İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə19/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   15   16   17   18   19   20   21   22   ...   61

1580 

Krım türklərinin  Azərbaycana üçüncü yürüşü. Üçüncü yürüş  nəticəsində Krım türkləri Şirvanı qarət etdi, Bakı 

tutuldu, Osman paşa Krım türklərinin köməyi ilə Bakıya daxil olaraq qalada mövqeyini möhkəmləndirdi, sonra 

onlar tezliklə Dərbənddən keçərək Azərbaycanı tərk etdilər 



1581 

Krım türklərinin  Azərbaycana dördüncü yürüşü Yürüş  nəticəsində Krım xanının qardaşları Qazi Gərayın və 

Səfı Gərayın başçılığı ilə Krım türkləri Şirvana hücum etsələr də məğlub olaraq geri çəkildilər 

1581 

Şabranla  Şamaxı  arasında  döyüş.  Şirvan  hakimi    Peykər  xanın  Krım  türklərini  və  osmanlıların  birləşmiş 

qoşununu məğlub edərək Qazı Gərayı əsir alması 

1582 

Sinan  paşanın  sülh  bağlamaq  məqsədi  ilə  Səfəvi  səfiri  İbrahim  xan  Tərxanla  birlikdə  Ərzurumdan  İstanbula 

gəlməsi 

1582 

Osman paşanın Şirvanı ikinci dəfə tutması 



1582 

Sultan III Muradın Fərhad paşanı Şərqə yürüşünün rəhbəri təyin etməsi 



1583 

Qarabağ  hakimi    İmamqulu  xan  Qacarın  Kürü  keçərək  Şirvana  daxil  olması  və  Rüstəm  xanı  öz  dəstəsi  ilə 

birlikdə osmanlılara qarşı döyüşə göndərməsi. Döyüşdə osmanlılar ağır məğlubiyyətə uğradıldı 

1583 

“Məşəl savaşı”. Döyüş Osmanlı qüvvələrinin üstünlüyü ilə başa çatdı, qızılbaşlar döyüş meydanını tərk etdilər 



1585 

Sultan  III  Muradın  Özdəmir  oğlu  Osman  paşanı  Şərqə  yürüşünün  rəhbəri  təyin  etməsi  və  Osman  paşanın 

Azərbaycana yürüşə başlaması 

1585  dekabr 

Sufiyan  döyüşü.  Döyüşdə  əvvəlcə  qızılbaşlar  osmanlılara  ağır  zərbə  vurdular.  Lakin  osmanlıların  sayca 

üstünlüyü qızılbaşları geri çəkilməyə məcbur etdi 

1586 

Həmzə Mirzənin mərkəzi hakimiyyətə qarşı çıxan türkmən və təkəli əmirlərinin qiyamını yatırması 



1586 

Qarabağda Həmzə Mirzənin sui-qəsd nəticəsində qətlə yetrilməsi 



1586-1590 

Bütün Azərbaycanın Sultan III Muradın ordusu tərəfindən işğal olunması 



1587 

Ustaclı və şamlı tayfalarından olan qızılbaşların Xorasan qrupunun Qəzvində Abbası hakimiyyətə gətirməsi 



1587-1629 

I Şah Abbasın hakimiyyəti. I Şah Abbasın dövründə  Səfəvilər dövlətinin paytaxtı  İsfahana köçürüldü,  vahid 

Azərbaycan  bəylərbəyiliyi  yaradıldı,  Azərbaycanın  cənub-şərq  vilayətləri  Qəzvinə  tabe  edildi,  Ərdəbil  şəhəri 

xüsusi  idarəetmə  hüququnu  saxladı,  hərbi-inzibati  islahatlar  nəticəsində  mərkəzi  hakimiyət  son  dərəcə 

qüvvətləndi,  ölkədə  İran  etnik  ünsürünün  rolu  kəskin  surətdə  artdı,  qızılbaş  əyanlarının  qüdrəti  sarsıldı,  ölkə 

daxilində  siyasi  sabitlik  bərpa  edildi,  məhsuldar  qüvvələr  yenidən  canlandı,  Səfəvilər  dövləti  hərbi-siyasi 

baxımdan möhkəmləndi və  keçmiş qüdrətini bərpa etdi 

1590 

II Səfəvi-Osmanlı müharibəsinin başa çatması. İstanbul sülhü. Sülhün şərtlərinə əsasən Azərbaycan ərazisi ilk 

dəfə  Səfəvi  və  Osmanlı  dövlətləri  arasında  bölündü,  Şirvan,  Qarabağ,  Sərab,  Marağa,  Təbriz  və  onların 

qərbində  yerləşən  torpaqlar  osmanlılara  verildi,  Şərqi  Gürcüstan,    İranın  bəzi  qərb  vilayətləri  Osmanlı 

imperiyasının tərkibinə qatıldı, Qaradağ, Xalxal, Ərdəbil və Talış (Lənkəran) vilayətləri Səfəvilərdə qaldı 

1593 

I Şah Abbas tərəfindən vahid Azərbaycan bəylərbəyiliyinin yaradılması 



1598 

Səfəvilər dövlətinin paytaxtının Qəzvindən İsfahana köçürülməsi 



1599 

I Şah Abbasın Şeybaniləri məğlub edərək Xorasan vilayətini yenidən Səfəvilər dövlətinin tərkibinə qatması və 

öz təsirini Mavərannəhrə yayması 

XVI əsr 

Təbrizdə böyük kitabxana açılması 



XVI əsr 

Məhəmməd Xudabəndə məqbərəsinin inşa olunması 



XVI əsrin sonları 

İngilis tacirlərinin Azərbaycan bazarlarında möhkəmlənmək cəhdlərinin iflasa uğraması 



XVI əsrin 90-cı illəri 

Şərqi  Anadoluda  Cəlalilər  hərəkatının  başlanması.  Cəlaililər  hərəkatının  səbəbi    kütləvi  narazılıq,  aclıq,  

soyğunçuluq,  dəhişətli  dağıntılar  və  iqtisadi  tənəzzül  idi.  Hərəkatın  iştirakçıları  Qərbi  Azərbaycan 

kəndlilərinidən, Osmanlı, Şəqri Anadolu və İraq qaçqınlarından təşkil edilmişdir 



XVII əsrin əvvəlləri 

Cəlalilər hərəkatının Azərbaycana və qonşu ölkələrə yayılması 



XVII əsrin əvvəlləri 

Azərbaycanda Cəlalili dəstə başçılarından  olan Koroğlunun fəaliyyət göstərməsi 



1602 

Dəli Həsənin  Şərqi Anadoluda Cəlalilər hərəkatına rəhbərlik etməsi 



1603 

Almaniya  səfiri  Georgi  Taktanderin  Osmanlı  imperatorluğuna  qarşı  ittifaq  yaratmaq  məqsədi  ilə  Səfəvi 

sarayına gəlməsi 

1603 14 sentyabr 

I  Şah  Abbasın  Osmanlı  hakimiyyətində  olan  Azərbaycan  ərazilərini  azad  etmək  məqsədilə  qoşunla  Təbriz 

üzərinə yürüş etməyə başlaması. Təbrizdə Osmanlı hakimiyyətinə qarşı üsyan baş verməsi. III Səfəvi-Osmanlı 

müharibəsinin başlaması 



1603-1612 

III  Səfəvi-Osmanlı müharibəsi dövrü 



1603 21 oktyabr 

Səfəvi  ordusunun  Təbriz  şəhərinə  osmanlılar  üzərinə  hücum  etməsi.  Hücum  nəticəsində  I  Şah  Abbas 

osmanlılar üzərində ilk qələbə qazanaraq Təbrizi osmanlılardan azad etdi. Təbrizin tutulması ilə Azərbaycanın 

cənub vilayətlərinin taleyi həll olundu 



1603 

Ordubad əhalisinin Hacı Qəssabın başçılığı ilə osmanlılara qarşı üsyan qaldıraraq şəhəri azad etməsi. Ordubad 

əhalisi Osmanlı hakimiyyətinə qarşı üsyan qaldırdığına görə I Şah Abbas tərəfındən bütün dövlət vergilərindən 

azad edildilər 



1603 

I Şah Abbasın Culfa və Naxçıvanı osmanlılardan azad etməsi

 

1603  noyabr 

I Şah Abbasın İrəvan qalasını  mühasirəyə alması 



1604  avqust 

I Şah Abbasın İrəvan qalasını azad edərək Əmirgünə xan Qacarı Çuxursəd (İrəvan) bəylərbəyi təyin etməsi 



1604 

 

 



Osmanlı ordusunun Ciqaloğlu Sinan paşanın komandanlığı altında Azərbaycana birinci yürüşə başlaması 

1604 

I Şah Abbasın "Arazın sol sahilini dağıtmaq və əhalisizləşdirmək, bütün azərbaycanlıları köçürmək, ərzaq və 

ələf  nə  varsa  götürmək,  qalanını  isə  məhv  edib  yandırmaq"  haqqında  fərman  verməsi  və  “böyük  sürgün” 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə