İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə41/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   37   38   39   40   41   42   43   44   ...   61

1905  

“Difai”  (“Müdafiə”)  partiyasının  yaradılması.  Partiya  Ə.Ağayevin    rəhbərliyi  ilə,  azərbaycanlılara    qarşı  

törədilən      milli  qırğınların  qarşısını  almaq  məqsədilə  yaradılmışdı.  Partiyanın  mərkəzi  komitəsi  Gəncə 

şəhərində  yerləşirdi.  Bundan  başqa  Şuşada,    Ağdamda,    Naxçıvanda,  Qarsda  və  Vladiqafqazda    partiyanın 

şöbələri yaradılmışdı. Partiyanın  1906-cı   ilin  oktyabrında  “İrşad” qəzetində   dərc   olunmuş  proqramında   

qeyd edilirdi  ki,  torpaq  onu  əkib-becərənlərə,  zəhmətkeş   kəndlilərə  verilməlidir  



1905    

M.H.Rüşdiyyənin  “Vətən  dili” dərsliyinin çap olunması 



1905-1913 

H.Mollazadənin  “Zübdətül–təvarix” (“Tarixlərin  ən yaxşısı”) əsərini yazması 



1906  yanvar 

Peterburqda  Ümumrusiya   müsəlmanlarının  II  qurultayının   keçirilməsi. 

Q

urultayda  “Müsəlman  ittifqı”nın  



nizamnaməsi    və    proqramı    müzakirə    edilərək    bəyənildi.  “Müsəlman    ittifqı”nın  proqramında  qarşıya  iki 

mühüm  vəzifə  -    Ümumrusiya    türklərini    birləşdirmək  və  müstəmləkəçi    çar      imperiyasına    qarşı    vahid   

cəbhədə   mübarizə  aparmaq ideyaları irəli sürüldü 

1906  

Qalakənd  zavodunun istehsalı dayandırması 



1906  23 fevral 

Bakı  Fəhlə  Deputatları  Sovetinin  fəaliyyətini  dayandırması 



1906  7 aprel 

“Molla Nəsrəddin” jurnalının nəşr olunması. Jurnal 1917-ci  ilədək  Tiflisdə, sonralar   isə  Təbrizdə və  Bakıda  

nəşr olundu 

1906  aprel 

I Dumanın bir qurup deputatı tərəfindən  Vıborq bəyannaməsinin  qəbul edilməsi 



1906  may 

 

İrəvanda və onun Məngüş, Güllücə, Kamal və Uşu kəndlərində ermənilərin  milli qırğınlar törətməsi 



1906  31 may - 7 iyul 

I  Dövlət  Dumasının  fəaliyyət  göstərməsi.  I  Dövlət  Dumasına    Azərbaycandan 

Əlimərdan  bəy  Topçubaşov, 

İsmayıl  xan  Ziyadxanlı,  Məmmədtağı  Əliyev,  Əsədulla  bəy  Muradxanov  və  Əbdürrəhim  bəy  Haqverdiyev

 

deputat  seçilmişdir.  Dumada  Rusiya  müsəlmanlarından  seçilən  deputatlar  Ə.M.Topçubaşovun  rəhbərliyi  ilə  



Müsəlman  fraksiyasında    birləşdi.  Fraksiyanın  7 nəfərdən  ibarət  bürosunun    tərkibinə   M.Ə.  Topçubaşov  və 

İ.Ziyadxanlı da daxil edildi 



1906  avqust 

Nijni-Novqorodda    III  Ümumrusiya  müsəlmanlarının  qurultayının  keçirilməsi.  Qurultayıda  “Müsəlman  

ittifaqı”na        rəhbərlik      etmək  üçün    daimi    yeri    Bakı    olan    Mərkəzi    Komitə  yaradıldı,  türklər    yaşayan 

bölgələrdə   yeni  tipli  məktəblərin  yaradılması, ibtidai  icbari  təhsilə  keçirilməsi və təhsilin  ana  dilində  

aparılması, rus  dilində  təhsil  alan  müsəlman  gənclərə  ana  dili  və  şəriət  təliminin  verilməsi, mədrəsələrin  

yenidən   təşkili,  milli  kadrlar   hazırlamaq  üçün  Bakıda,    Kazanda    və    Baxçasarayda    pedaqoji    institutların  

açılması qeyd edildi 

1906  iyun 

Sultan  bəy    və    İbrahim  bəy    tərəfindən  Andronikin  başçılığı  ilə  ermənilərin  Qarabağa  qırğın  törətməsinin 

qarşısının alınması 

1906   oktyabr 

“İrşad” qəzetində  “Difai” (Müdafiə) Partiyasının proqramının dərc olunması 



1906  

“Nəşri  maarif”  və “Nicat”   cəmiyyətlərinin yaradılması 



1906  

Ləki  çiyid yağı  zavodu əsasında  “Qafqaz yağ zavodu” səhmdar  cəmiyyətinin təsis edilməsi 



1906   avqust 

Azərbaycan müəllimlərinin I  qurultayının keçirilməsi. Azərbaycan müəllimlərinin I  qurultayında  yeni   tipli   

məktəblərin   yaradılması, icbari  ibtidai  təhsilə   keçilməsi və təhsilin  ana   dilində   aparılması  haqqında   

təkliflər  qəbul  edildi 



1906 sonu-1907 əvvəlləri 

II Dövlət Dumasına seçkilər keçirilməsi. II Dövlət Dumasına  Azərbaycandan 

Fətəli xan Xoyski, Məmmədtağı 

Şaxtantiski,  Xəlil  bəy  Xasməmmədov,  İsmayıl  Tağıyev,  Mustafa  Mahmudov  və  Zeynal  Zeynalov

  deputat 

seçildilər. Lakin onlardan II Dumaya deputat seçilən H.Z.Tağıyevin oğlu İsmayıl Tağıyev Dumaya getmədi 



1907  20 fevral 

II  Dövlət  Dumasının  ilk  iclasına  başlaması.  Dumaya    seçilmiş    müsəlman    deputatlar  yenə  də  öz  fraksiyasını  

yaratdılar.  Müsəlman  fraksiyasının    Bürosuna  azərbaycanlı  deputatlardan  F.Xoyski    və    X.Xasməmmədov  

daxil    edildi.  İ.Ziyadxanlı  II  Dumada  çıxış  edərək  müstəmləkəçilərin  xalqımızın  başına  gətirdiyi  müsibətləri  

çoxsaylı    və  tutarlı    dəlillərlə  ifşa  etdi.  Hər  iki  Dumada    Müsəlman  fraksiyasının  proqramı  hazırlandı.  II 

Dümadakı  proqramı  təcrübəli hüquqşünas Ə. Tobçubaşov hazırlamışdı. Müsəlman  fraksiyasının proqramında 

türk xalqlarının bütün sosial-iqtisadi, siyasi və mədəni problemləri öz əksini tapmışdı 

1907  3 iyun 

 II  Dövlət  Dumasının    buraxılması.  II  Dumanın  buraxılmasının  səbəbi    onun  tərkibinin  mütləqiyyəti  qane 

etməməsi  idi.  II  Dumanın  buraxıldığı  gündə  III  Dumaya  seçkilər  keçirilməsi    haqqında    qanun  qəbul  edildi. 

Yeni seçki  qanunu  son dərəcə  mürtəce  və müstəmləkəçi  səciyyə  daşıyırdı. III Dumaya seçkilər keçirilən 

zaman Qafqaz, Mərkəzi  Asiya  və Sibir  xalqları  siyasi cəhətdən  qeyri- yetkin  xalqlar hesab edildiyi üçün 

seçki    hüququndan  mərhum  edildilər.  Cənubi  Qafqaz  müsəlmanlarından  III  Dumaya  yalnız 

Xəlil  bəy 

Xasməmmədov

  seçildi 



1907  may 

“Müdafiə” təşkilatının yaradılması. Partiyanın rəhbəri  İsmayıl xan Ziyadxanlı olmuşdur.   Təşkilatın ətrafında 

əhalinin imtiyazlı təbəqələri olan bəylər,  mülkədarlar və ziyalılar birləşmişdilər. Təşkilatın  fəaliyyəti ölkənin 

qərb bölgələrini və Tiflis quberniyasının azərbaycanlılar yaşayan  ərazilərini  əhatə  edirdi 



1907  

“İttifaq”  təşkilatının yaradılması. Qurucuları Şərifzadə və  Cuvarlinski olan partiyanın yaradılmasında məqsəd 

müəslmanları   erməni –rus silahlı  birləşmələrinin   soyqırımından qorumaq idi 

1907  

Rusiyada yeddi  mis  zavodunun  ittifaqı olan - “Mis” sindikatının  yaradılması 



1907 

Ağdaş,  Qazax  qəzasının  Salahlı  kəndində,  Ağdamda,  Balaxanıda,  Qaryagin  qəzasının  Qarğabazar  kəndində, 

Şuşa və Şamaxıda qız məktəbləri açılması 

1907-1911 

 

“Arı” və “Bəhlul” jurnallarının nəşr olunması 



1908  12 yanvar 

Ü.Hacıbəyovun “Leyli  və  Məcnun”  operasının  ilk  dəfə  tamaşaya  qoyulması 



1908  

M.H.Hacınskinin  Bakı şəhər  İdarəsində tikinti  şöbəsinə  rəhbərlik etməsi 



1908 

 

 



M.Ə.Rəsulzadənin İrana,  sonra da  İstanbula  getməyə  məcbur  olması 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə