İBTİDAİ İcma quruluşU


   Kiyev quberniyasından  Quba  qəzasına   iki min kəndli  köçürülməsi  1909



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə42/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   38   39   40   41   42   43   44   45   ...   61

1909  

Kiyev quberniyasından  Quba  qəzasına   iki min kəndli  köçürülməsi 



1909 

Rusiya sənayesində canlanma başlaması 



1909-1910 

 

M.H.Hacınski tərəfindən  Bakıda Dənizkənarı  bulvarın  salınması 



1909-1916 

Sidqi    Ruhulla    və    Abbas    Mirzə    Şərifzadənin        rəhbərliyi      ilə    Bakı    teatr    truppalarının          Təbrizdə   

tamaşalar  verməsi 

1910   may 

Vorontsov-Daskovun “Qeydlər”inin canişin idarəsi  tərəfindən  bəyənilməsi 



1910 

Qafur  Rəşad  Mirzəzadənin  “Qafqaz  coğrafiyası” əsərini yazması 



1910-1911 

Bakıda  bir  sıra  pərakəndə  tətillər baş verməsi 



1911 mart 

 

Vorontsov-Daşkovun “Qeydlər”inin Nazirlər Şurası tərəfindən təsdiq edilməsi 



1911 

Bakı-Quba-Xaçmaz   telefon xəttinin işə  salınması 



1911 

“Müsavat”  (“Bərabərlik”)  Partiyasının  yadadılması.  Partiyanın  yaradıcıları  Abbasqulu    Kazımzadə,  Tağı  

Nağıyev  və  Məmmədəli  Rəsulzadə  olmuşdur.  Partiyanın  Kiyev  Universitetindəki  şöbəsi  isə 

Y.V.Çəmənzəmənlinin rəhbərliyi ilə yaradılmışdı 



1911 sentiyabr 

Vorontsov-Daşkovun “Qeydlər”inin III Dövlət Dumasına təqdim olunaraq müzakirə olunması. Dövlət Duması 

qanun layihəsini təsdiq etdikdən sonra Dövlət şurasına göndərdi 

1911-1912 

Lənkəran qəzasının Ərus və Butasər kəndlərinin mülkədara qarşı çıxışlarının  baş verməsi 



1912 

“Müsavat”  partiyasının    proqramının  nəşr  olunması.  Partiyanın  proqramında  müsəlmanların  birliyi  və 

tərəqqisinə  çalışan  partiyalarla  əlaqə  yaratmağa  çalışılır,  müsəlman  xalqlarını  birliyinə,  müstəqilliyi  və 

dövlətçiliyin bərpasına maddi-mənəvi kömək göstərmək vəd olunurdu 



1912  

İlk  azərbaycanlı  aktrisa Ş.Məmmədovanın  səhnə fəaliyyətinə   başlaması 



1912 

Məktəb “Əsasnaməsi”nə əsasən Azərbaycanda şəhər məktəblərinin ali birsinifli məktəblərə çevirilməsi 



1912  4 aprel 

Sibirdə Lena mədənlərində  fəhlələrin dinc nümayişinin gülləbaran edilməsinin Azərbaycanda tətil hərakatının 

yüksəlişinə  təkan verməsi 

1912  7 may 

Nuxanın  ipək sənayesi fəhlələrinin tətilə başlaması 



1912  15 may 

Nuxanın    ipək  sənayesi  fəhlələri  ilə  sahibkarlar  arasında  müştərək  müqavilə    bağlanması.  Müştərək 

müqavilənin şərtlərinə əsasən fəhlələrin iş günü qısaldıldı və əmək haqqı isə qismən artırıldı 

1912 sentyabr-oktyabr 

Azərbaycanda  IV  Dövlət  Dumasına    deputat  seçkiləri    keçirilməsi.  IV  Dövlət  Dumasına    bBütün  Cənubi 

Qafqaz müsəlmanlarından yeganə deputat 

Məmmədyusif Cəfərov

  seçildi 

1912 

H.Z.Tağıyevin Xəzərin Yalama-Dəvəçi hissəsində və Dağıstanda 30 balıq vətəgəsi icarəyə götürməsi 



1912 

Bakı və Tiflis şəhərləri arasında birbaşa telefon xəttinin çəkilməsi 



1912 

Bakı və Gəncə quberniyasında  rus kəndlərinin salınması 



1912  20 dekabr 

“Cənubi Qafqaz quberniyalarında  toraqların məcburi    surətdə  satın  alınması  haqqında”   qanun verilməsi. 

Qanuna əsasən sahibkar  kəndliləri  1913-cü  il  yanvarın 1-dən  mükəlləfiyyət  daşımaqdan azad   olunurdu, 

kəndli  xüsusi mülkiyyəti  elan edilmiş pay  torpağını  məcburi  şəkildə  satın almalı, lakin çəmən,  otlaq  və  

meşə sahələrini  satın  ala  bilməz, həmin  yerlərdən   əvvəllərdə  olduğu  kimi,  torpaq  sahibinin  razılığı  ilə   

istifadə  edə  bilərdi, su arxları  mülkədarların  xüsusi   mülkiyyətində  qalırdı, mülkədarlar torpaqdan  istifadə  

haqqını    dövlət    xəzinəsindən  almalı  idi,  dövlət    xəzinəsi  isə  torpaq  pulunu  20  il    ərzində      kəndlilərdən  

toplanmalı  idi, kəndlilər  malcəhət  və bəhrə əvəzində  pul ödəyirdilər, əkinçilik  üçü yararsız olan torpaqlar 

kəndlilərin      mülkiyyətinə    pulsuz    keçirdi,  pay    torpaqlarında        salınmış      bağ    yerləri    əvəzində    pul 

ödənilmirdi 



1912 

“Oyl” inhisar birliyinin yaradılması 



1912 

Mirzə  Rəhimin  “Tarixi –cədidi –Qarabağ”  (“Qarabağın  yeni  tarixi”)  adlı   əsərini  yazması 



1913 

M.Ə.Rəsulzadənin vətənə qayıdaraq “Müsavat” partiyasının  ideya istiqamətini  tamamilə yeniləşdirməsi 



1913 

“Müsavat” partiyasının leqal fəaliyyətini  müvəqqəti  olaraq  dayandırması. Balkan müharibələri dövründə türk 

xalqlarına müraciət edərək Osmanlı  imperiyasına   yardım göstərəmək haqqında partiyanın yaydığı  bəyanata 

görə  təqiblər başlandı və nəticədə  partiya leqal fəaliyyətini  müvəqqəti  olaraq  dayandırmağa  məcbur oldu 



1913  7 iyul 

Dağıstan və Zaqatala dairəsində   feodal-asılı münasibətlərin   ləğv  olunması  haqqında  layihəninin  qəbul  

edilməsi.    Qanuna  əsasən  ləğv  edilmiş  mükəlləfiyyətlər    əvəzində      bəylərə    və  keşkəl    torpaq    sahiblərinə  

birdəfəlik mükafat  olaraq 284 min manat  verildi, kəndlilərin əvəzinə dövlətin sahibkarlara verdiyi bu borcu 

kəndlilər  iyirmi  il  ərzində    xəzinəyə    qaytarmalı  idildər.  1912-1913-cü  illər  aqrar  qanunlarının  əhəmiyyəti 

ondan  ibarət  idi  ki,  kənddə  ictimai  təbəqələşməni  və  kapitalist  münasibətlərinin  inkişafını  sürətləndi.  1912-

1913-cü illərin aqrar qanunları nəticəsində sahibkr kəndliləri pay  torpaqlarının xüsusi mülkiyyətçisinə çevirdi 

və  “müvəqqəti  mükəlləfiyyətli”  münasibətlərdən  tədricən  azad  etdi.  1912-1913-cü  illərin  aqrar  qanunlarının 

məhdud cəhəti isə ondan ibarət idi ki, islahat nəticəsində sahibkar kəndliləri uzun müddətə dövlət xəzinəsinin 

borclusuna  çevrildilər.  1912-ci  il  qanunu  1870-ci  il  kəndli  islahatından  fərqli  olaraq  kəndlilər  bütün 

mükəlləfiyyətlərdən  azad  edildilər,  dövlət  kəndliyə  maliyyə  yardımı  göstərdi,  torpağın  kəndliyə  satılması 

məcburi idi  



1913 

Dağıstan və Zaqatala dairəsində   feodal-asılı münasibətlərinin   ləğv  olunması 



1914 

Gəncədə ilk müəllimlər seminariyasının açılması 



1914 

Ə.Əzimzadə tərəfindən M.Ə.Sabirin  “Hophopnamə” əsərinə  illüstrasiyalar   çəkilməsi 



1914 

“Müsəlman  artistləri  cəmiyyəti”nin təşkil edilməsi 



1914 

Cahangir Zeynalovun “Şəfa” cəmiyyətinin nəzdindəki teatr truppasının rəhbəri olması 



1914-1915 

Y.Əliyev və  F.Ağazadənin  Avropa ölkələrinə  həsr   edilmiş   coğrafiya əsərinin çap  olunması 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə