlərində Fətəli xan  artıq Quba, Dərbənd, 

Bakı və Salyan hakimi adlandırılırdı 

1768 

Şamaxı və Cavad xanlıqlarının Quba xanlığına birləşdirilməsi  



1768 

Fətəli xanın Dərbənd xanlığının əhalisinin bir hissəsini Muğana köçürməsi 



1770 

II  Yekaterinanın  Quba    xanlığı    ilə  Gürcüstanın  münasibətlərini  nizamlamaq  haqqında  xarici    işlər 

kollegiyasına  göstəriş verməsi 

1773 

Şəki, Qarabağ və Avar hakimlərinin birləşmiş qüvvələrinin Quba  xanlığına yürüşünün Fətəli  xan tərəfindən 

dəf edilməsi 

1774   iyul 

Gavduşan  döyüşü.  Quba  xanlığı  ilə  Qaraqaytaq  üsmisi  Əmir  Həmzə    və  Şamaxı  xanı  Ağası  xanın  başçılıq  

etdiyi bir sıra Azərbaycan və Dağıstan hakimlərinin birləşmiş qüvvələri arasında baş vermiş döyüş nəticəsində 

Fətəli  xan  məğlub  olaraq  Salyana  tərəf  çəkildi.  Müttəfiqlər  isə  Qubanı  və  Şamaxını  tutaraq  Dərbəndi  

mühasirəyə aldılar 

1775   

Qubalı Fətəli xanın Mirzəbəy Fərhadbəylinin başçılığı ilə  Rusiya sarayına birinci elçilər  heyəti göndərməsi 



1775  mart 

Qubalı  Fətəli  xanın  Rusiyanın  köməyi  ilə  düşmənləri  üzərində  qələbə  çalaraq  Gavduşan  döyüşündəki 

məğlubiyyətin əvəzini çıxması 

1775-1776 

Qubalı Fətəli xanla Kərim xan Zənd arasında elçilər  mübadiləsi baş verməsi 



1779 

 

 

Qubalı Fətəli xanın Bakı hakimi Məlik Məhəmmədi Qarabağa göndərməsi 



1780-1781 

Qubalı Fətəli xanın Qarabağ xanlığına uğursuz yürüşlər təşkil etməsi  



1782 

Quba xanlığının  Mirzə  Sadıq  Məmmədvəliyevin  başçılığı ilə Peterburqa ikinci elçilik heyəti göndərməsi 



1784 

Qubalı Fətəli xanın Azərbaycanın cənub ərazilərinə hücum etməsi. Bu hücum nəticəsində Ərdəbil və Meşkin 

şəhərləri ələ  keçirildi.  Lakin Fətəli xan  Azərbaycanın cənub torpaqlarında Rusiyanın etiraz etməsi  səbəbi  ilə 

möhkəmlənə bilmədi 



1787 

Qubalı Fətəli xanın Rusiya sarayına üçüncü elçilər heyəti göndərməsi 



1789 

Qubalı Fətəli xanın vəfat etməsi 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə