CƏNUBİ AZƏRBAYCAN II DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ
1941-1946
Cənubi Azərbaycanda demokratik və milli azadlıq hərəkatı baş verməsi. Bu dövrdə İranda və Cənubi
Azərbaycanda demokratik hərəkatın canlanmasına səbəb Rza şahın hərbi-polis rejiminin iflasa uğraması,
Şimali Azərbaycandan sovet qoşunlarının tərkibində Cənubi Azərbaycana göndərilmiş ziyalıların, mədəniyyət
xadimlərinin əhali arasında apardığı mədəni-kütləvi tədbirlər olmuşdu
1941-1945
Cənubi Azərbaycanda demokratik hərəkatın birinci mərhələsi. Bu mərhələdə dərketmə, milli şüur inkişaf edi və
xalq kütlələri ana dilində yazıb-oxumağa başladı
1941 25 avqust
SSRİ və Böyük Britaniyanın İrana qoşun yeridərək Cənubi Azərbaycanı tutması
1941 29 sentyabr
Tehranda İran Xalq Partiyasının Azərbaycan təşkilatlarının təşəbbüsü ilə müxtəlif ictimai-siyasi birliklərin
yaradılması. Onlardan “Azərbaycan cəmiyyəti” və “Azərbaycan zəhmətkeşlər təşkilatı” xüsusilə fərqlənirdi
1941
Rza şahın hakimiyyətdən getməsi
1941-1979
Məhəmməd Rza şahın İranda hakimiyyəti
1942 dekabr
ABŞ-ın İrana qoşun yeritməsi
1945-1946
Cənubi Azərbaycanda demokratik hərəkatın ikinci mərhələsi. Hərəkatın ikinci mərhələsi Milli Hökumətin
yaranması və fəaliyyəti ilə xarakterikdi. Ümumiyyətlə bu mərhələdə Azərbaycan Demokratik Firqəsi, silahlı
fədai dəstələri yaradıldı, Azərbaycan dilində “Azərbaycan” qəzeti nəşrə başladı, ADF təsisçilərinin ilk
konfransı və birinci qurultayı keçirildi, Azərbaycan Xalq Konqresi (Müəssisələr Məclisi) çağırıldı, Milli
Məclisə seçkilər keçirildi, Təbriz universiteti təsis olundu, Milli mədəniyyətin tərəqqisinə möhkəm zəmin
yarandı, dil haqqında qanun, aqrar qanun və əmək haqqında qanun qəbul edildi
1945 iyun-sentyabr
Cənubi Azərbaycanın bir sıra yerlərində silahlı fədai dəstələri yaradılması
1945 3 sentyabr
Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Demokratik Firqəsinin (ADF) yaradılması. ADF yaradılması
haqqında verdiyi bəyanatda partiyanın proqram prinsipləri izah edilir, Demokratik İran tərkibinə Azərbacjana
inzibati-təsərrüfat, mədəni muxtariyyət verilməsi tədbirləri irəli sürülürdü. Bəyanatda həmçinin, milli
həmrəylik əldə edilməsini nəzərdə tutulur, cəmiyyətin bütün üzvlərinin xeyrinə təkamül yolu ilə sosial-iqtisadi
islahatlar keçirilməsi tələb olunur, milliyyətindən və dinindən asılı olmayaraq, Azərbaycanda yaşayanların
hamısı üçün hüquq bərabərliyini təmin edilməsi bildirilir, İranın siyasi həyatının demokratikləşdirilməsi irəli
sürülürdü. Tərkibi fəhlə, kəndli, ziyalı, xərda və orta sahibkarlar və bəzi mülkədarlardan ibarət olan ADF-nin
yaranmasında məqsəd mürtəce qüvvələrin hücumlarının qarşısını almaq idi
1945 5 sentyabr
ADF-nin orqanı olan “Azərbaycan” qəzetinin nəşrə olunmağa başlanması
1945 13 sentyabr
ADF-in təsisçilərinin ilk konfransının keçirilməsi. Konfrans tərkibi 11 nəfərdən ibarət olan Müvəqqəti komitə
seçdi və ən qısa müddətdə partiyanın birinci qurultayının çağırılması qərara aldı
1945 2-4 oktyabr
ADF-nin birinci qurultayının keçirilməsi. ADF-nin birinci qurultayı başda S.C.Pişəvəri olmaqla, partiyanın
Mərkəzi Komitəsini seçdi və dinc yolla siyasi mübarizəni davam etdirməyə yönəlmiş konkret fəaliyyətə
başlanıldı, 1945-ci il 3 sentyabr tarixli bəyanatının əsas müddəaları partiyanın proqram və nizamnaməsi kimi
qəbul etdi
1945 21 noyabr
Azərbaycan Xalq Konqresinin çağırılması və özünü Müəssisələr Məclisi elan etməsi. Müəssisələr Məclisi
ümumi seçkilər yolu ilə Azərbaycan Milli Məclisinin çağırılmasını və Milli Hökumətin yaradılmasını istəyirdi
1945 27 noyabr-1 dekabr Cənubi Azərbaycanda Milli Məclisə seçkilər keçirilməsi
1945 12 dekabr
21 Azər hərəkatı. Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökumətin yaradılması. Bu dövrdə İranın hakim
dairələrinin Milli Hökumətin yaradılmasının qarşısını ala bilməməsinin səbəbi Sovet hərbi hissələrinin hələ
İranda olması idi. Belə ki, Sovet hərbi birləşmələri Cənubi Azərbaycanda hərəkat üçün qaranat rolunu
oynayırdı
1945 12 dek–1946 12 dek
Milli hökumətin fəaliyyət dövrü. Milli hökumət fəaliyyəti dövründə
Milli Məclis inzibati-ərazi orqanları
yaratmaq məqsədilə vilayət, mahal, şəhər, qəsəbə və kənd əncümənlarə seçkilər haqqında qanun qəbul etdi,
yerli əncümənlərə seçkilər keçirildi, dil haqqında qanun, aqrar qanun və əmək haqqında qanun qəbul edildi.
Bundan başqa hökumət və Milli Məclis Azərbaycanda sənaye, ticarət və maliyyənin inkişafına, vergi
sisteminin təkmilləşdirilməsinə yönəldilmiş bir sıra başqa qanun və fərmanlar verdi, ana dilində dərsliklər
yazıldı, müxtəlif ədəbiyyat, qəzet və jurnallar nəşr edildi, onlarca yeni məktəblər, kitabxana və qiraətxanalar
açıldı, müxtəlif təşkilat , birlik və muzeylər yaradıldı, Təbriz universiteti təsis olundu
1945 dekabr
Milli Məclisin vilayət, mahal, şəhər, qəsəbə və kənd əncümənlarinə seçkilər haqqında qanun qəbul etməsi
1946 yanvar
İran hökumətinə başçılıq edən Əhməd Qəvam (Qəvalmüssəltənə) hökumətinin Milli Hökumətlə danışıqlara
başlaması
1946 yanvar-fevral
Cənubi Azərbaycanda yerli əncümənlərə seçkilər keçirilməsi və hökumətin müvafiq strukturlarının yaradılması
1946 16 yanvar
Milli Hökumətin dil haqqında qanun qəbul etməsi. Bu qanunda “Azərbaycan dili” Azərbaycan ərazisində rəsmi
dövlət dili elan edildi. Bununla yanaşı Azərbaycanda yaşayan milli azlıqların öz dillərində təhsil almaq hüququ
saxlanılırdı