İBTİDAİ İcma quruluşU


  Əbu Səidin əmir Çobanı və onun oğlanlarını edam etdirməsi  1335



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə13/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

1328 

Əbu Səidin əmir Çobanı və onun oğlanlarını edam etdirməsi 



1335 

Sultaniyyədə mərkəzi hakimiyyətə qarşı üsyan baş verməsi 



1335 

Hülakülər dövlətinin Qızıl orduların hücumuna məruz qalması. Əbu Səidin Qızıl Ordu xanı Özbək xanı məğlub 

edərək onu geri çəkilməyə məcbur etməsi 

1335-1336 

Arpa xanın hakimiyyəti 



1336-1338 

Məhəmməd xanın hakimiyyəti. Məhəmməd xanın dövründən başalayaraq hakimiyyət uğrunda mübarizə yeni 

forma  aldı.  Məqsəd  Hülakü  səltənətini  ələ  keçirmək  deyil,  Hülakülər  dövlətinin  ayrı-ayrı  vilayətlərində 

müstəqilləşmək  idi.  “Hülakülər  səltənətinin  mühafizəsi”  bayrağı  altında  aparılan  mübarizədə  Çobanilər, 

Cəlairilər və Şirvanşahlar daha fəal iştirak edirdilər 

1338 

Əmir  Çobanın  nəvəsi  Şeyx  Həsən  Çobaninin  (Kiçik  Həsənin)  Şeyx  Həsən  Cəlairiyə  (Böyük  Həsənə)  qalib 

gəlməsi. Azərbaycanın faktiki olaraq Çobanilərin əlinə keçməsi 

1338-1340 

Satı Bəy Xatunun hakimiyyəti 



1340-1344 

Hülakü hökmdarı Süleyman bəyin hakimiyyəti 



1344 

Şeyx Həsən Çobaninin öldürülməsi və Məlik Əşrəfin hakimiyyətə gəlməsi 



1344 

Azərbaycanda çobanilər zülmünə - Məlik Əşrəfə qarşı Təbriz əhalisinin üsyan qaldırması  



1347-1348 

Çobani Əşrəfin Şirvana yürüş etməsi. Şirvanşahlar dövlətinin Çobanilərin hakimiyyəti altına düşməsi 



1357 

Qızıl  Ordu  hökmdarı  Canı  bəyin  Azərbaycana  yürüşü.  Canı  bəyin  Azərbycana  yürüşü  nəticəsində  Təbriz 

tutuldu, Hülakülər dövləti süquta uğradı, Azərbaycanda Qızıl Ordunun bir illik   hakimiyyəti quruldu, Çobani 

Əmiri  Məlik  Əşrəf  edam  olundu,  Çobanilərin  Hülakülər  dövlətinin  mühafizəsi  uğrunda  apardığı  mübarizəyə 

son  qoyuldu.  Canı  bəy  oğlu  Bərdi  bəyi  Təbrizdə  səltənətə  qoyaraq,  Qızıl  Ordaya  qayıtdı.  Lakin  Canı  bəyin 

qəfil ölümü Qızıl orduluların Azərbaycanı tərk etməsi ilə nəticələndi 



1357-1358 

Azərbaycanda Qızıl orduluların bir illik hakimiyyəti 



 

 

AZƏRBAYCANIN CƏLAİRİLƏR DÖVLƏTİNİN TƏRKİBİNƏ QATILMASI 

 

1340 

Şeyx Həsən Cəlairinin Bağdadda Cəlairilər dövlətini yaratması 



1340-1410 

Cəlairilər dövlətinin mövcud olması 



1340-1354 

Böyük Həsən (Şeyx Həsən) Cəlairinin hakimiyyəti 



1354-1374 

Cəlairi Şeyx Üveysin hakimiyyəti. Şeyx Üveys dövründə mərkəzi idarə sistemi möhkəmləndirildi, iqtisadiyyat 

və  təsərrüfatda  canlanma  baş  verdi,  Azərbaycan  Cəlairilər  dövlətinin  tərkibinə  qatıldı,  Cəlairilər  dövləti 

Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə saldı 



1358 

Cəlairilərin Azərbaycana yürüş edərək Təbrizi tutması 



1358-1359 

Azərbaycanın Cəlairilər dövləti tərəfindən işğal olunması 



1364 

Şirvanda Cəlairilərə qarşı üsyan baş verməsi 



1367 

Şeyx Üveysin Şirvana yürüşü. Şirvanşahlar dövlətinin Cəlairilərin vassal aslılığına düşməsi. Cəlairilərin Şirvan 

ərazisini  tutaraq Şirvanşahlar  dövlətini  özündən  asılı  vəziyyətə  salması  ilə  Azərbaycanın  tamamilə  Cəlairilər 

dövlətinin tərkibinə qatılması prosesi başa çatdı 



1374-1382 

Cəlairi  Sultan  Hüseynin  hakimiyyəti.  Sultan  Hüseynin  dövründə  ölkədə  feodal  fərakəndəliyi  gücləndi  və 

mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı 

1382-1410 

Cəlairi Sultan Əhmədin hakimiyyəti. Sultan Əhmədin dövründə Cəlairilər dövlətində feodal ara müharibələri 

davam  etdi,  ölkənin  ictimai  və  siyasi  həyatında  elə  bir  əhəmiyyətli  dəyişiklik  baş  vermədi,  II  Şənbi-Qazan 

döyüşündə Qara Yusifə məğlub oldu, Cəlairilər dövləti Qaraqoyunlular tərəfindən süquta uğradıldı 



 

 

TOXTAMIŞ XAN VƏ ƏMİR TEYMURUN AZƏRBAYCANA YÜRÜŞLƏRİ 

 

1385 

Əmir Teymurun Azərbaycana daxil olması. Bu zaman Azərbaycanı idarə edən Cəlairilər dövlətinin hökmdarı 

Sultan Əhməd Bağdada çəkildi. Lakin Mərkəzi Asiyada baş vermiş hadisələrlə əlaqədar olaraq Əmir Teymur 

geri qayıtdı 



1385  sonları 

Toxtamış  xanın  Azərbaycana  birinci  yürüşü.  Toxtamış  xan  Azərbaycana  birinci  yürüş  zamanı  Dərbənddən 

Şirvana daxil oldu, Təbriz şəhəri ona ciddi müqavimət göstərsədə hiylə yolu ilə  tutuldu. Bu hücum nəticəsində 

Təbrizdən  başqa,  Marağa,  Mərənd,  Naxçıvan  şəhərləri  qarət  edildi,  ölkədən  çoxlu  qənimət  və  200  min  əsir 

aparıldı 

1386-1387 

Əmir Teymurun Azərbaycana birinci “üçillik” yürüşü. Birinci  “üçillik” yürüşü zamanı Təbriz şəhəri tutuldu, 

Cəlairi  əmirləri    Bağdada,  bir  qismi  isə  Əlincə  qalasına  qaçdı,  Əlincə  qalası  mühasirəyə  alındı,  xalq  Cəlairi 

Şeyx  Həsənin  başçılığı  ilə  Naxçıvanda  mübarizəyə  qalxdı.  Yürüş  nəticəsində,  Əlincə  qalası  istisna  olmaqla 

bütün Azərbaycan işğal olundu 

1387 

Toxtamış xanın ikinci dəfə Azərbaycana yürüş etməsi. Toxtamış xan Azərbaycana ikinci yürüş zamanı  yenə 

də  Dərbənddən  Azərbaycana  daxil  oldu.  Lakin  Miranşahın  Kürün  şimalına  göndərilmiş  qoşunlarına  qarşı 

müqavimət  göstərə  bilməyib  geri  çəkildi.  Bundan  sonra  Toxtamış  xan  ölkəsinə  qayıdaraq  Buxarə  və 

Səmərqəndə hücum etdi 

1387; 1393; 1397 

Əmir Teymurun Əlincə qalasına hücumu 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə