İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə48/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

da şamil edilməsi, Azərbaycan nümayəndələrinin sülh konfransına buraxılması və Millətlər Cəmiyyətinə qəbul 

edilməsi,  ABŞ-ın  hərbi  departamentliyinin  Azərbaycana  hərbi  yardım  göstərsi,  ABŞ-la  Azərbaycan  arasında 

diplomatik  münasibətlər  yaradılması  və.s  tələblər  irəli  sürülmüşdü.  Danışıqlar  zamanı  yerli  şəraiti  öyrənmək 

üçün Cənubi Qafqaza ABŞ-ın xüsusi nümayəndəsinin göndərilməsi məqsədəuyğun hesab edildi 



1919  may 

AXC hökumətinin Arbitraj yaratması 



1919  11 iyun 

Azərbaycanda “Əksinqilab ilə Mübarizə Təşkilatı”nın yaradılması 



1919  16 iyun 

Azərbaycanla  Gürcüstan  arasında  hərbi-müdafiə  müqaviləsi  bağlanması.  Denikin  təcavüzünə  qarşı  səyləri 

birləşdirmək müqavilənin məzmununu təşkil edirdi. Həmçinin Gürcüstanda Azərbaycan  səfirliyi yaradıldı və 

Zaqatala dairəsi ətrafında ərazi mübahisəsi dinc yolla həll edildi

 

1919  25 iyul 

 

Naxçıvan bölgəsindəki “erməni idarəçiliyi”nin iflasa uğraması 



1919  avqust 

Bölgənin erməni əhalisinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması barədə qərar qəbul etməsi 



1919  avqust 

Qondarma “Muğan Sovet Respublikası”nın ləğv olunması 



1919  yayı 

ABŞ və Ermənistanın Naxçıvana  dair planlarının baş tutmaması 



1919  yayı 

“Azərbaycan  Xəzər Donanması”nın yaradılması 



1919  yayı 

AXC hökumətinin neft ixracı ilə əlaqədar xarici şirkətlərlə ticarət müqavilələri bağlaması 



1919  1 sentyabr 

Azərbaycan  parlamentinin Bakı şəhərində Universitet açmaq haqqında qanun qəbul etməsi 



1919  sentyabr 

Azərbaycanlı gənclərin dövlət hesabına Osmanlı, Fransa, İtaliya, Rusiya və Böyük Britaniya dövlətlərinin ali 

məktəblərində təhsil almağa göndərilməsi 

1919  sentyabr 

Dövlət Bankının açılması 



1919  9 noyabr 

AXC-in qırmızı bayrağının üçrəngli bayraqla əvəz edilməsi 



1919  15 noyabr 

Bakı Universitetinin 2 fakultə ilə (tarix-filologiya və tibb) fəaliyyətə başlaması 



1919  payızı 

Azərbaycanın bütün qəzalarında Azərbaycan  (türk) dilində axşam kursları təşkil edilməsi 



1919  dekabr 

“Müsəlman Şərqini öyrənən cəmiyyət”in yaradılması 



1919  7 dekabr 

“İstiqlal” muzeyinin açılması 



1919 

Azərbaycanda ilk rəssamlıq studiyasının yaradılması 



1919.XII.24-1920.IV.30 

N.Yusifbəylinin rəhbərliyi ilə V Hökumət kabinetinin fəaliyyət göstərməsi  



1920  əvvəlləri 

Maarif Nazirliyi nəzdində Arxeologiya şöbəsi yaradılması 



1920   2 yanvar 

RSFSR Xalq Xarici İşlər komissarı G.V.Çiçerinin  Azərbaycan  hökumətinə ilk nota göndərməsi 



1920  11 yanvar 

Böyük  Britaniyanın  Xarici  İşlər  Naziri  Lord  Kerzonun  təklifi  ilə  “Antanta”nın  Ali  Şurasının  AXC-in 

müstəqilliyini de-fakto tanıması və AXC-in faktiki olaraq dünya birliyinin üzvünə çevirilməsi 

1920  23 yanvar 

G.V.Çiçerinin Azərbaycan hökumətinə ikinci dəfə nota göndərməsi 



1920  fevral 

AK(b)P-nın yaradılması və Rusiyanın Azərbaycanda “beşinci kolon”u yaratmağa nail olması  



1920  17 mart 

V.İ.Leninin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərməsi 



1920  mart 

AXC  hökumətinin  Əmək  Nazirliyinin  aqrar  islahat  haqqında  qanun  layihəsi  hazırlaması.  Qanun  layihəsinə 

əsasən  kənd  əhalisinə  7  desyatindən  50  desyatinədək,  şəhər  əhalisinə  1  desyatindən  12  desyatinədək  torpaq 

verilməsi nəzərdə tutulurdu. Lakin parlamentdə əksər yerlər burjuaziya və mülkədarların əlində olduğu üçün 

AXC hökuməti aqrar məsələni həll edə bilmədi və aqrar məsələ yarımçıq qaldı 

1920  21 mart 

AXC hökuməti ilə  İran arasında Dostluq haqqında müqaqavilə imzalanması. Müqaviləyə əsasən İran AXC-nin 

müstəqilliyini tanıdı, Təbrizdə baş konsulluq, Tehranda isə Azərbaycan səfirliyi açıldı 

1920  

22 mart

 

Dağlıq  Qarabağda  erməni  qiyamı  baş  verməsi  və  daşnak  dəstələrinin  Azərbaycan    ordusunun  Xankəndi 

şəhərində yerləşən qarnizonu üzərinə hücum etməsi 

1920  30 mart 

N.Yusifbəylinin  başçılıq  etdiyi  beşinci  hökumət  kabinetinin  istefa  verməsi  və  yeni  –  altıncı  hökumətin 

təşkilinin M.H.Hacınskiyə tapşırılması 

1920  22 aprel  

M.H.Hacınskinin yeni hökumət təşkil etməkdən imtina etməsi 



1920  25 aprel 

IX Qırmızı ordu hissələrinin Azərbaycan  sərhəddini keçməsi 



1920  27 aprel 

AK(b)P-in hakimiyyəti bolşeviklərə təhvil verilməsi haqqında AXC parlamentinə ultimatum göndərməsi. AXC 

parlamentinin sonuncu iclasının keçirilməsi 

1920  28 aprel 

Aprel  istilası  (çevrilişi).  Aprel  çevrilişi  nəticəsində  AXC  süqut  etdi,  Azərbaycanda  bolşeviklər    hakimiyyətə 

gəldi, bütün hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinə keçdi və Azərbaycan SSRİ Xalq Komissarları Soveti  

təşkil olundu 

 

 

 



CƏNUBİ AZƏRBAYCANDA MİLLİ AZADLIQ HƏRƏKATI (1917-1920) 

 

1917-1920 

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı baş verməsi. Hərəkata Şeyx Məhəmməd Xiyabani  rəhbərlik edirdi 



1917  avqust 

Təbrizdə  İDP  Azərbaycan    Əyalət    Komitəsinin  konfransının  keçirilməsi.  Konfransda  müstəqil  Azərbaycan  

Demokrat  Firqəsi (ADF)  yaradıldı, Şeyx Məhəmməd  Xiyabaninin başçılığı ilə ADF-nin  Mərkəzi  Komitəsi  

seçildi, demokratlarəhalini xarici işğalçıların ölkədən qovulmasına çağırdılar 



1917  payız 

Təbriz,  Ərdəbil,  Xoy,  Urmiya,  Sərab  və  Zəncan  şəhərlərində  hökumət  əleyhinə  mitinqlər  keçirilməsi. 

Mitinqlərdə  əhali    Böyük  Britaniyanın  əlində  oyuncağa    çevriliş      hökumətin  istefa  verməsini  və  İranda 

demokratik hökumətin təşkil olunmasını tələb edirdilər 



1917  sonları 

Vüsuqddövlə hökumətinin  istefa verməsi 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə