İBTİDAİ İcma quruluşU


  Qaraqoyunlu İsgəndərin Şirvana ikinci dəfə hücum edərək Şamaxını dağıtması  1434  noyabr



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə15/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

1434 

Qaraqoyunlu İsgəndərin Şirvana ikinci dəfə hücum edərək Şamaxını dağıtması 



1434  noyabr 

 Xəlilullahın  Reyə gedərək Qara İsgəndərin Şirvanda törətdiyi müsibətlər barədə Şahruxa məlumat verməsi və 

onu Azərbaycana yürüşə dəvət etməsi 

1435 

Sultan Şahruxun 

Azərbaycana dördüncü dəfə yürüşə başlaması

 

1435 

Təbriz döyüşü. Sultan Şahruxun və I Xəlilullahın birləşmiş qüvvələrinin qaraqoyunluları məğlub etməsi 

1435   

Sultan  Şahruxun  Təbrizə  gələrək  Qara  Yusifin  kiçik  oğlu  Cahanşahı  Təbrizdə  taxta  çıxarması.  Şahruxla 

Cahanşah arasında razılaşmaya görə Qaraqoyunlu dövləti Teymurilərin vassal asılılığına düşdü 

1435-1447

 

Qaraqoyunlu dövlətinin Teymurilərdən vassal asılılığında qalması



 

1436-1467 

Qaraqoyunlu  Cahanşahın  hakimiyyəti

.  Cahanşah 

hakimiyyəti

  dövründə  Şirvanşahlar  dövləti  ilə  dostluq 

münasibətləri  yaratmağa  çalışdı,  feodal  zümrəsinin  mənafeyinə  uyğun  tədbirlər  həyata  keçirdi,  gələcəkdə 

işğalçılıq  planlarını  həyata  keçirmək  üçün  hərbi  islahat  keçirdi,    oturaq  əhaliyə  və  iri  tacirlərə  arxalanaraq 

mərkəzi  hakimiyyətə tabe olmaq istəməyən  yarımköçəri əmirlərə qarşı  mübarizə apardı,  Teymurilərin vassal 

asılılığından çıxaraq onları vassal asılılığına saldı. Lakin  Cahanşah daxili və xarici siyasəti nəticəsində  xarici 

müdaxiləyə  və  ara  müharibələrinə  son  qoya  bilmədi,  onun  mərkəzi  hakimiyyəti  möhkəmləndirmək  siyasəti 

nəticəsiz qaldı, xalq kütlələrinin vəziyyəti ağırlaşdı, feodal çəkilşələri və mərkəzi hakimiyyətə tabe olmamaq 

cəhdləri artdı



 

1447 

Teymuri  Şahruxun  vəfat  etməsi  və  Cahanşahın  Teymurilərin  vassal  asılılığından  çıxaraq  müstəqil  siyasət 

yeritməyə başlaması 

XV əsrin 50-ci illəri 

Ağqoyunlu  Uzun  Həsənlə  Cahanşah  arasında  baş  vermiş  döyüşlər  -  hərbi  toqquşmalar  nəticəsində 

qaraqoyunluların məğlub olması və Şərqi Anadolunun çox hissəsini itirməsi 

1453 

Cahanşahın İran İraqını, Qərbi İranı və Şərqi İranın bir hissəsini ələ keçirməsi 



1457 

Cahanşahın Şahruxun oğlunu məğlub edərək Cürcanı və Xorasanı tutması 



1458 

Cahanşahın Teymurilərin mərkəzi Herat şəhərini tutması 



1459 

Cahanşahın oğlu Həsənəlinin

 başçılığı ilə Azərbaycanda

, digər oğlu Pirbudağın 

başçılığı ilə 

Bağdadda mərkəzi 

hakimiyyətə qarşı qiyam baş verməsi 

1459 

Cahanşahla  Teymuri  hökmdarı  Əbu  Səid  arasında  Herat  barışığı  imzalanması. 

Herat  barışığına  əsasən 

Teymurilər Qaraqoyunlu dövlətindən vassal asılılığına düşdü və təzminat ödəməli oldu 



1465 

Cahanşahın oğlu Pirbudağın qiyamını yatırması 



1465

 

Qaraqoyunlu Cahanşahın tapşırığı ilə Təbrizdə “Göy məscid”in inşa olunması 



1467 

Muş döyüşü. 

Döyüş qaraqoyunluların məğlubiyyəti ilə nəticələndi, Cahanşah döyüşdə öldürüldü və Bağdada 

qədər olan ərazilər ağqoyunluların əlinə keçdi 



1467-1468 

Cahanşahin  varisləri  Həsənəli  və  Hüseynəli  arasinda  hakimiyyət  uğrunda  mübarizə  getməsi.  Mübarizə 

nəticəsində  Hüseynəli  öldürüldü,  Həsənəli  isə  öz  qüvvələrini  toplayaraq  Ağqoyunlulara  qarşi  mübarizəyə 

başladı.  Həsənəli,  rəiyyəti  öz  tərəfinə  çəkmək  üçün  Təbriz  yoxsullarına  və  kəndlilərə  xeyli  məbləğdə  pul 

payladı.  Lakin  onlar  Həsənəlini  müdafiə  etmədilər.  Buna  görə  də  Uzun  Həsən  heç  bir  çətinlik  çəkmədən 

Azərbaycanı ələ keçirdi 



1468 

Ağqoyunlu  Uzun  Həsənin  Cənubi  Azərbaycanı  və  Qarabağı  ələ  kecirməsi.  Qaraqoyunlu  dövlətinin  süqut 

etməsi 

 

 

AĞQOYUNLU DÖVLƏTİ 

 

XIII-XIV əsrlər 

Ağqoyunlu tayfalarının Xorasandan Anadoluya köçməsi 



1370-1388 

Ağqoyunlu  tayfalarının  siyasi  birliyinin  başçısı  Pəhləvan  bəyin  hakimiyyəti.  Pəhləvan  bəy  hakimiyyəti 

dövründə  qaraqoyunlularla  Teymur  arasında  gedən  mübarizədən  istifadə  edərək  Ağqoyunlu  tayfalarını 

birləşdirmək  uğrunda  ciddi  mübarizə  apardı,  Ağqoyunlu  tayfa  ittifaqı  Şərqi  Anadolunun  cənubunda  böyük 

qüvvəyə çevrildi, qonşu dövlətlər onunla hesablaşdılar 

1388-1394 

Ağqoyunlu  Əlaəddin  Turəlinin  hakimiyyəti.  Onun  dövründə  Ağqoyunlu  tayfa  ittifaqını  möhkəmləndirmək 

cəhdləri nəticəsiz qaldı 

1394-1434 

Qara  Yuluq  Osman  bəyin  hakimiyyəti.  Osman  bəy  hakimiyyəti  dövründə  Sivas  uğrunda  mübarizədə 

Qaraqoyunlulara qalib gələrək Diyarbəkirdə möhkəmləndi və Ağqoyunlu bəyliyinin əsasını qoydu, Diyarbəkri 

bəyliyin  mərkəzi  seçdi,  öz  adina  pul  kəsdirdi,  feodal  çıxışlarını  yatırdı,  Ağqoyunlu  tayfa  ittifaqını  xeyli 

möhkəmləndirdi, Ərzincan və Mardin torpaqları Ağqoyunlulardan asılı vəziyyətə salındı 

1394 

Qara Yuluq Osman bəyin Ağqoyunlu bəyliyinin əsasını qoyulması 



1434-1444 

Əli bəyin hakimiyyəti  



1444-1453 

Cahangir  Mirzənin  hakimiyyəti.  Cahangir  Mirzənin  hakimiyyəti  dövründə  qisa  vaxt  ərzində  Ağqoyunlu 

tayfalari yenidən birləşdirildi və ağqoyunlular Diyarbəkirdə möhkəmləndilər 

1453  16 yanvar 

Uzun Həsənin Diyarbəkrdə qardaşı Cahangir Mirzənin qüvvələrini məğlub etməsi 



1453-1478 

Uzun Həsənin hakimiyyəti. Uzun Həsən hakimiyyəti dövründə  nizami ordu yaratdı, odlu silah istehsal etməyə 

təşəbbüs  etdi,  feodalların  müqavimətini  qırdı,  bir  qisminə  isə  bəzi  güzəştlər  etdi.  Lakin  Uzun  Həsən  də 

mərkəzləşmiş dövlət yarada bilmədi 



XV əsrin 50-ci illəri 

Uzun Həsənin Gürcüstanın Qaraqoyunlulara tabe olan şərq hissəsini tutması 



XV əsrin 60-70-ci illəri 

Ağqoyunluların Osmanlı imperatorluğu ilə münasibətlərinin kəskinləşməsi 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə