1954
Abşeron RDES və Mingəçevir SES-in tikilib istifadəyə verilməsi.
1956
K(b)P-nın XX qurultayının keçirilməsi. Qurultayda “demokratiyanın dərinləşdirilməsi” üçün tədbirlər
müəyyən olundu, Stalinin yaxın adamları vəzifədən uzaqlaşdırıldı və sovet hökuməti totalitar rejimin
yumşaldılması üçün cəhdlər göstərdi.
1956 aprel
M.C.Bağırovun və onun əlaltılarının xalq düşməni kimi ölüm cəzasına məhkum edilməsi.
1956 14 fevral
Azərbaycan televiziyasının fəaliyyətə başlaması.
1956 may
Məhkəmə quruculuğu, mülki və cinayət məcəlləsinin qəbulunun Respublikanın ixtiyarına verilməsi.
1956 avqust
Azərbaycan SSRİ Ali Sovetinin sessiyasında Azərbaycan dili haqqında xüsusi qərar qəbul edilməsi.
1956
Rejissor H.Seyidzadə tərəfindən “O olmasın, bu olsun” filminin ekranlaşdırılması.
1957
Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi.
1958
Rejissor T.Tağızadə tərəfindən “Uzaq sahillərdə” filminin çəkilməsi.
1958
Bütün ermənilərin katalikosu II Vazgenin Bakıya səfər etməsi. II Vazgen Bakıya gələrkən Dağlıq Qarabağın
Ermənistana verilməsi, Bakıda erməni ruhani seminariyasının açılması və Bakıdakı erməni kilsəsindən hər
səhər zəng vurulması təklifləri ilə çıxış etdi. Lakin rədd cavabı aldı.
1958
Maşın Traktor Stansiyalarının (MTS-lərin) ləğv edilməsi.
1958-1966
Gəncə Alüminium, Mingəçevir kabel, Bakı poladəritmə, soyuducuları və şin zavodunun, Sumqayıt superfosfat
və kimya kombinatının tikilib istifadəyə verilməsi.
1959
Azərbaycan SSRİ-də icbari səkkizillik təhsilə keçilməsi.
1959
Şuşada Ü.Hacıbəyovun və Xızıda C.Cabbarlının ev muzeylərinin açılması.
1950-ci illər
Sovet Azərbaycanının repressiyaya məruz qalan yüzlərlə azərbaycanlıya bəraət verilməsi. İ.V.Stalinin
ölmündən sonra Sovet hökuməti pepressiyaya məruz qalmış azrəbaycanlılara bəraət verilsə də, lakin, minlərələ
siyasi dustağa və 20-30-cu illərdə xaricə mühacirət etməyə məcbur olanlara bərait verilmədi.
1950-1960-cı illər
Bakı ayaqqabı, gön-dəri, mebel fabriklərinin və Gəncə xalça–mahud kombinatının istifadəyə verilməsi.
1950-1960-cı illər
Bakıda Şəhriyar adına klubun, Hökumət evinin, Respublika stadionunun, Akademiya şəhərciyinin, Bakı hava
limanının və Dövlət sirkinin tikilib istifadəyə verilməsi.
1959-1969
Vəli Axundovun Azərbaycan K(b)P MK-nın birinci katibi işləməsi.
1961
Azərbaycanda Qaz emalı zavodunun işə salınması.
1961
Ölkədə pul islahatı keçirilməsi.
1962
“Milli Azərbaycan Qərargahı”adlı təşkilatın yaradılması.
1962
Bakı-Krasnovodsk gəmi-bərə yolunun istifadəyə verilməsi.
1962
“Kirpi” jurnalının nəşr olunmağa başlanması.
1964
H.Əliyevin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini seçilməsi.
1965
Uydurma “erməni soyqırımı”nın 50 illiyinin qeyd edilməsi.
1966
Ölkədə məcburi onillik təhsilə keçilməsi.
1967
H.Əliyevin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi.
1967
Yevlax-Bərdə-Ağdam dəmir yolunun işə düşməsi.
1967
Bakı metropoliteninin ilk 6 stansiyasının istifadəyə verilməsi.
1967
“Ulduz” jurnalının nəşr olunmağa başlanması.
1967
Xankəndində bir neçə nəfər azərbaycanlının qətlə yetirilməsi.
1969
“Qobustan” incəsənət toplusunun nəşr olunması.
1969 7 may
Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sərhəd rayonlarında 2 min hektardan çox Azərbaycan
torpağının Ermənistana verilməsi haqqında 5 may 1938-ci il qərarı təsdiq etməsi. Lakin H.Əliyevin
respublikada hakimiyyətə gəlməsi bu qərarın icrasına imkan vermədi.
1969 iyul
Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətə gəlməsi. H.Əliyev hakimiyyətə gələn kimi Respublikanın
soiasi-sosial-iqtisadi və mədəni həyatını dərindən təhlil etdi, ciddi nöqsanları göstərdi, nöqsanların aradan
qaldırılması yollarını müəyyənləşdirdi, ölkədə mənəvi-psixoloji iqlimin və əmək intizamının
möhkəmləndirilməsi zərurətini irəli sürdü, Respublikada idarəçiliyi gücləndirdi və milli dirçəliş siyasəti yeritdi,
kadrlara qarşı tələbkarlıq, tapşırılan iş üçün məsuliyyət artırıldı, rüşvətxorluğa və korrupsiyaya qarşı ciddi
mübarizəyə başlanıldı.
1969-1982
Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi işləməsi.
H.Əliyevin dövründə
təsərrüfatda mühüm
irəlləyişlər baş verdi, neft sənayesində tənəzzülü aradan qaldırmaq üçün tədbirlər həyata keçirildi, idarəçilik
sistemi təkmilləşdirildi, Azərbaycanın dünyada və SSRİ-də mövqeyi yüksəldi, milli və iqtisadi dirçəliş
başlandı, mədəniyyətin inkişafına qayğı artdı, 250-dən çox zavod, fabrik, tikildi, 630 min yeni iş yeri açıldı,
ermənilərin DQMV-nə iddialarının və onların açıx çıxışların qarşısı alındı.
1969 5 avqust
Heydər Əliyevin islahatlar platformasını irəli sürməsi.
1960 sonları
Əbülfəz Əliyevin rəhbəriliyi ilə ADU-nun bir qrup tələbəsinin gənclər arasında siyasi-təbliğat işi aparması.
Onlar Azərbaycan dilinin sıxışdırılmasını, kargüzarlıq işlərinin rus dilində aparılmasını, Azərbaycanın xammal
bazasına çevrilməsini və.b məsələləri pisləyirdi.
1970
Bakıda “Sovet Türkologiyası” jurnalının çap olunmağa başlanması.
1971
C.Naxçıvanski adına Respublika orta ixtisaslaşdırılmış internat məktəbinin açılması.
1971
Naxçıvan MSSR-də Araz SES-in tikilib istifadəyə verilməsi.
1971 sentyabr
Kür su kəmərinin işə salınması və Kür suyunun Bakıya gətirilməsi.
1973
Xankəndində Azərbaycan Pedoqoji İnstitutunun filialı əsasənda müstəqil pedoqoji institut açılması.