İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə47/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   43   44   45   46   47   48   49   50   ...   61

1918  27 iyun 

Bakı Sovetinin hərbi qüvvələri ilə “Qafqaz İslam Ordusu” arasında Göyçay istiqamətində döyüş baş verməsi. 

Göyçay istiqamətində gedən gərgin döyüşlər nəticəsində Bakı Sovetinin qoşunları ağır məhlubiyyətə uğrayaraq 

geri çəkilməyə məcbur oldu və onların Gəncəyə  hücumunun qarşısı alındı 



1918  11 iyul 

AXC hökuməti tərəfindən ölkədə hərbi səfərbərlik elan edilməsi 



1918  20 iyul 

Azərbaycan-Osmanlı hərbi qüvvələrinin Bakı XKS-nin nəzarətində olan Bakı istiqamətində hücuma keçməsi. 

Azərbaycan-Osmanlı hərbi qüvvələrinin Bakı istiqamətində hücuma keçməsi Bakı XKS-nin vəziyyətini xeyli 

ağırlaşdırdı 



1918  24 iyul 

Bakıda  keçirilən  mitinqlərdə  eser-menşevik-daşnak  liderlərinin  ingilislərin  Bakıya  dəvət  olunmasına  tərəfdar 

çıxması 

1918  25 iyul 

Bakı XKS-in fövqəladə iclas keçirməsi. İclasda ingilis qoşunlarının Bakıya dəvət olunması və yeni koalisiyalı 

hökumətin təşkili haqqında qətnamə qəbul edildi 

1918  31 iyul 

Bakı  XKS-in  süqut  etməsi.  Bakı  XKS-ni  süqutunun  səbəbi  onun  milli  dayağının  olmaması,  sosial  bazasının 

çox zəif olması, Aztiazərbaycan siyasəti yeritməsi, Rusiyanın müstəmləkəçilik siyasətinə xidmət edən siyasət 

yürütməsi, antidemokratik qondarma hökumət olması idi. Odur ki, zamanın tələbinə uyğun olaraq Bakı XKS-i 

süquta uğradı və onu Sentrakaspi diktaturası əvəz etdi 

1918  1 avqust 

Daşnak-sağ-eser-menşevik blokunun Bakıda “Sentrokaspi Diktaturası”nı yaratması 



1918  17 avqust 

İngilis generalı Denstervilinin başçılığı ilə ingilis qoşunlarının Bakıya gəlməsi 



1918  23 avqust  

Azərbaycan  vətəndaşlığı haqqında fərman imzalanması 



1918  27 avqust 

Sovet  Rusiyası  ilə  Almaniya  arasında  gizli  saziş  imzalanması.  Avqust  sazişinin  şərtlərinə  əsasən  Almaniya 

üçüncü  bir  dövlətin,  yəni  Osmanlı  imperiyasının  Bakıya  daxil  olmasına  mane  olmağa  çalışmalı,  Rusiya  isə 

bunun  qarşılığında  Bakı  neftinin  1/4  hissəsini  Almaniyaya  verməyi  öhdəsinə  götürdü.  Lakin,  beynəlxalq 

vəziyyətin Almaniyanın əleyhinə dəyişməsi, Osmanlı və Azərbaycan hökumətinin qəti mövqeyi Almaniyanın 

avqust sazişindən imtina etməyə məcbur etdi 



1918  28 avqust 

AXC hökuməti tərəfindən məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edilməsi 



1918   yayı 

Andronik Ozanyanın Zəngəzurda soyqırım həyata keçirməsi 



1918  14 sentyabr 

Müəssislər Məclisinin çağırılması üzrə hazırlıq işləri görmək məqsədi ilə komissiya yaradılması 



1918  15 sentyabr 

Nuru paşanın başçılığı ilə  Bakının Osmanlılar tərəfindən azad edilməsi 



1918  17 sentyabr 

AXC hökumətinin Gəncədən Bakıya köçürülməsi 



1918  sentyabr 

“Bakı bonu” adlı pul vahidinin dövriyyəyə buraxmaq barədə qərar qəbul edilməsi 



1918  5 oktyabr 

AXC hökumətinin Bakı XKS-in milliləşdirmə ilə əlaqədar verdiyi dekret və sərəncamları ləğv etməsi 



1918  30 oktyabr 

Mudros barışığı. Osmanlı ordusunun Azərbaycanı tərk etməyə başlaması 



1918 1 noyabr 

AXC  hökuməti  tərəfindən  hərbi  nazirlik  yaradılması  və  F.Xoyskinin  hərbi  nazir,  general  S.Mehmandarovun 

onun müavini təyin edilməsi 

1918  10 noyabr 

Osmanlı ordusunun Bakını tərk etməsi 



1918  16 noyabr 

“Azərbaycan    parlamentinin  yaradılması  haqqında”  qanun  qəbul  edilməsi.  Qanuna  əsasən  Təkpalatalı 

parlament  yaradılmalı  və  tərkibi  120  nəfərdən  ibarət  olmalı  idi.  Əhalinin  tərkibinə  uyğun  olaraq  80  yer 

azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. yəhudi, alman, gürcü, polyak xalqlarının hər 

biri  üçün  bir  yer,  həmkarlar  ittifaqlarfı  təşkilatları  üçün  5  yer  nəzərdə  tutulmuşdu.  Qanunla  Respublika 

ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ təsbit edildi 



1918  17 noyabr 

General  Tomsonun  başçılığı  ilə    ingilis  ordusunun  Azərbaycana  gəlməsi.  Tomson  Azərbaycan    hökumətini 

tanımayacağını  elan  etsə  də,  sonradan  onu  tanıdı  və  F.Xoyskinin  başçılıq  etdiyi  hökuməti  ölkədə  yeganə 

qanuni hökumət kimi qiymətləndirdi 



1918  noyabr – 1919 mart  Naxçıvanda  Araz-Türk  Respublikasının  mövcud  olması.  Araz-Türk  Respublikası  mövcud  olduğu  dövrdə 

bölgənin ermənilərin əlinə keçəmsinə imkan vermədi və AXC-nin ərazi bütövlüyünü təmin etdi 



1918  7 dekabr 

AXC parlamentinin yaradılması və Ə.Topçubaşovun  parlamentin ilk sədri seçilməsi 



1918  10 dekabr 

Neft Sənayeçiləri Qurultayı Şurası yanında neft və neft məhsullarının satışı üzrə Büro yaradılması 



1918  25 dekabr 

General  S.Mehmandarovun  AXC  hərbi  naziri,  general-leytenant  Əliağa  Şıxlinskinin  hərbi  nazirin  müavini, 

general Süleyman bəy Sulkeviçin baş qərargah rəisi təyin edilməsi 

1918.XII.26-1919.IV.14 

F.Xoyskinin rəhbərliyi ilə III Hökumət habinetinin fəaliyyət göstərməsi 



1918  28 dekabr 

AXC hökumətinin Paris sülh konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiq etməsi 



1919  8 yanvar 

Azərbaycan nümayəndə heyətinin İstanbul vasitəsi ilə Parisə yola düşməsi 



1919  yanvar 

Əmək Nazirliyinin fəaliyyətə başlaması 



1919  yanvar 

Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun ora qubernator təyin edilməsi 



1919  fevral 

Naxçıvan  general-qubernatorluğunun  yaradılması  və  Bəhram  xan  Naxçıvanskinin  ora  qubernator  təyin 

edilməsi 

1919.IV.14--XII.22 

N.Yusifbəylinin    rəhbərliyi  ilə  IV  Hökumətin  fəaliyyət  göstərməsi.  IV  Hökumət  kabinetinin  proqramında 

ərzaq, ticarət, maliyyə və nəqliyyatın inkişafı məsələlərinə xüsusi diqqət verildi 

1919  mart 

Bakıda Azərbaycan (türk) dilində ilk böyük kitabxana açılması 



1919  2 may 

Azərbaycan məsələsinin ABŞ, Fransa, İngiltərə və İtaliya dövlət başçılarının görüşündə müzakirə edilməsi 



1919  may 

Cənub bölgəsində qondarma “Muğan Sovet Respublikası”nın yaradılması 



1919  may-iyul 

Naxçıvan bölgəsində “erməni idarəçiliyi”nin mövcud olması 



1919  28 may 

ABŞ prezidenti Vudro Vilsonun Azərbaycan  nüməyəndə heyətini qəbul etməsi. Danışıqlar zamanı V.Vilsona 

təqdim edilən memorondumda Azərbaycanın  müstəqilliyinin tanınması,  Vilsonun prinsiplərinin  Azərbaycana 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə