İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə26/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

1789-1791; 1791-1810 

Quba  hakimi  Əhməd  xanın    və  Şeyxəli  xanın  hakimiyyəti.  Onların  dövründə  xanlığın  qüdrətini  qoruyub 

saxlamaq mümkün olmadı, Şəki, Bakı və Şamaxı xanlıqları Quba xanlığının tabeliyindən çıxdılar 

1803 12 sentyabr   

Şeyxəli xan tərəfindən Dərbənd şəhərinin ikinci dəfə Quba  xanlığına  birləşdirilməsi 

 

 

QARABAĞ XANLIĞI 

 

1736 

Nadir xanın şah seçilməsinə qarşı çıxan otuzikilər, kəbirli və cavanşir tayfalarının başçılarını Nadir xan 

Xorasan vilayətinə və Əfqanıstanın sərhədlərinə sürgün etməsi və  qarabağlı Pənahəli bəyin qardaşı Fəzləli bəyi 

edam etdirməsi 

1748 

Pənahəli bəyin Qarabağ xanlığının əsasını qoyması 



1748-1822 

  Qarabağ xanlığının mövcud olması 

1748-1763 

Qarabağ  xanlığının  banisi  Pənahəli  xanın  hakimiyyəti.  Pənahəli  xan  hakimiyyəti  dövründə  xanlığı 

möhkəmləndirmək  üçün  qalalar  tikdirdi,  Bayat  savaşında  qalib  gəldi,  xanlığın  ərazisini  xeyli  genişləndirdi, 

Gəncə,  İrəvan,  Naxçıvan  və  Ərdəbil  xanlıqlarının  idarəsini    ələ  keçirdi,  məlikləri  özünə  tabe  etdi.  Pənahəli 

xanın hakimiyyətini 

birinci Vərəndə məliyi Məlik Şahnəzər tanıdı

. Balıqqayadakı  məğlubtyyətindən sonra  ilk 

əvvəl Xaçın məliyi Məlik mirzə, daha sonra Dizaq, Çiləbörd, Talış (Gülüstan) məlikləri xan hakimiyyətinə tabe 

oldular 

1748 

Pənahəli xanın Kəbirli mahalında Bayat qalasını inşa etdirməsi 



1748 

Qarabağ  və Şəki xanlıqları arasında “Bayat savaşı” baş verməsi. “Bayat  savaşı” nəticəsində Qarabağ hakimi 

Pənahəli xan qalib gəldi, Hacı Çələbi və onun müttəfiqləri  Qarabağın bir hissəsini ələ keçirsə də qələbə qazana 

bilməyətək öz xanlıqlarına qayıtdılar, Qarabağ xanlığının ərazisi xeyli genişləndi, Pənahəli xan Gəncə, İrəvan, 

Naxçıvan və Ərdəbili xanlıqlarını nüfuz dairəsinə saldı 

1751 

Pənahəli xanın Ağdamda Şahbulağı qalasını inşa etdirməsi 



1752 

Pənahəli xanın Şuşa qalasını inşa etdirməsi 



1757 

Məhəmmədhəsən xan Qacarın Qarabağa hücum etməsi. “Xatın arxı” döyüşü. Döyüş nəticəsində  Pənahəli xan 

qələbə çaldı və düşmənin iki topunu ələ keçirdi 

1759 yazı 

Urmiyalı Fətəli xan  Əfşarın Qarabağa hücum etməsi. Fətəli xanın hücumu nəticəsində Qarabağ xanlığı Urmiya 

xanlığından asılı vəziyyətə düşdü 

1759-1763 

Qarabağ xanlığının Urmiya xanlığından asılı vəziyyətdə qalması 



1763 

 Kərim xan Zəndin Fətəli xan Əfşar üzərinə hücum edərək Pənahəli xanı öz müttəfiqinə çevirməsi və  Qarabağ 

xanlığının Urmiya xanlığından salılığına son qoyulması 

1763 

Kərim xan Zəndin İbrahimxəlil ağanı zindandan buraxdıraraq hakimiyyət fərmanı ilə Qarabağa göndərməsi və 

Pənahəli  xanı  isə  “Şiraz  qonaqlığı”na  aparması.  “Şiraz  qonaqlığı”  nəticəsində    Qarabağ  xanlığı  Kərim  Xan 

Zəndin vassal asılılığına düşdü, Pənahəli xan hakimiyyətdən uzaqlaşdırılaraq dusdaq kimi  Şirazda saxlanıldı, 

Qarabağı idarə edən Mehrəli bəylə qardaşı İbrahimxəlil ağa arasında hakimiyyət mübarizəsi başladı 

1763-1805 

Qarabağ hakimi İbrahimxəlil xanın hakimiyyəti. İbrahimxəlil xan hakimiyyəti dövründə öz nüfuzunu Naxçıvan, 

Gəncə  və  Təbriz  xanlıqlarına  yaydı,  Avar  xanı  ilə  qohum  olaraq  xarici  basqınların  və  mərkəzdənqaçma 

qüvvələrin  qarşısını  aldı,    xanlığının  sərhədlərini  genişləndirmək  siyasəti  yeritdi,  məliklərin  separatçılıq 

siyasətinə qarşı mübarizə apararaq xanlığının bütövlüyünü qoruyub saxlaya bildi. Vərəndə məliyi Şahnəzər və 

Xaçın məliyi Mirzə xana sadiq qalsalar da, Dizaq, Çiləbörd və Gülüstan məlikləri xanlığa tabe olmaqdan imtina 

etdilər  

1763-1785 

Qarabağ xanlığında İbrahimxəlil xanla Mehralı bəyin hakimiyət uğrunda mübarizə aparması 



1785 

 

 



İbrahimxəlil xanın Mehralı bəyə qarşı mübarizədə qalib gəlməsi və Mehrəlı bəyin öldürülməsi 

1783 

İbrahimxəlil xanla məliklər arasında mübarizənin daha da kəskinləşməsi. İbrahimxəlil xanın Dizaq məlikliyini 

yenidən Qarabağ xanlığına tabe etməsi 

1787

 

Məlikliklərin  gürcü  çarı  II  İrakli  və  rus  polkovniki  Burnaşovun  köməyi  ilə  Qarabağ  xanlığına  “xaç  yürüşü” 

təşkil  etməsi.  Lakin  1787-1791-ci  illərin  Rusiya-Osmanlı  müharibəsinin  başlanması  “xaç  yürüşü”nün  baş 

tutmamasına səbəb oldu 



1787;   1792 

Qarabağ hakimi İbrahimxəlil xanın Naxçıvan xanlığına birinci uğursuz yürüşü 



 

Qarabağ hakimi İbrahimxəlil xanın Naxçıvan xanlığına ikinci urursuz yürüşü  

 

 

İRƏVAN XANLIĞI 



 

1748-1828 

İrəvan  xanlığının  mövcud  olması.  İrəvan  xanlığı  keçmiş  Çuxursədd  bəylərbəyiliyin  ərazisində,  Ağrı  vadisi, 

Dərələyəz və Göyçə gölü arasındakı torpaqlarda yaranmışdı.

 

Xanlıq inzibati cəhətdən naiblərin idarə etdiyi 14 



mahala bölünürdü 

1748-1763 

İrəvan xanlığının banisi Mir Mehdi xanın  hakimiyyəti  



1764-1783 

İrəvan  hakimi 

Hüseynəli  xanın  hakimiyyəti.  Hüseynəli  xanın  dövründə  xanlıq  gürcülərin  dəfələrlə  dağıdıcı 

hücumuna məruz qaldı 



1764 

İrəvanda Göy məscidin inşa edilməsi. İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilmiş Göy məscid 1988-ci 

ildə erməni daşnakları tərəfindən üçüncü dəfə yandırılmışdı 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə