İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə29/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

Gülarə Balayeva 
 
 
86 
verən  mütərəqqi  dəyişikliklər,  ilkin  olaraq,  elm  və  təhsildə  özünü 
göstərir.  Xüsusən  ibtidai  siniflərdə  təhsilin  məzmununda  bunların 
nəzərə alınması, ən başlıcası standartların yeni, daha müasir olma-
sını  tələb  edir. Onların  mütəmadi  olaraq  4-5 ildən  bir  dəyişilməsi 
xüsusi didaktik  tələb hesab olunur. 
Xarici  ölkələrin  kurikulumlarında  da  bu  məsələyə  xüsusi 
diqqət yetirilir.  Şagirdlərin meyl və maraqlarına üstünlük verilməsi 
önəmli hesab edilir. Ona görə də tədqiqatçılar belə qənaətə gəlirlər 
ki,  “əksər  hallarda  müəllimlər  orta  məktəb  şagirdləri  haqqında  öz 
biliklərinə istinad edərək dövlət tələblərini təmin etmək və şagirdin 
təlim  marağını  əhatə  etməklə  təlimin  məzmununu-kurikulumu 
müəyyən edirlər” (25, s.32). 
İkinci  bir  cəhət  isə  şagirdlərin  maraq  dairələridir.  Əslində 
buraya  onların  psixoloji  və  fizioloji  inkişaf  səviyyələrini  də  əlavə 
etmək olar. 
Araşdırmalar zamanı yəqin edə bildik ki, şagirdlərin maraq və 
ehtiyacları onların psixoloji və fizioloji durumlarından qaynaqlanır. 
Çünki kiçik məktəb yaşlı uşaqların psixologiyası və fizioloji inkişa-
fı  yuxarı  məktəb  yaşlı  uşaqlardan  fərqlənir.  Bu  fərqlər  bilavasitə 
onların təhsil problemlərinin  həllində diqqət mərkəzinə  gətirilməli 
və istinad nöqtəsi kimi istifadə olunmalıdır. Daha doğrusu, onların 
təhsilinin təşkilində məzmunun müəyyən olunması əsas faktor kimi 
çıxış etməlidir. 
Fikrimizi yekunlaşdıraraq belə qanaətə gəlirik ki, ibtidai təh-
silin  məzmununun  müəyyən  olunmasında  tələbyönümlülük  əsas 
prinsiplərdən biri kimi nəzərə alınmalı, ardıcıl olaraq təkmilləşdiril-
mə prosesində tətbiq olunmalıdır. 
 
İbtidai  təhsilin  məzmununun  müəyyən  olunmasında  əsas 
prinsiplərdən  biri  də  nəticəyönümlülükdür.  “Bu  prinsipin  tələbinə 
görə  müəyyən  olunmuş  bacarıqlardan  ibarət  zəruri  məzmun 
nəticələr formasında verilir”  (120,  s.460). Bu fikir eyni ilə  ümumi 
təhsilin bütün pillələrinə, o cümlədən ibtidai təhsilə də şamil edilir. 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
87 
İbtidai təhsilin məzmununun əsas prinsiplərindən  olan nəticə-
yönümlülüyü  necə  əsaslandırmaq  olar?  O,  hansı  tələbləri  əhatə 
edir? 
Məlum olduğu kimi, ənənəvi olaraq ibtidai təhsilin məzmunu 
dedikdə, ilk növbədə, tədris planları nəzərdə tutulurdu. Bu isə o de-
məkdir ki, ibtidai təhsilin məzmunu tədrisi nəzərdə tutulan fənlərin, 
yaxud təhsil sahələrinin, onlara ayrılan saatların miqdarından ibarət-
dir. Burada başqa açıqlamaların olmaması ibtidai təhsilin məzmu-
nunun  konkret  şəkildə    anlaşılmasını  cətinləşdirir.  Lakin  əvvəldə 
qeyd  olunduğu  kimi,  ibtidai  təhsilin  məzmunu  bilik,  bacarıq  və 
vərdişlərin  sistemindən  ibarətdir.  Bu  sistem  isə  tədris  planının 
elementlərində görünmür. 
Təlimin  məzmunu  dedikdə  isə  bilik,  bacarıq  və  vərdişlərin 
həcmi  başa  düşülür.  Ayrı-ayrı  fənlərin  proqramına  gəldikdə  isə 
tamam  başqa  mənzərə  müşahidə  olunur.  Belə  ki,  orada  tədris 
olunan təlim materiallarının təsviri verilir. 
Beləliklə,  təlim  prosesində  nələrə  nail  olunacağı  qeyri-
müəyyən qalır. Buna baxmayaraq, müəllimlər öz tədris fəaliyyətini 
davam etdirirlər. Şagirdlər proqramda nəzərdə tutulmuş materialları 
mənimsəməyə səy göstərirlər. 
Müasir  pedaqoji  aləmdə  təhsilin  məzmununa  tədris  olunan 
materiallar  kimi  yanaşılması  bütövlükdə  həmin  anlayış,  qayda  və 
qanunauyğunluqların  mənimsənilməsini  vasitəyə  çevirir  və 
şagirdlərin  təlim  prosesində  inkişaf  etdirilməsinə  zəmin  yaradır. 
Pedaqoji təfəkkürün inkişaf dinamikasından bəhs edən Ə.Ə.Əlizadə 
yazır:  “Şagirdin  təlim  prosesində  inkişaf  etdirilməsi  yeni  təhsil 
konsepsiyasının  ana  xəttini  təşkil  edir”  (30,  s.54).  Bu  isə  “onun 
özünü bir şəxsiyyət kimi təsdiq etməsi, özünü reallaşdırması” (30, 
s.54) deməkdir. 
Qlobal dünyanın təhsil sistemində yeni insanın inkişafını tə-
min etmək üçün birinci növbədə gözlənilən nəticələri müəyyənləş-
dirmək,  daha  sonra  şəxsiyyətin  formalaşması  prosesini  müşahidə 
etmək, izləmək və istiqamətləndirmək tələb olunur.Bunların yerinə 
yetirilməsi üçün hazırlanmış məzmunun ona imkan yaratması vacib 


