İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə32/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
95 
və  praktik  əsasda  müəyyən  etmək  onların  fəaliyyətinin  qurulması 
baxımından əhəmiyyət daşıyır.  
Azərbaycan  ibtidai  təhsilində  zəngin  təcrübə  toplanmışdır. 
Heç şübhəsiz,  bu təcrübə  ilə tanışlıq ibtidai  təhsil  sahəsində  məz-
munun  funksiyalarını  düzgün  müəyyənləşdirməkdə      daha  inan-
dırıcı faktlar gətirməyə imkan yaradır. 
İbtidai təhsilin məzmunu da özündə konkret funksiyaları daşı-
yır. Başqa sözlə, hazırlanmış, mövcud olan məzmun  məntiqi struk-
tur  xüsusiyyətləri  baxımından  özünəməxsus  funksiyalara  malik 
olur. Bu funksiyalar nəzəri-pedaqoji
  aspektdə qədərincə şərh edil-
məsə də, praktik şəkildə həmişə mövcud olmuşdur. Təhsilin inkişaf 
tarixi  boyu  müəyyən  məzmun  hazırlanmış,  onun  realizəsi  təşkil 
edilmişdir. Bu, təhsilin təşkilinin ümumi məntiqindən irəli gələn bir 
təbii proses kimi yerinə  yetirilmişdir. Heç şübhəsiz, praktik olaraq 
funksiyaların reallaşdırılması mövcud olmuşdur. 
Araşdırmalar onu göstərir ki, funksiyalar daha çox vəzifələrə 
yaxındır.  Lakin  onların  eyni olmayan, bir-birindən fərqli  cəhətləri 
də vardır. Vəzifələr daha çox məqsəddən irəli gələrək müəyyənləş-
dirilən  və  qarşıya  qoyulan  fəaliyyətləri  ifadə  etmək  üçün  istifadə 
edilən  anlayışdır.  O  daha  çox  məqsədlə  bağlı  olduğundan  istifadə 
olunan vasitələrlə sadəcə bağlanır. 
Funksiyalar isə bilavasitə obyektin mahiyyət və məzmununda 
olduğundan onun müəyyən mənada xarakterini ifadə edir. 
Fikrimizi  əsaslandırmaq  üçün  belə  bir  analogiyadan  istifadə 
edirik. İbtidai təhsilin özünəməxsus məqsədləri vardır. Həmin məq-
sədlərə uyğun olaraq onun konkret vəzifələri müəyyən olunmuşdur. 
İbtidai  təhsilin  məqsədlərinə  müvafiq  olaraq  məzmun 
müəyyənləşdirilmişdir.  Bu  məzmun  bütövlükdə  bir  obyekt  kimi 
konkret  potensial  funksiyaları  ilə  mövcuddur.  Onların  meydana 
çıxarılmasında  məzmunun  özünəməxsus  daxili  imkanlarını 
araşdırmaqla yanaşı, həm də onun əlaqə və ünsiyyətdə ortaya çıxan 
keyfiyyətlərinin qeyd olunması zəruridir. 
Ona  görə  də  bu  tədqiqatda  ibtidai  təhsilin  məzmununun 
funksiyaları  barədə  araşdırmalar  apararkən  mühüm  obyekt  kimi  


Gülarə Balayeva 
 
 
96 
onun  mahiyyəti  ilə  bağlı  və  eləcə  də  reallaşdırılması  prosesində 
əlaqədə olduğu digər hadisə və proseslərlə əlaqədar xüsusiyyətləri 
nəzərdən  keçirməklə  konkret  fikir  söyləməyi  məqsədəmüvafiq 
hesab etdik. 
Tədqiqatımızın  əvvəlində  təhsilin  məzmunu  anlayışının 
mahiyyəti, eləcə də pedaqoji ədəbiyyatda onun qoyuluşu, eləcə də 
məzmunla  bağlı  digər  məsələlər  ətrafında  araşdırmalar  apararkən 
belə  qənaət  hasil  edilmişdir  ki,  ibtidai  təhsilin  məzmunu  ibtidai 
təhsil  pilləsində  bilik,  bacarıq  və  vərdişlərin,  şagirdlərin  inkişafını 
təmin  edən  fəaliyyətlərin  sistemindən  ibarətdir.  Bu  sistem  prinsip 
etibarı  ilə  şagirdyönümlü,  şəxsiyyətyönümlü,  nəticəyönümlü 
mahiyyət kəsb etməklə milli və bəşəri dəyərləri özündə birləşdirir. 
Ən başlıcası zəruri bilik, bacarıq və vərdişlər əsasında formalaşmış 
dəyərlərdən ibarət olur.  Bu dəyərlər şagirdin inkişafının keyfiyyət 
göstəricisi kimi  yeni kurikulumlarda ümumi nəticələr kimi verilir. 
Məlum  olduğu  kimi,  ümumi  təhsilin  hər  pilləsinin  sonunda  belə 
nəticələr vardır, o cümlədən ibtidai təhsilin sonunda bu tipli nəticə 
verilmişdir. 
Tədqiqatın  əvvəlində  qeyd  olunduğu  kimi,  bu  nəticələr 
şagirdlərin ümumi inkişafının müəyyən səviyyəsini ifadə etdiyindən 
və  ölçülə  bildiyindən  təlim  standartları  adlandırılır.  Azərbaycanda 
bu  tip  standartlar  müxtəlif  növ  kurikulumlar  meydana  gəldiyi 
dövrdən  yaradılmağa  başlamışdır.  Lakin  bu  məsələnin  aktuallığı 
ötən əsrin 90-cı illərində qeyd edilmişdir. Yaxın zamanlarda qəbul 
edilmiş Təhsil Qanununda təhsil standartlarına xüsusi maddə həsr 
olunmuş,  bir  daha  pedaqoji  anlayış  kimi  onun  mahiyyəti  açıqlan-
mışdır:  “Təhsil  sahəsində  dövlət  standartları  fərdin,  cəmiyyətin, 
dövlətin tələbatına uyğun olaraq, pedaqoji prinsiplər əsasında hazır-
lanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət 
tələblərini  əks  etdirən  ümumi  normalar  məcmusudur”(119,  s.13). 
Göründüyü  kimi,  təhsil  standartı  sadəcə  təlimə  dair  bilik  və 
bacarıqları  əhatə  etmir.  O  daha  geniş  mənada  işlənməklə  təhsil 
müəssisələrinin  normalarını  ümumiləşdirir:  “Dövlət  təhsil 
standartları...  hər  bir  təhsil  pilləsində  təhsil  alanların  bilik,  bacarıq 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
97 
və  vərdişlərinin  səviyyəsini  müəyyənləşdirir”(119.s.14).  Normativ 
sənədlərdə  onlar  ümumi  təlim  nəticələri  kimi  verilir.    Bu    təlim 
nəticələrini  reallaşdırmaq  üçün  fənn  kurikulumları  hazırlanaraq 
təsdiq olunur.  
İbtidai  təhsilin  məzmununu  təşkil  edən  təlim  standartları, 
onların  mahiyyəti  və  məzmunu  barədə  danışmazdan  əvvəl,  peda-
qoji anlayış kimi təlim standartlarının məzmun və strukturu barədə 
bir sıra yanaşmaları şərh etmək məqsədəuyğun hesab edilir. 
Müasir  dünyanın  qlobal  problemlərindən  biri  təhsilin  stan-
dartlaşdırılması, insan inkişafını təmin edən mütərrəqi təhsil siste-
minin yaradılmasından ibarətdir. Bunun üçün vahid modellərin, uy-
ğun  prinsiplərin nəzərə  alınması  əhəmiyyətli  hesab  edilir.  Bu  gün 
cəmiyyətin çoxluğu tərəfindən qəbul edilən innovasiyalar genişlən-
dirilir  və  tətbiq  olunur.  Standartlara  əsaslanan  təhsil  sistemi  də 
belələrindəndir.  Onun  faydalı  cəhəti  qiymətləndirmə  siyasətinin 
asanlıqla  tətbiq  olunmasına  imkan  yaratması  ilə  izah  edilir.  Eyni 
zamanda  təhsildə  müxtəlif  fəaliyyətlərin  şəffaf  və  məhsuldar  bir 
şəraitdə  inkişaf etməsi üçün əhəmiyyətli olması ilə əsaslandırılır.  
İbtidai  təhsilin  məzmununu  təşkil  edən  təlim  standartları 
inteqrativ xarakterə malik olub, iki mühüm tərkib hissəni birləşdirir. 
Mütəxəssislər  öz  araşdırmalarında  təlim  standartının  iki 
komponentdən  ibarət  olduğunu  deyirlər.  Onlardan  birincisi  bilik, 
ikincisi isə fəaliyyətdir. Pedaqoji ədəbiyyatda bu komponentlərdən 
hər birinin müxtəlif növ tərkib hissələrinə ayrıldığı  göstərilir. Belə 
ki, biliklər üç cür olur: deklerativ, prosedural və kontekstual. 
Fəaliyyətlər  isə  idraki,  hissi  və  psixomotor  olmaqla  üç  yerə 
ayrılır.  
Standartlar  haqqında  danışarkən  bir  mühüm  məsələnin 
aydınlaşdırılmasına  ehtiyac  yaranır.  Bu  təlim  məqsədləri  ilə  bağlı 
yanaşma tərzidir. Son pedaqoji araşdırmalarda göstərilir ki, “Təhsil 
məqsədləri  dedikdə  təhsilin  məzmun  tərəfi-öyrəniləcək  bilik, 
bacarıq və vərdişlər nəzərdə tutulur. Təhsil məqsədlərinin məzmunu 
və  sistemi  fənn  kurikulumlarında  (əvvəllər  tədris  proqramlarında) 
əks olunur”. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə