1917 1 may
Moskvada Ümumrusiya müsəlmanlarının qurultayının keçirilməsi. Qurultayın gündəliyinə milli-ərazi
muxtariyyəti, maarifi və mədəniyyət, Müəssisələr Məclisi torpaq, əsgəri qurumlar yaratmaq və.s məsələlər
daxil edilmişdi. Qurultayda Ə.Səlikovun məruzəsində Rusiyanın unitar dövlət kimi qorunub saxlanılması, milli
azlıqlara, o cümlədən türk xalqlarına yalnız mədəni muxtariyyət ifadə olunurdu. M.Ə.Rəsulzadə isə milli-ərazi
muxtariyyəti təklifinin irəli sürürdü. Səsvermədə M.Ə.Rəsulzadənin irəli sürdüyü ərazi muxtariyəti təklifi
böyük səs çoxlugu ilə qəbul edildi. Qurultayda Ə.M.Topçubaşov çıxışında Bakıda, İrəvanda, Qarsda və Cənubi
Qafqazın digər yerlərində ermənilərin ruslarla gizli ittifaqa girərək müsəlmanların yenidən kütləvi qırgınına
hazırlaşdıqlarını qeyd etdi. Bu fikir qurultay nümayəndələrinin böyük narahatçılıgına səbəb oldu. Bu barədə
Müvəqqəti hökümətə məlumat vermək üçün mayın 9-da Ə.M.Topçubaşovun rəhbərliyi ilə Peterburqa
nümayəndə heyəti göndərildi. Rusiya müsəlmanlarının növbəti qurultayı həmin ilin avqust ayında Kazanda
çağırmaq qərara alındı. Lakin imperiyadakı siyasi qeyri-sabitlik nəzərdə tutulan növbəti qurultayı keçirməyə
imkan vermədi
1917 iyun
“Türk Ədəmi Mərkəziyyət Federalistlər partiyası”nın (TƏMP) yaradılması. Partiyanın yaradıcıları
N.Yusifbəyli, Ş.Rüstəmbəyov və H.Ağayev olmuşdur. Partiya “Müsavat” partiyası kimi Rusiyanın federativ,
demokratik respublika şəklində qurulmasına və onun tərkibində Azərbaycana ərazi müxtariyyəti verilməsinə
tərəfdar olduğunu bəyan etdi. Federalistlər partiyasının fikrincə, Rusiyada yaşayan türk xalqları vahid
federasiyada birləşməli və öz hüquqlarını müdafiə etməlidirlər
1917 iyun
“Müsavat” partiyası ilə TƏMP-nın birləşərək “Türk Federalist Müsavat partiyası” adlanması. Rusiyada burjua
respublikası çərçivəsində müsəlmanlara mədəni-milli muxtariyyət verilməsini tələb edən tatar burjuaziyasından
fərqli olaraq, federalistlər Rusiyada federativ burjua respublikası daxilində ərazi muxtariyyətinin tərəfdarı idilər.
Bu ideyanı Azərbaycan Milli sənaye burjuaziyası nümayəndələri müdafiə edirdilər
1917 26 oktyabr
Müsavat” partiyasının I qurultayının keçirilməsi. Qurultayda M.Ə.Rəsulzadə “müstəqil Azərbaycan dövlətinin
yaradılacağını və bu yeni dövlətin müstəqil dövlətlərdən biri olacağını” söylədi
1917 31 oktyabr
Bakı Sovetinin şəhərdə hakimiyyəti öz əlinə alması haqqında qətnamə qəbul etməsi
1917 2 noyabr
Bolşeviklərin Bakı Sovetinin konfransını çağırması. Konfransda bolşeviklər Bakıda Sovet hakimiyyətini elan
etdilər, Stepan Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi
1917
N.Nərimanovun “Hümmət” partiyasının sədri seçilməsi
1917 XI. 15-1918.II
Zaqafqaziya (Cənubi Qafqaz) Komissarlığının fəaliyyəti dövrü. Komissarlıqda Cənubi Qafqazın hər üç milləti
(gürcü, azərbaycan və ermənilər) təmsil olunmuşdu. Komissarlığın sədri gürcü menşevik Y.P. Gegeçkori idi.
Zaqafqaziya komissarlığının Xüsusi Cənubi Qafqaz (Zaqafqaziya) Komitəsi kimi Rusiyada yaranmış sovet
hakimiyyətini tanımayaraq ona qarşı mübarizə apardı və özünü “müstəqil Zaqafqaziya hökuməti” elan etdi.
Zaqafqaziya Komissarlığının dörd ayadək fəalyyəti dövründə bölgədə sabitlik yarada bilmədi və dağıldı.
Komissarlığın fəaliyyəti dövründə onun hakimiyyəti bütün Cənubi Qafqazı əhatə etsədə yalnız Bakı şəhəri
qrumun səlahiyyətlərindən kənarda qaldı. Zaqafqaziya Seymində üç əsas fraksiya - menşevik, müsavat və
daşnak fraksiyaları var idi. Burada çoxluq müsəlman partiyaları blokuna məxsus idi. Seymdə Azərbaycan
fraksiyasının rəhbəri M.Ə.Rəsulzadə idi. Zaqafqaziya Seymi də öz fəaliyyətinə Osmanlı dövləti ilə sülh
danışıqlarının müzakirəsi ilə başladı
1917 5 dekabr
Ərzincan sazişi. Zaqafqaziya Komisarlığı ilə Osmanlı dövləti arasında imzalanan bu sazişə əsasən rus qoşunları
Qafqaz cəbhəsindən geri çəkildi
1917 dekabr
V.Lenin tərəfindən S.Şaumyanın Cənubi Qafqazın fövqaladə komissarı təyin edilməsi
1918 yanvar
Şəmkir hadisələrinin baş verməsi
1918 yanvar
Müsəlman korpusunun komandanı general Talşınskinin bolşeviklər tərəfindən həbs edilməsi
1918 III.10-V.27
Zaqafqaziya Seyminin fəaliyyəti dövrü
1918 3 mart
Sovet Rusiyası ilə Almaniya arasında Brest-Litovsk sülh müqaviləsi imzalanması. Müqavilənin şərtlərinə
əsasən Rusiya Birinci Dünya müharibəsindən çıxdı, 1877-87-ci illər Rusiya-Osmanlı müharibəsinə qədərki
sərhəd xətti bərpa edildi, Qars, Ərdahan və Batum vilayətləri Osmanlı imperiyasına verildi, rus qoşunları
osmanlı ərazilərində və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərk-silah etməyi öhdəliyinə götürdü.
Brest-Litovsk sülh müqaviləsi ermənilərin “Türkiyə Ermənistanı” planlarını alt-üst etdi
1918 14 mart
Zaqafqaziya Seymi ilə Osmanlı dövləti arasında Trabzon konfransının keçirilməsi. Konfransda Cənubi Qafqaz
nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz etdi. Osmanlı tərəfi isə
Cənubi Qafqazın öz müstəqilliyini elan etməyincə, həmin etirazı əsassız hesab etdi. Seym 13 aprel tarixli
iclasında Osmanlı dövləti ilə müharibə haqqında qərar qəbul etdi. Bununlada Trabzon konfransı öz işini
dayandırdı. Bu müharibə cəmi səkkiz gün davam etdi. Osmanlı qoşunları aprelin 15-də Batumu tutdu.
Zaqafqaziya Seyminin Osmanlı dövləti ilə sülh danışıqları nəticəsində Zaqafqaziya Seymi Brest-Litovsk sülh
müqaviləsinin şərtlərini qəbul etdi və Cənubi Qafqaz müstəqil federativ respublika elan edildi
1918 24 mart
Bolşevik və daşnaklar tərəfindən “Evelina” gəmisinin tərk-silah edilməsi
1918 30 mart
Mart soyqırımına rəhbərlik etmək üçün Bakı Sovetinin İnqilabi Müdafiə Komitəsi yaratması
1918 30.III-2.IV
Bakıda azərbaycanlılara qarşı soyqırım həyata keçirilməsi.
M
art soyqırımı nəticəsində Bakıda 12 mindən çox
azərbaycanlı öldürüldü, “Kaspi” mətbəəsi, “Açıq söz” qəzetinin redaksiyası, “İsmailliyə” binası yandırıldı,
“Təzə pir” məscidinin minarələri isə dağıdıldı
1918 mart-sentyabr
Bakı sovetinin təşkilatçılığı ilə ermənilərin bütün Azərbaycanda soyqırım həyata keçirməsi.
M
art soyqırımı
zamanı 50 minə qədər azərbaycanlı öldürüldü. Soyqırım Bakı Sovetinin antiazərbaycan siyasətini xalq nümaiş
etdirdi, Bakıda bolşeviklər müvəqqəti üstünlük əldə etdilər, Azərbaycanda sovetləşmə ideyasına güclü zərbə