Gülarə Balayeva 
 
 
88 
hesab edilir. Dünya təhsil sistemində artıq birmənalı şəkildə qəbul 
olunmuşdur  ki,  məzmunun  nəticələr  formasında  qəbul  olunması, 
məzmun  standartlarının  müəyyənləşdirilməsi  təhsilin  məzmun 
modellərinin ən optimal variantlarından biridir. Bu variantın qəbul 
olunması məktəbin müasir məktəbə və intellekt məktəbinə çevrilə 
bilməsini şərtləndirən cəhətlərdəndir. 
Tədqiqatçılar  araşdırmalarında  açıq  şəkildə  qeyd  edirlər  ki, 
“müəllimlərin çoxu məqsəd və ya standartlardan başlamaq əvəzinə, 
dərslik  və  ya  dərs  vəsaitlərindən,  dərslərdən,  fəaliyyətlərdən 
başlayırlar”  (70,  s.40).  Bu  vəziyyətlə  bağlı  araşdırmalardan  sonra 
belə nəticəyə  gəlirlər ki, “Biz onun  əksi olan fikri müdafiə  edirik: 
müəllim nəticədən başlayır (məqsəd və ya standartlardan...), sonra 
standartlara  müvafiq  olaraq  öyrənmə  fəaliyyətləri  təşkil  edir  və 
şagirdlərin fəaliyyətlərini lazımi vasitələrlə təmin edir”(14,  s.132). 
Müəllimlərin  fəaliyyətindəki  bu  məntiqi  ardıcıllıq,  ümumiyyətlə, 
təhsilin məzmunundan irəli gəlməli, onu tamamlamalıdır. 
İbtidai təhsilin məzmununda nəticəyönümlülüyün nəzərə alın-
ması iki mərhələdə həyata keçirilir. 
1.  Məqsədlərin  müəyyən  olunması.  Fəlsəfi  kateqoriya  olan 
məqsəd əvvəldən güman edilən nəticələrdir. Onlarda həm ümumi-
ləşmə, həm də nisbətən konkretlik  əks olunur. Məsələn, uşaqlarda 
oxu, yazı və hesablama vərdişlərini yaratmaq və möhkəmləndirmək, 
onlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, 
istedadlı uşaqların erkən üzə çıxarılmasını və inkişafını təmin etmək. 
Bunlar konkret problemə aid olsalar da, ifadə tərzinə görə da-
ha ümumi xarakter daşıyır. Onların nəticələr formasında xırdalan-
ması üçün zəmin yaranır. 
2. Nəticələrin müəyyən olunması. Bu da məzmunun hazırlan-
masının həlledici mərhələsidir. Yeni kurikulumlarda məqsədlərdən 
sonra nəticələr verilir. Bu, prinsipial tələb kimi bütün kurikulumlar-
da gözlənilir. Əslində nəticələr mahiyyət etibarı ilə təhsil standart-
larıdır. Çünki onlardan istifadə olunmaqla təhsilin müxtəlif mərhə-
lələrində şagirdlərin inkişaf səviyyəsini ölçmək və dəyərləndirmək 
mümkündür. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə