İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə26/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
77 
kimi  tam  inkişafının  vasitəsidir.  Təhsildə  inteqrasiya  təlimdə 
inteqrasiya anlayışına nisbətən daha genişdir. 
İnteqrasiya  prinsipinin  həyata  keçirilməsi  təhsil  sisteminin 
bütün komponentlərində əks olunur: 
-
 
inteqrativ tipli tədris müəssisələri yaradılır; 
-
 
inteqrativ təhsil proqramları işlənib hazırlanır; 
-
 
müəllif  və  eksperimental  tədris  proqramları  üzrə 
interaktiv tədris kursları praktikaya geniş tətbiq edilir; 
-
 
təşkili baxımdan müxtəlif səviyyəli (sinif, mövzulararası, 
kurslararası  inteqrativ  didaktik  sistemlər)  didaktik  sistemlər  çər-
çivəsində təlimin tam inteqrativ texnologiyası tətbiq edilir; 
-
 
inteqrativ  tədris  günləri  keçirilir  və  bu  zaman  bütün 
dərslər bir ümumi problemin açılmasına həsr olunur; 
-
 
inteqrativ dərslər, inteqrativ dərs blokları və təlimin təşki-
linin  digər  kompleks  formaları  (ekskursiyalar,  konfranslar,  fakul-
tativlər, seminarlar, mühazirələr, dərnəklər) təcrübədən keçirilir. 
Eksperiment  aparan  müəllimlər  qarışıq  fənlər  üzrə  bilik  və 
bacarıqların sintezini təmin edən, həmçinin təlimi qabaqlayan inteq-
rativ dərs blokları təşkil edirlər.Yeni tipli məktəblərin tədris planları 
qarşılıqlı  əlaqədə  olan  fənn  bloklarında  inteqrativliyi  təmin  edən 
blok-modul prinsipi üzrə qurulur. 
Məktəbdə  təhsilin  inteqrativ  nəticələrinin,  tam  və  sistemli 
biliklərin, şəxsiyyətin sosial əhəmiyyətli keyfiyyətlərinin formalaş-
ması  prosesində  ümumi  fənlərarası  bacarıqlar  getdikcə  daha  çox 
dəyər kəsb edir. 
İbtidai təhsilin məzmununun inteqrasiyası dedikdə nələrin nə-
zərdə tutulması maraqlıdır. Əvvəla, burada fənlərin imkan daxilində 
birləşdirilməsi, onların yaxınlaşdırılması, bir məcraya gətirilməsi və 
bununla təlim fənlərinin sayının azaldılması kimi nəticələr əldə olu-
nur.  Eyni  zamanda  ibtidai  siniflərdə  bir  neçə  elmin  qovşağında 
dayanan standartların yaradılması işi həyata keçirilir. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hazırda təhsil islaha-
tından irəli gələn və bir vəzifə olaraq hazırlanmış ibtidai təhsilin ye-
ni  məzmunu məhz  bu tələblərə uyğun olaraq  formalaşmışdır.  On-


Gülarə Balayeva 
 
 
78 
dan sonra gələn səviyyələrdə təhsilin məzmununda tədricən xırda-
lanma,  diferensiasiya  prosesinin  baş  verdiyi  müşahidə  olunur. 
İnteqrasiyanın başlıca məqsədi  fənlərin  qarşılıqlı təsiri nəticəsində 
onların biri-birini zənginləşdirməsidir. 
İbtidai təlimdə inteqrasiya gerçəkliyin müxtəlif hadisələrinin 
lokal, təcrid olunmuş halından qarşılıqlı əlaqədə, kompleks öyrənil-
məsinə keçməyi nəzərdə tutur. 
Kiçik məktəblilərin yaş xüsusiyyətlərini nəzərə alaraq interak-
tiv təlimin təşkili zamanı  elmi  anlayışlardan,  ədəbiyyat, musiqi və 
rəssamlıqla  bağlı  bilgilərdən  istifadə  edərkən  ətraf  aləmi  bütün 
müxtəlifliyi ilə göstərmək imkanı yaranır. Bu da şagird şəxsiyyəti-
nin emosional inkişafı və onun yaradıcı təfəkkürünün formalaşması 
baxımından əhəmiyyət daşıyır. 
İbtidai təlim prosesində fənlərarası əlaqədən istifadə  zamanı 
müxtəlif fənlər üzrə materialları vahid, tam halda öyrənmək, uşaqla-
rın nitqini inkişaf etdirmək, dünyagörüşünü genişləndirmək imkanı 
yaranır, şagirdlərin idrak fəallığı artır, təlimə maraq oyanır, müsbət 
əxlaqi keyfiyyətlər formalaşır. 
İbtidai  təlimin  spesifikliyi  həm  də  bu  səviyyədə  bir  neçə 
fənnin eyni müəllim tərəfindən tədris edilməsi ilə əlaqədardır. Tə-
məli  düzgün  qoyulan  fəndaxili  əlaqələr,  şübhəsiz,  ayrı-ayrı  ob-
yektləri, hadisə və prosesləri nəzərdən keçirərkən bilikləri inteqrasi-
ya etmək məqsədi ilə, təbii olaraq, fənlərarası əlaqənin də müəyyən 
edilməsinə imkan verir. 
Təhsilin  müxtəlif  pillələrində  inteqrasiya  özünəməxsusluğu 
ilə  seçilir.  Məhz  ibtidai  təhsil  pilləsində  fənlərin  vahid  tam  halda 
inteqrasiyası daha səmərəlidir. Çünki kiçikyaşlı məktəbli ətraf aləmi 
tam halda qəbul edir və onun üçün fənlər arasında sərhəd olmur. Bu 
baxımdan  ibtidai  siniflərdə  tamamilə  yeni  bir  fənnin–“Həyat 
bilgisi”nin  tədrisi  “Azərbaycan  Respublikasında  Ümumi  Təhsilin 
Konsepsiyası  (Milli  Kurikulumu)”da  da  əsas  prinsip  kimi  irəli 
sürülən  inteqrativliyin  həyata  keçirilməsi  baxımından  xüsusi 
əhəmiyyət kəsb edir. 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
79 
Həmin konseptual sənəddə “Həyat bilgisi” fənni aşağıdakı ki-
mi əsaslandırılmışdır: İnsan hüquqları və azadlıqları, mənəvi-əxlaqi 
dəyərlər,  həyat  fəaliyyətinin  təhlükəsizliyi,  təbiət,  insan-təbiət,  in-
san–cəmiyyət münasibətləri haqqında zəruri məlumatların  mənim-
sənilməsi, obyekt və hadisələri mahiyyətinə görə fərqləndirmək, on-
lara  münasibət  bildirmək,  iqtisadi,  ekoloji,  kommunikativ  fəaliy-
yətlər üzrə ilkin bacarıqların formalaşması təmin olunur”(14, s.136). 
“Həyat bilgisi” inteqrativ kursdur və konkret olaraq hər hansı 
bir  elmin  əsaslarını  öyrətmir.  Bu  fənn  ümumtəhsil  məktəblərinin 
ümumi  orta  təhsil  və  tam  orta  təhsil  səviyyələrində  tədris  olunan 
təbiət  fənləri  (fizika,  kimya,  biologiya,  coğrafiya  və  s.)  ilə  bağlı 
ilkin bacarıqları formalaşdırır, onların bünövrəsini təşkil edir. 
“Həyat  bilgisi”  fənni  üzrə  şagirdlərin  qazanmış  olduğu 
bacarıqlar  digər  təbiət  fənləri  üzrə  nəzərdə  tutulmuş  bacarıqların 
əldə olunması üçün açardır. Bu fənnin köməyi ilə ibtidai siniflərdə 
dünyanın  bütöv  mənzərəsini  vermək,  astronomik,  coğrafi,  bioloji, 
tarixi  və  s.  bilikləri  vəhdətdə  təqdim  etmək  və  onların  ümumi, 
qlobal qarşılıqlı əlaqələrini açıb göstərmək mümkündür. 
“Təbiət və biz”,  “İnsan və cəmiyyət”, “Əxlaq və mənəviy-
yat”, “Sağlamlıq və təhlükəsizlik” kimi 4 əsas məzmun xəttinə ma-
lik “Həyat bilgisi”nin tədrisi prosesində təbiət,  cəmiyyət, insan və 
onlar arasında qarşılıqlı əlaqələrin mahiyyətini və qanunauyğunluq-
larını aydınlaşdırmaq mümkün olur. 
İbtidai  siniflərdə  ana  dili  dərsliklərinin  məzmununda  ədəbi-
bədii materiallarla yanaşı, təbiət, coğrafiya, tarixə aid məlumatlar da 
vardır.  Nitq  inkişafı  ana  dilinin  tədrisinin  başlıca  prinsiplərindən 
biridir.  “Ana  dili”  kursunun  nitqyönümlü  olması,  yeni  tədris 
prosesində  üstünlüyün  nitq  inkişafına  verilməsi  inteqrasiya  üçün 
əlverişli şərait yaradır. Məlumdur ki, nitq fəaliyyəti olmadan heç bir 
dərsin  qurulması  mümkün  deyildir.  Ana  dilinin  digər  fənlərlə 
inteqrasiyasının təbii əsası məhz mətn qurmaq təlimi hesab olunur. 
Müstəqil  mətn  qurmaq  vərdişinin  bütün  fənlər  üçün  səciyyəvi 
olması ana dili ilə real inteqrasiyaya zəmin yaradır. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə