İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə9/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

730 

Savalan dağı  yaxınlığında döyüş baş verməsi. Döyüş nəticəsində xəzərlər ərəb ordusu üzərində parlaq qələbə 

qazandı.  Bundan  sonra  xəzərlər  döyüşü  davam  etdirərək  Diyarbəkrə  və  Mosula  çatdılar.  Ərəblər    yalnız  Van 

gölü  yaxınlığındakı  Hilat  şəhəri  ətrafında  xəzərlərin  hücumunu    çətinliklə  dayandıra  bildilər.  Bundan  sonra 

qüvvələrini səfərbər edən ərəblər böyük ordu ilə  hücuma keçdilər. Bu hadisədən sonra  ərəblərlə sülh bağlayan  

xəzərlərin bir hissəsi İslam  dinini qəbul etdi 



748-752 

Xilafətə qarşı Azərbaycanda ilk çıxışların baş verməsi 



748 

Xilafətə qarşı Beyləqanda Müsafirin başçılığı ilə üsyan  baş verməsi 



750-1258 

Xilafətdə  Abbasilər  sülaləsinin    hakimiyyəti.  Abbasilər  sülaləsinin  dövründə  vergilər  daha  da  artırıldı,  15 

yaşına çatan  hər bir  şəxs  vergi  verməli idi, vergi  torpağın əkilib-əkilməməsindən  asılı olmayaraq alınmağa  

başlandı, alınan verginin miqdarı suvarma  texnikasından asılı olaraq məhsulun ¼-in  yarısına  qədər müəyyən 

edildi. Abbasilər sülaləsinin vergi siyasəti nəticəsində kəndlilərin vəziyyəti daha  da ağırlaşdı 

754-775 

Xəlifə  əl-Mənsurun  hakimiyyəti.  Acgözlüyünə  görə  xəlifə  əl-Mənsur  xalq  arasında    “pul  atası”  ləqəbini 

qazanmışdı 

VIII əsrin II yarısı 

Azərbaycanda  xilafətə qarşı çıxışların güclənməsi 



778 

Xürrəmilərin ərəblərə qarşı birinci üsyanı baş verməsi 



786-809 

Xəlifə  Harun-ər-Rəşidin  hakimiyyəti.  Xəlifələr    içərisində  qəddarlığı  ilə  seçilən    Harun-ər-Rəşidin  dövründə 

vergilər  daha  da  artırıldı,  on  beş  yaşına  çatan    hər  bir  şəxsdən  vergi  alınmağa  başlanıldı.  Onun  dövründə 

Azərbaycanda 15-dən artıq üsyan baş versə də hamısı qəddarlıqla yatrıldı 



798-838 

Babək Xürrəmidin yaşadığı dövr 



VIII əsrin 90-cı illəri 

Xəzərlərin  100  min  nəfərlik  qoşununun  Azərbaycanın    şimalına  hücumu  nəticəsində  ölkəni  talanması  və 

minlərlə adamın əsir aparılması 

VIII əsr 

Azərbaycan  memarlığında günbəzli tikililərin geniş yayılması 



808 

Xürrəmilərin  ərəblərə  qarşı  ikinci  üsyanı.  Bu  üsyana  Cavidan  başçılıq  edirdi.  Lakin  üsyan  yatırıldı  və  on 

minlərlə adam əsir aparıldı 

813 – 833 

 

Xəlifə  Məmunun hakimiyyəti  



816 

Cavidanla Əbu İmranın döyüşdə bir-birini öldürməsi və Xürrəmilər icmasına rəhbərliyin  Babəkin  əlinə 

keçməsi 

816-837 

Xürrəmilərin azadlıq müharibəsinə Babəkin başçılıq etməsi 



819 

Xürrəmilərə qarşı xəlifənin ilk nizami ordu göndərməsi. Üsyançıların  həmin ordunu məğlub etməsi 



IX əsrin 20-ci illəri 

Xürrəmilərin  Sünik,  Bərdə,  Beyləqan,  Qarabağ  və  Arranı  ərəblərdən  azad  etməsi.  Xürrəmilərin  azadlıq 

müharibəsinin genişlənməsi. Xəlifənin sərkərə Məhəmməd əl-Tusini Babəkə qarşı göndərməsi 

XI 30-cu illərinin əvvəlləri  Xürrəmilərin azadlıq  müharibəsinin uğurlu dövrü 

829  iyun 

I Həşdədsər döyüşü. Döyüş nəticəsində xürrəmilər parlaq qələbə qazandılar, xəlifənin sərkərdəsi Məhəmməd 

əl-Tusi öldürüldü və ərəblərin  Bəzz  qalasını ələ keçirmək məqsədi baş tutmadı 

830 

I Həmədan döyüşü. Döyüş nəticəsində ərəblər məğlub oldular, Həmədan şəhəri  xürrəmilərin əlinə keçdi. Bu 

döyüş xürrəmilərin nizami ərəb  orduları üzərində  sayca beşinci qələbəsi idi 

833 

II  Həmədan    döyüşü.  Döyüş  nəticəsində  xürrəmilər  ilk  dəfə  ağır    məğlubiyyətə  uğradı.  Bu  qələbə  Xilafətin  

başçılarına və  ərəb sərkərdələrinə  bu vaxta qədərki səhvlərini anlatdı 

833 – 842 

 

Xəlifə Mötəsimin hakimiyyəti 



835 

Afşinin Xürrəmilərə qarşı vuruşan ərəb  ordusuna baş  komandan təyin edilməsi 



836 

II Həşdadsər döyüşü. Döyüş nəticəsində xürrəmilər ərəblər üzərində parlaq qələbə çaldılar və sərkərdə  Buğa 

döyüş meydanından qaçmaqla ölümdən xilas oldu 

837 

Xəlifənin Afşinin köməyinə iki böyük ordu göndərməsi 



837  26 avqust 

Bəzz  döyüşü.    Döyüş  nəticəsində  xürrəmilər  məğlub  oldu,  ərəblərdən  100  min,  xürrəmilərdən  80  min  nəfər 

həlak oldu, 8 minə yaxın adam əsir alındı, ərəblər Bəzz qalasını çətinliklə tutaraq, Afşinin göstərişi ilə üç gün  

yandırdılar 



838  14 mart 

Babəkin Samirə şəhərində edam olunması 



IX əsrin 30-40-cı illəri 

Varsan,  Bərdəd,  Mərənd  və  Kür-Araz  vadisində  ərəb  əsarətinə  qarşı  üsyanlar  baş  verməsi.  Kür-Araz  

vadisindəki üsyana Əbu Musa rəhbərlik edirdi. Lakin ərəb sərkərdəsi Buğa hiylə ilə Əbu Musa üsyanını yatırdı 

IX  əsrin II yarısı 

Xilafətdən  asılı  olan  ölkələrdə,  o  cümlədən  Azərbaycanda    milli-azadlıq    hərəkatının  davam  etməsi. 

Azərbaycanda ilk müstəqil feodal dövlətlərin meydana gəlməsi 

 

  



 

AZƏRBAYCAN IX –XI ƏSRLƏRDƏ

 

 



AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN BƏRPASI. ŞİRVANŞAHLAR DÖVLƏTİ 

 

IX əsr 

Xilafətin zəifləməsi və Azərbaycanda ilk feodal dövlətlərin  yaranması 



IX-XI  əsrlər 

Azərbaycanda feodal dağınıqlığı və  ara müharibələri dövrü 



780-801 

Yezid  ibn  Məzyədin  hakimiyyəti.  Yezid  ibn  Məzyəd  Xəlifə  Harun  ər-Rəşid  zamanında  Cənubi  Qafqaz 

vilayətinin, o cümlədən Şirvanın hakimi olmuş, ərəblərin burada möhkəmlənməsində mühüm rolu oynamışdı. 

Bu zaman o, Azərbaycan torpaqlarını, o cümlədən  Aran, Şirvan və Dərbənd ərazisini idarə edirdi. Yezid ibn 

Məzyəd özünə və xilafətə etnik dayaq yaratmaq məqsədilə Azərbaycana  Rəbiə tayfasından, həmçinin Misir və 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə