İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə38/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
113 
onların  ümumiləşdirilərək  dəyərləndirilməsi  müəyyən  məntiqi 
ardıcıllıqla həyata keçir. 
3. İbtidai təhsilin məzmununun funksiyalarını müəyyənləşdir-
mək tətbiqini səmərəliləşdirmək baxımından əhəmiyyət daşıyır. 
4.  İbtidai  təhsilin  məzmununun  funksiyaları  bilavasitə  onun 
məqsədləri ilə bağlı olub məzmun standartlarında reallaşdırılır. 
5.  Tədqiqat  zamanı  ibtidai  təhsilin  məzmununun  aşağıdakı 
funksiyaları müəyyənləşdirilmişdir. 

 
İbtidai təhsilin məqsədlərinin həyata keçirilməsi funksiyası. 

 
Cəmiyyətin,  ayrı-ayrı  adamların  cari  və  perspektiv 
tələbatlarının əks etdirilməsi funksiyası. 

 
Kriteriyalı qiymətləndirmə funksiyası. 

 
İbtidai təhsil hüququnun təmin edilməsi funksiyası. 

 
İbtidai təhsilin humanistləşdirilməsi funksiyası. 

 
İdarəetmə funksiyası. 

 
İbtidai təhsilin keyfiyyətinin yüksəldilməsi funksiyası. 

 
Zəruri minimumun müəyyənləşdirilməsi funksiyası. 
 
 
2.3. İbtidai təhsilin məzmununun strukturu. 
 
İbtidai  təhsilin  məzmununun  prinsip  və  funksiyalarını 
müəyyənləşdirmək  nə  qədər  vacibdirsə,  onun  struktrunu,  zəruri 
elementlərini, onların qarşılıqlı əlaqələrini müəyyənləşdirmək də bir 
o  qədər  zəruridir.  Çünki  məzmunun  tamlığını,  bütövlüyünü 
gözləmək,  onu  mühüm  pedaqoji  problem  kimi  həll  etmək  üçün 
hökmən yeni strukturun müəyyənləşdirilməsi tələb olunur.  
İlkin  olaraq  nəzərə  almaq  lazımdır  ki,  təhsilin  məzmunu 
didaktikanın  əhatə  dairəsinə  daxil  olan  məsələlərdəndir.  İbtidai 
təhsilin məzmununun müəyyən edilməsi xüsusi olaraq didaktikanın 
tədqiqat obyektinə aiddir. Ona görə də ibtidai təhsilin məzmununun 
nəzəri  problemlərindən  biri  kimi  onun  formalaşdırılması 


Gülarə Balayeva 
 
 
114 
didaktikanın  mühüm  məsələlərindən  biri  kimi  diqqət  mərkəzində 
dayanır. 
İbtidai  təhsilin  məzmununun  formalaşdırılması  mahiyyət 
etibarı  ilə  yeni  məsələ  deyildir.  Təhsil  olduğu  müddətlərdə  onun 
məzmununun  formalaşdırılması  həmişə  problem  kimi  diqqət 
mərkəzində  dayanmışdır.  Pedoqoji  ədəbiyyatda,  təhsilin  məzmu-
nunun  formalaşdırılması  barədə  söhbətlərdə  tədris  planlarının 
məzmun  və  strukturundan  danışılmışdır.  Onlarda  ifadə  olunmuş 
tədris  fənlərinin  mahiyyət  və  məzmununun  şərhinə  üstün  yer 
ayrılmışdır.  
Pedoqoji  araşdırmalarda  tədris  planına  təhsilin  məznununu 
təyin  edən  başlıca  sənəd  kimi  qiymət  verilir.  Qeyd  olunur  ki, 
“Tədris planı təhsilin məzmununu və bir sıra digər cəhətləri təyin 
edən başlıca sənəddir” (54, s.87). 
Buradan  belə  nəticə  çıxarmaq olar  ki, tədris planı  məzmunu 
təyin  etmək  baxımından  başlıca  sənəd  hesab  edilir.  Doğrudur, 
pedaqoqların  qənaətlərinə  görə,  “Təhsilin  məzmunu”  tədris 
planlarında,  proqramlarında  və  tədris  ədəbiyyatlarında  öz  əksini 
tapır  (110,  s.128-129).  Dərsliklər  də  tədris  ədəbiyyatlarından  biri 
kimi təhsilin məzmununu əks etdirən vasitə kimi götürülür. 
Bütün bunlar doğru olmaqla pedoqoji araşdırmaların nəticəsi 
kimi dəyərlidir. Lakin burada iki mühüm cəhətə diqqət yetirilməsi 
vacib  hesab  edilir.  Onlardan  birincisi  məzmunun  nələrdən  ibarət 
olması,  ikincisi  isə  həmin  məzmunun  ümumiləşdirilərək  harada 
verilməsidir.  Xüsusən  məzmunun  təqdim  olunmasında  tədris 
planının  öncül  yeri  daha  aydın  görünür.  Təhsil  fəaliyyətinin 
qurulmasında,  müxtəlif  proqram,  dərslik  və  metodik  vəsaitlərin 
hazırlanmasında ona istinad edilir. Onun tələbləri əsas götürülür.  
Pedoqoji  araşdırmalarda  belə  bir  qənaət  vardır  ki,  “Hazırda 
təhsilin  məzmununun  xətti,  konsentrik,  spiralvari  və  qarışıq 
strukturları geniş yayılmışdır” (110, s.127). Bu strukturların hər biri, 
adından  da  bəlli  olduğu  kimi,  daha  çox  məzmunun  struktur 
möhkəmliyinə dəlalət edir. Əgər xətti strukturda ayrı–ayrı hissələrin 
bağlılığı,  fasiləsiz  ardıcıllığı  tələb  olunursa,  konsentrik  prinsipdə 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
115 
əvvəl  öyrənilmiş  biliklərə  qayıtmaq  əsas  cəhət  kimi  nəzərə  alınır. 
Spiralvari  strukturun  mahiyyəti  onunla  izah  olunur  ki,  başlanğıc 
biliklər diqqətdə saxlanılır və getdikcə onlar genişləndirilir. Qarışıq 
struktur  isə  əvvəlkilərdən  fərqlənir.  Burada  xətti,  spiralvari 
strukturun  elementlərindən  istifadə  olunur.  Başqa  sözlə,  müxtəlif 
strukturların  kombinasiyası  hadisəsi  baş  verir  ki,  bu  da  yeni 
məzmunun strukturu kimi maraq doğurur (110, s.127-128). 
V.V.Krayevski  və  İ.Y.Lerner  ümumi  təhsilin  məzmununun 
nəzəri əsaslarını öyrənərkən prioritet məsələlərdən biri kimi təhsilin 
məzmununun strukturuna ciddi diqqət yetirirlər. Belə qərara gəlirlər 
ki,  “Təhsilin  məzmununun  strukturu,  ilk  növbədə,  onun 
elementlərinin  funksiyası  ilə  təyin  edilir.  Təhsilin  məzmunu  ele-
mentləri  arasında  əlaqələrdə  və  hər  səviyyədə  onun  formalaşması 
zamanı meydana çıxır” (159, s.87).  
Araşdırmalar  göstərir  ki,  bu  fikir  təhsilin  məzmununa  mü-
nasibətdə tamamilə yeni yanaşma tərzi kimi maraq doğurur. Alim-
lər  təhsilin  yeni  hazırlanmış  məzmununun  elmi–nəzəri  əsasda 
qurulmasını təmin etmək üçün hökmən onun məntiqi struktur xüsu-
siyyətlərini  araşdırmalı  olurlar.  Struktur  komponentləri  arasında 
qarşılıqla  əlaqə  xüsusiyyətlərini  öyrənirlər.  Onlar  ümumi  təhsilin 
hər hansı səviyyəsində təhsilin məzmununun nəzəri cəhətdən düz-
gün olmasına zəruri məsələ kimi baxırlar.  
Tədqiqat göstərir ki, bu araşdırmalar ibtidai təhsilin məzmu-
nunun  müəyyən  olunmasında  əhəmiyyətli  müddəalar  kimi  qəbul 
oluna bilər.  
Məlum  olduğu  kimi,  müasir  dövr  informasiyalarla  zəngin 
olduğundan  və  texnologiyalara  üstün  yer  verildiyindən  təhsilin 
prioritet  problemləri  dəyişərək  yeni  mahiyyət  kəsb  edir.  Artıq 
insanların texnoloji bacarıqlarının formalaşmasına geniş yer ayrılır. 
Zəruri  biliklərə  söykənməklə  həyati  bacarıqlara  yiyələnmək 
aktuallaşmışdır.  İnsanlar  cəmiyyətin  qarşıya  qoyduğu  bu  ciddi 
problemi həll etmək üçün daha çox fəallıq göstərməli olurlar. Həyat 
özünün problemləri ilə insanların üzərinə ciddi vəzifələr qoyur. Bu 
sosial  faktorun  aradan  qaldırılması  zərurəti  təhsilin  xarakterinin 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə