İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə21/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   17   18   19   20   21   22   23   24   ...   61

Hacı Davudun başçılığı ilə üsyan baş verdi, əhali siyahıya alındı, əfqanlar Səfəvilər dövlətinə qarətçi yürüşlər 

edərək  İsfahan şəhərini tutdular. Şah musiqini qadağan edən fərmanlar verməsi ilə də yadda qalmışdır 



1699-1702 

  Səfəvilər  dövləti  tərəfindən  əhalinin  və  onun  əmlakının  siyahıya  alınması.  Siyahıya  alma  nəticəsində  ölkədə 

toplanan vergi və mükəlləfiyyətlərin sayı artırıldı, bu isə xalqın var-yoxdan çıxmasına səbəb oldu 



XVII  əsr 

Qədim İpək yolunun öz əhəmiyyətini itirməsi 



XVII  əsr 

Azərbaycan  haqqında  osmanlı  səyyahı  Övliya  Çələbi,  alman  səyyahı  Adam  Oleari  və  holland  səyyahı  Yan 

Streysin məlumat verməsı 

XVII  əsr 

Gəncədə Şah Abbas (Cümə) məscidi, Suraxanıda hind atəşpərəstlərinin məbədi, Şamaxının Kələxana kəndində 

məqbərələr  kompleksi  (1663),  Nardaran  kəndində  məscid  (1663),  Sanqaçalda  ovdan,  Təbrizdə  Şibli 

karvansarasının inşa edilməsi 



XVII əsr  

 

Təbriz miniatür məktəbinin nümayəndələrinin  İsfahan rəssamlıq məktəbini yaratması 



XVII əsr  

 

Təbriz, Gəncə Şamaxı bəylərbəyiliyinin şəhərlərindəki saraylarda teatr kollektivlərinin təşkil olunması 



XVII  əsrin II yarısı 

  Səfəvilər dövlətinin idarəçiliyində irsilik prinsipinin saxlanılması 

 

XVII  əsrin II yarısı 

Rusiyanın  Azərbaycana  əlverişli  satış  bazarı  kimi  yanaşması  və  digər  dövlətlərin  Azərbaycanla  iqtisadi 

əlaqələrinə  mane  olmaq  siyasəti  yeritməsi.  Azərbaycan  tacirlərinin  Kazan,  Novqorod,  Yaroslav,  Arxangelsk 

şəhərləri ilə ticarət əlaqələri saxlaması 



XVII əsrin II yarısı 

Şah II Abbasın baş tarixçisi 

Məhəmməd Tahir  Vahidin

 “Tarixi-vahid” (“Abbasnamə”) əsərini yazması 



XVII əsrin II yarısı 

Səfəvi dövlətində pul böhranı baş verməsi 



XVII  əsrin sonları 

  Səfəvilər dövlətinin dərin iqtisadi-siyasi böhran keçirməsi 



1707 

  Səfəvi zülmü əleyhinə Car-Balakəndə ilk kütləvi xalq çıxışı baş verməsi  



1709 

  Təbrizdə sənətkar və şəhər yoxsullarının Səfəvi zülmü əleyhinə çıxışı baş verməsi 

1709-1715 

  Soucbulaq və Muğanda Səfəvi zülmü əleyhinə kəndli çıxışları baş verməsi 



1711 

  Car  camaatının  yenidən  Səfəvi  zülmü  əleyhinə  üsyan  qaldırması.  Şirvan  bəylərbəyinin  qoşunu  ilə  döyüşdə 

üsyançılar qalib gəldi və bəylərbəyi döyüş meydanında həlak oldu 

1716 

  Rus  çarı  I  Pyotrun  A.  Volinskiyə  gizli  göstəriş  verərək  İrana  göndərməsi.  I  Pyotrun  Volinskiyə  verdiyi  gizli 

göstərişlər  Cənubi  Qafqazdakı  xristian  əhali  ilə  əlaqə  yaratmaq,  Səfəvi  dövlətinin  ərazisində  rus  ticarətinin 

rerspektivlərini öyrənmək, karvan yollarının, yerli qoşunun və müdafiə qurğularının vəziyyətini öyrənmək idi 



1719-1721 

  Şirvanda feodal və Səfəvi zülmünə qarşı Hacı Davudun başçılığı ilə üsyan baş verməsi 

1720 

Qazıqumuxlu Surxay xanın köməyi ilə Hacı Davudun Şabran, Xudat və Şamaxı şəhərlərini tutması. Şamaxının 

üsyançılar tərəfindən tutulması zamanı buradakı rus tacirlərinə böyük zərər dəydi, bəziləri isə öldürüldü 

XVIII əsrin 20-ci illəri 

Cənubi Qafqaz uğrunda Rusiya, Osmanlı və Səfəvilər dövləti arasında mübarizə başlaması 



1722  8 mart 

   Əfqanların  Səfəvilər  dövlətinə  hücum  etməsi.  İsfahan  yaxınlığında  döyüş.  Əfqanların  bu  yürüşü  nəticəsində 

İsfahan  yaxınlığında  şah  qoşunları  məğlub  edildi,  paytaxt  İsfahan  mühasirəyə  alındı,  Səfəvilər  dövlətində 

mərkəzi hakimiyyət devrildi -  Şah Sultan Hüseyn taxtdan salınaraq həbsə alındı 

1722 

 

 

Təhmasibin Astarabadda özünü II Təhmasib adı ilə şah elan etməsi 



1722-1732 

Şah II Təhmasibin hakimiyyəti. II Təhmasibin dövründə əfqanlar Azərbaycandan qovuldu, I Pyotr Xəzərsahili 

vilayətlərə  hücuma  başladı  və  Rusiyanın  Xəzəryanı  vilayətləri  işğal  etməsinin  I  mərhələsi  başa  çatdı, 

osmanlılar  ölkənin  bir  hissəsi  işğal  etdi,  Azərbaycan  torpaqları  Səfəvi,  Osmanlı  və  Rusiya  arasında 

bölüşdürüldü,    Peterburq,  Nabur,  Kirmanşah  və  Rəşt  sülhləri  imzalandı,  Nadir  xan  osmanlılara  qarşı 

müharibəyə başladı

 

1722  15 iyun 

I  Pyotrun  Azərbaycan  dilində    “Bəyannamə”  nəşr  etdirərək  Şirvana  və  Xəzəryanı    bölgələrə  göndərməsi. 

“Bəyannamə”də  rus  qoşununun  yürüşünün  əsas  səbəbi  gizlədilir,  Xəzəryanı  bölgələrdə  yaşayan  şiə  əhalisini 

imnandırmağa  çalışılırdı  ki, o, Səfəvi  şahının dostudur, yürüşdə  onun məqsədi   bu  yerlərdə  əmin-amanlıq  

yaratmaqdan  və  rus  tacirlərini  qarət  edən  qiyamçıları    cəzalandırmaqdan  ibarətdir.  I  Pyotr  Səfəvilərə  qarşı 

üsyan  edən  feodalların,  Osmanlı  türklərinin  bu  torpaqları  zəbt  etməsinin  qarşısını  alacaq,  burada  Səfəvilərin 

hakimiyyətini bərpa edəcəkdir 

1722  18 iyun 

I  Pyotrun  Həştərxandan  Azərbaycanın  Xəzəryanı  vilayətlərinə  yürüşə  başlaması.  I  Pyotrun  bu  yürüşdə  əsas 

məqsədi Xəzərin qərb sahil bölgələrini işğal etmək və Cənubi Qafqazda möhkəmlənmək idi 

1722  15  avqust 

  I Pyotrun başçılığı ilə rus eskadrasının Dərbəndə daxil olması 

1722 7 sentyabr 

  I Pyotrun Bakının tutulasını general-mayor M.Matyuşkinə tapşıraraq Peterburqa qayıtması 

1722  dekabr 

  Rus eskadrasının  Rəşt şəhərini  zəbt  etməsi və S.Abramovun  burada konsulluq açması 

1722 

  Şirvan  üsyanının  başçısı  H.Davudun    Rusiyaya  qarşı  mübarizədə  kömək  üçün  Osmanlı    sultanı  III  Əhmədə 

müraciət etməsi 

1723  28 iyul  

  Rus  eskadrasının  Bakını  işğal  etməsi.  Knyaz  İ.Baryatinskinin  Bakının    komendatı    təyin  edilməsi.  I  Pyortun 

əmri  ilə  Bakının  alınması  münasibəti  ilə  Peterburqda  yaylım  atəşi  açıldı.  Bakı  işğal  edildikdən  sonra 

M.Matyuşkin Bakı hakimi  Məhəmməd Hüseyn bəyin H.Davudla əlaqədə olduğunu bəhanə edərək onun həbsə 

alınmasını əmr etdi. Bakı tutulduqdan sonra rus komandanlığı asanlıqla Salyanı da işğal etdi 

1723  12 sentyabr 

  Peterburq  müqaviləsi.  Rusiya  ilə  Səfəvilər  arasında  imzalanan  müqavilənin  şərtlərinə  əsasən  Səfəvilərin 

Dərbənddən  Gilana  qədər olan Xəzəryanı  torpaqları  Rusiyaya    ilhaq  edildi  və  Rusiya  əfqanlarla  müharibədə  

Səfəvi şahına hərbi yardım edəcəyini öhdəsinə götürdü 

1722-1723 

Xəzəryanı  bölgələrin Rusiya tərəfindən işğalının birinci mərhələsinin başa çatması 



1723-1735 

Rusiyanın Azərbaycanın Xəzəryanı vilayətlərində hökmranlığı dövrü 



1723-1725 

Şimali-qərbi Azərbaycan əhalisinin kömək üçün osmanlılara müraciət etməsi 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə