İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə34/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   30   31   32   33   34   35   36   37   ...   61

1832  

A.Bakıxanov  tərəfindən  müsəlman    məktəblərinin  təsis  edilməsi  haqqında  layihə    hazırlanması.  Müsəlman  

məktəbələri  haqqında  layihəyə  əsasən  məktəb  üç    sinifdən  ibarət  olmalı,  orada  iki  müsəlman  və  bir  rus 

müəllimi çalışmalı, şagirdlərə ana dili, fars və rus dilləri ilə yanaşı tarix, coğrafiya, hesab fənləri də keçilməli 

idi. Belə məktəblərin Bakı şəhərində açılması  nəzərdə tutulurdu 

1832  yanvar 

“Tiflisskiye  vedemosti”  qəzetinin  Azərbaycan  dilində  “Tatar    xəbərləri”    adlı  əlavəsinin  çıxmağa  başlaması. 

Burada  qanunvericilik  sənədləri  və  Qafqaza  dair  sərəncamlar  çap  olunurdu.  Vərəqənin  hazırlanmasında  və 

nəşrində A.Balıxanov fəal  iştirak etmişdir 



1832 

 

Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağı” əsərini yazması 



183  

Qalanın dibində” adlı Azərbaycan xalq mahnısının nota köçürülməsi 

1834 

Mirzə Cəfər Topçubaşovun “İran xrestomatiyası” və “Monqolların ən qədim dövrlərdən Teymurləngə qədərki 

tarixi” adlı əsərlərinin nəşr edilməsi 

1835   

Mirzə Cəfər Topçubaşovun Sankt-Peterburq universitetinin kafedra müdiri və professoru təyin edilməsi 



1836  

“Cənubi Qafqaz ipəkçiliyi və ticarət sənayesini yayan cəmiyət”in  təsis edilməsi və Xanabad manufakturasının 

bu cəmiyyətin ixtiyarına keçməsi 

1836 

Alban katolikosluğunun ləğv edilməsi 



1836  6 iyun  

Şimali Azərbaycanda rəhdar sisteminin ləğv edilməsi 



1839 

N.Dementiyevin – “Türk-tatar əlifbası”, “Yazı nümunələri”, “Təhsillər və povestlər”, M.Kazımbəyovun “Türk-

tatar dilinin qrammatikası” dərsliklərinin yazılması  

1839-1843 

Azərbaycanda pul islahatı   həyata keçrilməsi. İslahata əsasən köhnə əskinaz gümüş pulla əvəz edildi 



1840  10 aprel 

Çar I Nikolay tərəfindən  Cənubi Qafqazda   inzibati  və məhkəmə  islahatı  haqqında  qanunu qəbul edilməsi

Qanun 1841-ci il yanvarın 1-dən  qüvvəyə mindi. İnzibati  islahata əsasən  Komendant idarə üsulu ləğv edildi 



və  Cənubi  Qafqazın  inzibati  quruluşu    Ümumimperiya  inzibati-ərazi  bölgüsünə    uyğunlaşdırıldı,  Cənubi 

Qafqaz  diyarı  Gürcüstan-İmeretiya  quberniyasına  (mərkəzi  Tiflis)    və  Xəzər  vilayətinə  (mərkəzi    Şamaxı)  

bölündü, Yelizavetpol qəzası (Qazax və Şəmşəddil nahiyyələri ilə birlikdə), Car balakən dairəsi və Naxçıvan 

qəzaları  Gürcüstan-İmeretiya  quberniyasının  tərkibinə  qatıldı,  Quberniya  və  vilayətlər  qəzalara,  qəzalar  isə  

nahiyyələrə    bölündü,  Qafqazda  ali  hakimiyyət  çar  tərəfindən  təyin  edilən  Qafqazının  baş  hakiminin  əlində 

qaldı,  quberniyaları  çar    tərəfindən    təyin  edilən  hərbi  qubernatorlar  idarə  edirdilər,    qubernatorun  və  Xəzər 

vilayətinin rəisini çar təyin etsə də, onlar Qafqazının baş hakiminə tabe edildi,  mahal naibləri vəzifəsi  isə ləğv 

edildi 


1840  10 aprel 

Cənubi  Qafqazda      məhkəmə  islahatı  keçirilməsi.  İslahata  əsasən  məhkəmə  sistemi    yenidən  qurularaq 

quberniya,  vilayət  və  qəza  məhkəmələri  yaradıldı,  məhkəmələr  Ümumrusiya  qanunları  əsasında  fəaliyyət 

göstərməyə başladı, Azərbaycan  məmurları məhkəmə aparatının bütün pillələrində ruslarla əvəz olundu, artıq 

cinayət işlərinə Hərbi məhkəmələrdə deyil, mülki məhkəmələrdə baxılırdı, kəbin-talaq və vərəsəlik  məsələləri 

ilə məşğul olan şəriət məhəkəmələri isə saxlanıldı 



1841  25 aprel 

Qazax,  Şəmşəddil  və  Borçalı  nahiyyələrində  yaşayan  bəy  və  ağaların  torpaq  sahibliyindən  və  kəndlilər 

üzərindəki hüquqlarından məhrum edilməsi 

1841  28 may 

Xəzər vilayətinin  bəylərinin tiyul torpaqlarının müsadirə olunması və  kənd  idarəçiliyindən uzaqlaşdırılması 



1841    

A.Bakıxanovun   “Gülüstani-İrəm” əsərini yazması. “Gülüstani-İrəm” əsəri  ən qədim zamanlarda 1813-cü il 

Gülüstan sülhünə  qədərki dövrü əhatə edir. Əsərdə ilk dəfə olaraq Azərbayvan  tarixi bir tam halında nəzərdən 

keçirilir və dövrləşdirilir. Farsca yazılan əsərdə tarixi hadisələr dövrlərlə şərh edilmişdi  



1841-1846 

“Zaqafqazski  vestnik”  qəzetinin  Azərbaycan    türkcəsində    “Qafqazın  bu  tərəfinin  əxbarı”  adlı  əlavəsinin 

buraxılışının nəşr olunması 

1842      

Bəylərin  və ağaların torpaqlarının  müsadirə olunmasının dayandırılması və I Nikolayın göstərişi ilə ağaların 

mülkiyyət hüququ barədə  “Əsasnamə” hazırlamaq üçün komitələr yaradılması 

1843 

Nuxa şəhərində “Təcrübə ipəkçilik məktəbi”nin fəaliyyətə  başlaması 



1843 

A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin “Qafqazın şərq hissəsinin tarixi” adı ilə rus dilinə tərcümə edilməsi 



1844 

A.Budaqovun   “Türk-tatar dilinin əlifbası” dərsliyini yazması 



1844   

Şəmşəddil,  Borçalı  və  Qazax    nahiyələrinin  kəndlilərinin  dəstələrinin  Şıxlı  kəndində    toplaşaraq  vergi  və 

mükəlləfiyyətləri icra etməkdən imtina etməsi 

1844   

Cənubi  Qafqaz  Baş hakimliyinin ləğv edilməsi və mərkəzi Tiflis olan Qafqaz canişinliyinin   yaradılması 



1844-1854 

Qafqazın ilk canişini  qraf S.M.Vorontsovun  hakimiyyəti 



1845     

 

A.Bakıxanovun “Gülüstani-İrəm”  əsərinin Rusiya Elmlər Akademiyasında müzakirə edilməsi 



1845 

M.Adıgözəl bəyin ilk olaraq Qarabağ xanlığının tarixinə aid “Qarabağnamə” əsərini  yazması. Mirzə Adıgözəl 

bəyin  “Qarabağnamə”  əsəri    yazılarkən  şifahi  tarixi  qaynaqlarla  yanaşı,  bir  sıra  sənəd  və  materiallardan  da 

istifadə edilmişdir. Əsərdə Qarabağın 1736-cı ildən 1828-ci ilə qədərki siyasi tarixindən bəhs edilir 



1846  6 dekabr 

Çar I Nikolayın  bəy və ağaların hüquqları haqqında  reskript imzalaması.

 Bu sərəncamla ilk dəfə olaraq bəy və 

ağalara  məxsus  olan    bütün  torpaqlar  onların  irsi  mülkiyyəti    kimi  təsdiq    edildi,  bəylərə  kəndlilər  arasında 

qayda-qanun  yaratmaq  və  onlar  üzərində  polis  idarə  üsulunu  həyata  keçirmək  hüququ  verildi,  mülk,  mülki-

xalisə ilə bərabər tiyul da bəy və ağaların rəsmən mülkiyyəti elan olundu, bəy və ağaların torpaqlarının özgə 

silklərə  keçirməsi  qadağan  olundu,  verilmiş  hüquqlar  müqabilində  bəylər  ilk  çağırışla  ordu  sıralarına  

qoşulmağa  və  onun  üzərinə    qoyulacaq  başqa    vəzifələri  can-başla    yerinə  yetirməyə  borclu  idi,  sahibkar 

kəndlilərinə  rəiyət,  rəncbər,  nökər,  elat  adları    əvəzinə    ümumi    mülkədar    tabelisi    adı  verildi.  İslahatın 

əhəmiyyəti  ondan  ibarət  idi  ki,  Şimali  Azərbaycanın  “ali    müsəlman  silki”    Rusiya  zadəganları  ilə  bərabər 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə