1920 15 may
Bolşeviklər tərəfindən vicdan azadlığı elan olunması, hər cür dini ayinlərin icra olunmasının qadağan edilməsi.
Dinin dövlətdən və məktəbdən ayrılması
1920 24 may
Bolşeviklər tərəfindən neft sənayesinin milliləşdirilməsi və “Azneft”in yaradılması. Azərbaycan neftinin Sovet
Rusiyasının ixtiyarına keçməsi
1920 may
Azərbaycanda bolşevik hakimiyyətinə qarşı müqavimət hərəkatı baş verməsi. Müqavimət hərəkatının səbəbi
kommunist məmurlarının özbaşınalığı və xalqın sovet rejimindən narazılığı idi. Bu hərəkat dövlətə vergiləri
verməkdən imtina etmək, XI Qırmızı ordu hissələrini ərzaqla təchiz etməmək, adamların qaçaqçılığa
qoşulması, silahlı üsyanlar etmək və.s formada təzahür edirdi
1920 25 may
Gəncədə sovet rejiminə qarşı ilk və ən güclü silahlı üsyan baş verməsi.
Ü
syanın əsas qüvvəsini Azərbaycan
Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar,
polkovnik Cahangir bəy Kazımbəyov və.b ibarət Hərbi Şura rəhbərlik edirdi. Lakin üsyan qəddarlıqla yatırıldı.
Gəncə üsyanın məşğub olmasının səbəbi qüvvələrin qeyri-bərabərliyi və Gəncənin erməni əlalisinin XI qırmızı
orduya kömək etməsi idi
1920 6 iyun
Zaqatalada sovet rejiminə qarşı M.Hafiz və Əhmədəliyevin baçılığı ilə üsyan baş verməsi. Gəncə və Qrabağ
üsyanlarından fərqli olaraq bu üsyanın əsas qüvvəsi hərbiçilər deyil, dinc əhalidən ibarət dəstələr təşkil edirdi.
Zaqatala şəhəri tutulandan sonra hərbçilər də üsyançılara qoşuldular. Zaqatala üsyanı da amansızlıqla yatrıldı
və üsyançıların sağ qalan hissəsi Gürcüstanda sığınacaq tapmalı oldular
1920 iyun
Qarabağda sovet rejiminə qarşı Nuru Paşanın baçılığı ilə üsyan baş verməsi. Üsyanın başlıca qüvvəsini
Azərbaycan Milli Ordusunun Qarabağda yerləşən hissələri, Şəki, Cavanşir, Ağdam süvari və Bakı piyada
alyları, iki topçu diviziyası təşkil edirdi. XI Qırmızı ordu hissələri ilə üsyançılar arasında ilk hərbi toqquşma
Ehsan xan Naxçıvavanskinin komandanlıq etdiyi Şəki alayı arasında oldu. Bu döyüş nəticəsində Şəki süvari
alayının hərbi dəstəsi XI Qırmızı ordu hissələri tərəfindən məğlub edildi, E.Naxçıvavanski və bir qrup hərbiçi
ələ keçirilərək XI Qırmızı ordu qərərgahında güllələndi
1920 iyun
Bolşeviklərin Xəzər Ticarət Donanmasını, bankları və balıq sənayesini milliləşdirməsi
1920-1924
Lənkəran, Cavanşir, Ordubad, Şərur Qəbələ və Xaçmazda sovet rejiminə qarşı kütləvi çıxışlar baş verməsi
1920 iyul
XI Qırmızı ordu hissələrinin Naxçıvanı tutması
1920 avqust
Quba qəzasının Dəvəçi və Qusar dairələrində kəndli çıxışları baş verməsi
1920 avqust
Sovet Rusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlanması. Sazişin şərtlərinə əsasən Şərur-Dərələyəz
qeyd-şərtsiz Ermənistana verildi, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zəngəzur və Naxçıvan isə mübahisəli
ərazilər elan olundu
1920 26 avqust
Azərbaycan İnqilab Komitəsinin fərmanı ilə taxıl ticarətinin inhisara alınması
1920 yayı
Veysəl bəyin başçılığı ilə türk qoşunlarının Naxçıvanı nəzarət altına alması
1920 yayı
Şəmkir qəzasının Müskürlü kəndi ətrafında kəndlilərin silahlı dəstəsi ilə XI Qırmızı ordu hissələri arasında
toqquşmalar baş verməsi
1920 yayı
Azərbaycanda hərbi kommunizm siyasətinin tətbiq olunması. Hərbi kommunizm siyasətinə əsəsən taxıl
ticarəti inhisara alındı, Azərbayanda ərzaq sapalağı tətbiq olundu. Bütün artıq taxıl, yağ, yem, mal-qara
kəndlilərdən möhkəm qiybətlə alınmağa başladı
1920 sentyabr
Azərbayanda ərzaq sapalağının tətbiq olunması. Ərzaq sapalağına həyata keçirmək üçün Bakı fəhlələrindən
təşkil olunmuş ərzaq dəstləri kəndlərə göndərildi, ümumi icbari əmək tətbiq edildi, “işləməyən dişləməz”
prinsipi həyata keçirilməyə başlandı, ərzaq payı verilməsi – kartoçka sistemi yaradıldı. Azərbaycada tətbiq
olunan ərzaq sapalağı nəticəsində kəndlilərin vəziyyəti ağırlaşdı. Buna cavab olaraq hökumət Azərbaycanda
ərzaq siyasətini yumşaltmağa məcbur oldu və bütün bölgələrdə (Quba və Cavad qəzaları istisna olunmaqla)
taxıl tədarükünü dayandırdı
1920 sentyabr
Bolşeviklər tərəfindən kəndlərdə yoxsul komitələri yaradılması
1920 1-7 sentyabr
Bakıda Şərq xalqlarının birinci qurultayının keçirilməsi
1920 30 sentyabr
“RSFSR ilə Azərbaycan SSR arasında hərbi iqtisadi ittifaq haqqında” müqavilə bağlanması. Azərbaycanın
formal müstəqilliyinin ləğv olunmasında ilk addım atılması
1920 oktyabr
Naxçıvanı Ermənistana birləşdirmək məqsədilə Naxçıvanda fövqəladə komissarlıq yaradılması
1920 oktyabr
AK(b)P-nın ikinci qurultayının keçirilməsi
1920 29 noyabr
Ermənistanın sovetləşməsinin başa çatması
1920 dekabr
Gümrü (Aleksandropol) müqaviləsi. Türkiyə ilə Ermənistan arasında imzalanan müqavilənin şərtinə görə,
İrəvan bölgəsi və Göyçə gölü istisna olmaqla, bütün Ermənistan ərazisi təxminən 10 min km
2
hüdudlarında
müəyyənləşdirildi
1920
Rus Azad tənqid və təbliğ teatrının yarandılması
1921 17 may
“Bütün növ ərzaq inhisarının ləğv edilməsi haqqında” dekretlə ərzaq sapalağının ləğv olunması. Bu dekretlə,
ərzaq sapalağının ləğv olunması ilə Azərbayanda Yeni qtisadi siyasətə keçilməsi üçün ilk addım atıldı
1921
Azərbaycanda könüllü məhsul rüsumu olan – “çanaq” vergisinin tətbiq olunması
1921
Bolşeviklərin Azərbaycanda hərbi kommunizm siyasətindən imtina edərək YİS-ə keçməsi (1921-1925). Yeni
iqtisadi siyasət hakim mövqelərin dövlətin əlində olması şərtilə ərzaq vergisi tətbiq olunmasını, ticarət
azadlığına yol verilməsini, icarə sisteminin yaradılmasını, müştərək müəssisələrin qurulmasını, xarici
konsessiyaya yol verilməsini, kooperasiya, bank və kredit şəbəkəsinin yaradılmasını və s. iqtisadi tədbirlərin
tətbiq edilməsini nəzərdə tuturdu. Yeni iqtisadi siyasət əslində Rusiyanın kommunizmdən – kapitalizm
sisteminə geri qayırması demək idi