İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə34/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
101 
Lakin  zəruri  biliklərin  ardıcıl  olaraq  öyrənilməsinə  daim 
ehtiyac  vardır.  Məşhur  psixoloq  S.L.  Rubinşteyn  yazır  ki, 
“Təfəkkür prosesində eyni zamanda biliklərin hərəkəti var”. Bu isə 
o deməkdir ki, biliklər təfəkkür proseslərinin baş verməsi üçün bir 
mənbədir. Əgər bilik yoxdursa, müəyyən anlayış, hadisə və ya fakt 
yoxdursa,  o  zaman  fəaliyyət  də  yoxdur.  Hökmən  şagirdlərin 
fəaliyyətini təmin etmək üçün onlar məqsədəuyğun biliklər qazan-
maq üçün istiqamətləndirilməlidirlər. 
Biliklərin verilməsi isə öz növbəsində şagirdlərdən müəyyən 
fəaliyyət  göstərməyi  tələb  edir.  Onlar  fəaliyyət  prosesində  öyrən-
dikləri bilikləri realizə edirlər.  Ona görə də psixoloqlar haqlı olaraq 
qeyd  edirlər  ki,  “Fəaliyyət  insanın  fəallıq  formasıdır”  (20,  s.393), 
“fəaliyyət  insanın  dərk  olunmuş  məqsədlə  tənzim  olunan  daxili 
(psixi) və xarici (fiziki) fəallığıdır” (20, s.394). 
Pedaqoji  araşdırmalarda  göstərilir  ki,  fəaliyyət  dedikdə 
şagirdin dərk edilmiş məqsədlə nizamlanan daxili (psixi) və xarici 
(fiziki) fəallığı başa düşülməlidir” (2, s.8). 
Göründüyü  kimi,  psixoloq  və  pedaqoqların  fəaliyyət  haq-
qındakı  fikirlərində  onun  məqsədlə  nizamlanması,  psixi  və  fiziki  
fəallıqla  müşayiət  olunması    müəyyən  məqamların  üst-üstə  düş-
düyünü və eyni olduğunu göstərir. Bu vəziyyət isə ibtidai təhsilin 
məzmun  standartlarında  ondan  istifadə  olunmasını  qismən  asan-
laşdırır. 
Fəaliyyətlərin  məqsədlərlə  nizamlanması  onun  xüsusi  təd-
qiqat  obyektinə  çevrilməsinə  səbəb  olmuş  və  müəyyən  məntiqi 
ardıcıllıqla  qruplaşdırılmışdır.  Aparılan  psixopedaqoji  araşdırma-
larda təlim məqsədlərinin şəbəkəli (ierarxik) və ya sistemli təsnifatı 
olan taksonomiyalar hazırlanmışdır” (33, s.13). “Müxtəlif taksono-
miyalardan yalnız üçü-idraki, emosional və psixomotor taksonomi-
yalar  mütəxəssislər  tərəfindən  təhsil  üçün  əhəmiyyətli  hesab  edil-
mişdir” (116, s.51). Ona görə də adları çəkilən bu taksonomiyalar 
sadədən  mürəkkəbə  doğru  düzülmüş  fəaliyyətləri  əhatə  etməklə 
təlim  standartlarının  əsasına  gətirilərək  onların  məntiqə  uyğun 
qurulmasının özülünü  təşkil edir.  


Gülarə Balayeva 
 
 
102 
Təhsilin  məzmununu  təşkil  edən  standartların  ümumi 
mənzərəsini  fəaliyyət  növlərinin  aşağıdakı  xüsusiyyətlərinə  əsasən 
təsəvvür etmək mümkündür. 
İdrak  fəaliyyətləri  üzrə.  Yada  salır, xatırlayır,  tanıyır,  izah 
edir,  məsələni  bir  ifadə  vasitəsindən  digər  ifadə  vasitəsinə  çevirir; 
problemi  həll  edir,  müəyyən  nəticələri  həll  edir,  informasiyaları 
tətbiq edir; obyektləri bir və  ya bir neçə təklif olunmuş  əsaslar və 
kriteriyalara görə hissələrə ayırır, müqayisə və təsnif edir, fikirləri, 
faktları  ayırd  edir;  fərziyyələr  irəli  sürür,  onları  yoxlayır  və 
təcrübədə sınaqdan keçirir, nəticələrini təyin edir. 
Emosional  fəaliyyət  üzrə.  Şagird  təlim  prosesində  iştirak 
etmək  üçün  stimullaşdırılır.  Məsələlər  əşyanın  mövcudluğunu 
anlamadan ona seçimli yanaşmaya qədər inkişaf etdirilir. 
Şagird təlim prosesində fəal iştirak edir: suallara cavab verir, 
hadisələrə  reaksiya  verir,  tətbiq  zamanı  zövq  və  maraqlara  diqqət 
yetirir. 
Hər  hansı  əşya  və  hadisə  dəyərləndirilir,  baş  verənlərə  mü-
nasibət bildirilir. 
Şagirdlərin  dünyagörüşü  formalaşdırılır,  şəxsi,  ictimai  və 
emosional davranışlar nümayiş etdirilir. 
Psixomotor (fiziki) fəaliyyət üzrə. Şagirdin mənəvi durumu 
nizamlanır, xüsusi növ hərəkətlərə hazırlıq aparılır, ilkin mərhələdə 
kompleks  vərdişlərdən  istifadə  edilir,  şagird  fəaliyyətin  icrası 
zamanı  özünəinam  nümayiş  etdirir,  şagird  mükəmməl  vərdişlər 
nümayiş  etdirir,  şagird  situasiyanı  nəzərə  almaqla  davranışında 
dəyişiklik  edir,  xüsusi  situasiya  və  problemin  həlli  ilə  bağlı 
hərəkətlərə cavab olaraq yeni növ fəaliyyət yaranır. 
Bütün bunlar ibtidai təhsilin məzmunu haqqında tam təsəvvür 
almağa imkan yaradır. İstər müxtəlif kateqoriyalı biliklər, istərsə də 
ayrı-ayrı  fəaliyyət  növləri  ibtidai  təhsilin  məzmununun  funksiya-
larını  müəyyənləşdirməyə  imkan  verir.  Onlar  aşağıdakılardan 
ibarətdir: 
1) ibtidai təhsilin məqsədlərinin həyata keçirilməsi funksiyası. 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
103 
2) cəmiyyətin, ayrı-ayrı adamların cari və perspektiv tələbat-
larının əks etdirilməsi funksiyası. 
3) kriteriyali qiymətləndirmə funksiyası. 
4) ibtidai təhsil hüququnun təmin edilməsi funksiyası. 
5) ibtidai təhsilin humanistləşdirilməsi funksiyası. 
6) idarəetmə funksiyası. 
7) ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsi funksiyası. 
8)  məzmunun  zəruri  minimumunun  müəyyənləşdirilməsi 
funksiyası. 
1.İbtidai təhsilin məqsədlərinin həyata keçirilməsi funksiyası
Fəlsəfi  anlayış  kimi  məqsəd  geniş  kontekstdə  işləndiyindən 
bütün  sahələrə  aid  edilir.  Mahiyyət  etibarı  ilə  “məqsəd  nəticənin 
şüurda  qabaqcadan  duyulmasıdır,  onun  əldə  edilməsinə  müəyyən 
fəaliyyətin  yönəldilməsi”dir  (38,  s.275).  Elmi  araşdırmalarda  gös-
tərildiyi kimi, “praktiki həyata keçirilməsi zəruri olan müəyyən va-
sitələrlə yalnız qarşılıqlı təsirdə” (38, s.275) məqsəd özünü reallaş-
dırır. Bu zaman “bir-birindən fərqlənən anlayışların, təsəvvürlərin, 
müxtəlif  abstraksiyaların  və  ideallaşdırmaların  məcmusu  şəklində 
təbii və sosial gerçəklik” dən (38, 278) ibarət məzmun həlledici rol 
oynayır.  Ona  görə  də  müasir  təhsil  yanaşmalarında  məqsədin  əv-
vəlcədən  müəyyən  olunması  və  ona  uyğun  məzmunun  seçilməsi 
müasir pedaqoji texnologiyalardan hesab olunur.  
Məqsədə görə məzmunun müəyyən olunması məntiqi olaraq 
məzmunun ona uyğunluğunu təmin etməklə həm də məqsədin əla-
mətlərini özündə ehtiva edir. Elə ona görə də məqsədin reallaşdırıl-
masının  birinci  təminatçısı  məzmun  olur.  Məntiqi  olaraq  belə 
düşünmək lazımdır ki,  əgər məzmun məqsədin həyata keçirilməsi 
üçün  potensial  imkanları  daşımırsa,  orada  normal  təlim 
fəaliyyətinin olması, nailiyyətlərin əldə edilməsi şübhə altına alınır. 
İbtidai  təhsilin  məzmunu  hazırlanarkən,  ilk  növbədə, 
məqsədlərin  konkretləşdirilməsi,  onların  müəyyən  olunması  vacib 
hesab  edilir.  Ona  görə  də  hər  təhsil  pilləsində  məqsədlərin  aydın 
olması  pedaqoji-metodiki  tələblərə  tamamilə  uyğun  olan  hal  kimi 
qəbul olunur və buna normal yanaşılır. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə