İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə27/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

Gülarə Balayeva 
 
 
80 
Dil  dərslərində  şagirdlərin söz  ehtiyatı  ətraf  aləmdəki cansız 
və canlı əşyaların, hadisələrin adları hesabına zənginləşir. Şagirdlər 
qrammatik  qanunlara,  qaydalara  uyğun  olaraq  həmin  sözlərdən 
istifadə  etməklə  cümlələr  qurur,  fikirlərini  rabitəli  şəkildə  ifadə 
edirlər.  Onların  sonradan  coğrafiya,  kimya  dərslərində  müəllimin 
dediklərini  anlamaları,  öyrəndiklərini  aydın  nitqlə  ifadə  edə 
bilmələri  sözlərin,  qrammatik  konstruksiyaların  köməyi  ilə 
mümkün  olur.  Deməli,  dil  inteqrasiya  vasitəsidir.  Hər  hansı  bir 
fənnin digər fənlərlə əlaqəsinin yaradılmasında ana dilindən istifadə 
olunması inteqrativlik baxımından dəyərləndirilir.  
Hazırda  ibtidai  təhsil  səviyyəsində  reallaşdırılan  fənn 
kurikulumları  da  inteqrativ  məzmunu  ilə  seçilir.  Kurikulumların 
inteqrativ  məzmunda  hazırlanması  onun  bir  neçə  cəhətdən 
keyfiyyətinin yüksəldilməsinə təsir göstərir. 
Birincisi, fənlərin inteqrasiyası onların saylarının azalması ilə 
nəticələnir. Məzmuna yaxın fənlər sintez edilir. 
İkincisi,  fənlərin  inteqrasiyası  həftəlik  saatların  minimum 
səviyyəyə endirilməsi imkanı  yaradır. Bu isə təlim yükünün, məş-
ğələlərin sayının azalmasına gətirib çıxarır. 
Üçüncüsü,  şagirdlərin  həyati  əhəmiyyətli  bilik,  bacarıq  və 
vərdişlər qazanmasına, onların şəxsiyyətinin formalaşması üçün ən 
zəruri praktik işlərin həyata keçirilməsinə imkan yaranır. 
Bütün bunlar bütövlükdə inteqrativlik prinsipinin əhəmiyyəti-
ni bir daha təsdiq edir. 
Bəşəriyyətin  tarixi  boyu  təhsil  insanların  təlim-tərbiyəsini, 
onların  inkişafını  təmin  edən  mühüm  vasitə,  sistem  kimi  çıxış 
etmişdir.  Bu  prosesin  həyata  kecirilməsi  zamanı  həmişə  insanın 
formalaşması üçün müvafiq sistemlərin hazırlanması istiqamətində 
yeniliklər etməyə təşəbbüs göstərilmişdir. XX yüzilliyi elmi-texniki 
tərəqqi dövrü kimi səciyyələndirənlər bu dövrün təhsili haqqında da 
orijinal fikirlər söyləmiş, onu zamanın tələbləri baxımından yüksək 
qiymətləndirmişlər:  “XX  yüzillik  məktəb  və  psixoloji-pedaqoji 
fikrin inkişafında önəmli mərhələ sayılır. Bu mərhələ yeni pedaqoji 
təfəkkürün formalaşması ilə əlamətdardır” (30, s.34). 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
81 
Ə.Ə.Əlizadə  yeni pedaqoji təfəkkürün ən xarakterik əlamət-
lərini  araşdırarkən  mahiyyət  etibarı  ilə  onun  da  üç  mərhələyə 
ayrıldığını xüsusi olaraq qeyd edir. İlkin mərhələdə dərsin optimal-
laşdırılmasının,  ikinci  mərhələdə  müasir  dərs  anlamının  qabarıq 
şəkildə  diqqəti  cəlb  etdiyini  bildirir.  Üçüncü  mərhələdə  isə  hu-
manistləşdirmə,  humanitarlaşdırma  prinsiplərinə  söykənən  müasir 
yanaşma  tərzinin  formalaşmasından  bəhs  edir.  Psixopedaqoji 
araşdırmalarında  belə  qənaətə  gəlir  ki,  “Yeni  pedaqoji  təfəkkür 
şagirdin  bir  şəxsiyyət  kimi  formalaşdırılmasını  təhsil  sisteminin 
başlıca vəzifəsi sayır” (30, s.38). 
Azərbaycan Respublikasının Təhsil Qanununda “Azərbaycan 
dövləti  qarşısında  öz  məsuliyyətini  dərk  edən,  xalqının  milli 
ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azad-
lıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına 
sadiq  qalan,  müstəqil  və  yaradıcı  düşünən  vətəndaş  və  şəxsiyyət 
yetişdirmək əsas məqsədlərdən biri kimi qeyd edilir” (119, s.11). 
Bütün  bunlar  təhsilin  yeni  xarakter  qazanmasından  xəbər 
verir. Təhsilin başlıca vəzifəsi olan şəxsiyyətin formalaşdırmasının 
aktuallığını  meydana  çıxarır.  Şəxsiyyətin  formalaşdırılması  isə  
ümumtəhsilin bütün pillələrində, o cümlədən ibtidai təhsildə də, ilk 
növbədə,  məzmunun  müəyyənləşdirilməsində  şəxsiyyətyönüm-
lülüyün didaktik prinsiplərdən biri kimi nəzərə alınmasını  tələb edir. 
Şəxsiyyətin formalaşması bu prinsipin zəruri şərti kimi çıxış edir. 
Məlum  olduğu  kimi,  ənənəvi  ibtidai  təhsilin  məzmununda 
daha  çox  deklarativ  biliklərə  sahib  olmaq  üstün  keyfiyyət  hesab 
olunurdu.  Öyrəndikləri  elmi  bilikləri  tətbiq  edə  bilən  şagirdlər 
qabaqcıl hesab edilir, başqalarından fərqlənirdi. 
Lakin  ibtidai  təhsilin  şəxsiyyətyönümlülük  prinsipi  əsasında 
hazırlanmış  müasir  məzmununda  şagirdlərin  əldə  edəcəkləri 
dəyərlər  əsas  məzmun  komponenti  kimi  əhəmiyyət  daşıyır. 
Nəticələr  formasında  verilmiş  ümumi  standartlar  həmin  dəyərləri, 
başqa sözlə, mədəniyyətləri ifadə edir. 
Dünyada şəxsiyyətyönümlü təhsilin  yaradılması istiqamətin-
də  xeyli təcrübə əldə edilmişdir. Artıq ümumi təhsildə şagirdlərin 


Gülarə Balayeva 
 
 
82 
nailiyyətlərinin  qiymətləndirilməsi  zamanı  onların  deklarativ
 
bilik 
və  bacarıqları  deyil,  əldə  etdikləri  dəyərlərin  qiymətləndirilməsinə 
üstünlük  verilir.  Rusiyada  aparılmış  araşdırmalar  nəticəsində  belə 
qərara gəlinmişdir ki, “İbtidai təhsilin məzmunu şəxsiyyətin aşağı-
dakı  əsas  keyfiyyətlərinin  ilkin  formalaşdırılmasına  istiqamətlən-
məlidir: 
- idrak mədəniyyəti; 
- kommunikativ mədəniyyət; 
- mənəvi mədəniyyət; 
- estetik mədəniyyət; 
- əmək mədəniyyəti; 
- fiziki mədəniyyət (127, s.147). 
Bu  isə  onu  göstərir  ki,  şəxsiyyətin  ümumi  mədəniyyətinin 
formalaşması  üçün  yuxarıdakı  dəyərlərin-mədəniyyətlərin  forma-
laşdırılması vacibdir. Bunun üçün şagirdlər idraki, hissi-emosional 
və  fiziki  keyfiyyətlərə  malik  olmalı,  müvafiq  bilik,  bacarıq  və 
vərdişlərə yiyələnməlidirlər. 
Təcrübələr onu göstərir ki, ibtidai siniflərdə fənlərin müəyyən  
olunmasında  məhz  bu  tələbatın  nəzərə  alınması  məqsədəuyğun 
nəticələr  əldə  etməyə  imkan  yaradır.  Bu  zaman  təlim  prosesində 
şagirdlər  daha  çox  fəallılıq  göstərir,  verilən  tapşırıqları  həvəslə 
yerinə yetirirlər. 
İbtidai  təhsil  pilləsində  şagirdlərin  ümumi  mədəniyyətinin 
formalaşmasında bütün fənlər çıxış edir. Lakin bu prosesdə hər han-
sı bir fənnin aparıcı rol oynadığı da inkar olunmazdır. Belə ki, idra-
ki mədəniyyətin formalaşmasında riyaziyyat, həyat bilgisi, informa-
tika,  kommunikativ  mədəniyyətin  formalaşdırmasında  dillər, 
mənəvi,  estetik  mədəniyyətlərin  formalaşmasında  musiqi,  təsviri 
sənət,  əmək  mədəniyyətinin  formalaşmasında  texnologiya,  fiziki 
mədəniyyətin formalaşdırılmasında fiziki tərbiyə fənləri əsas vasitə 
kimi çıxış edir. 
Standartlarda ifadə olunmuş həmin mədəniyyətlər şəxsiyyətin 
müxtəlif tərəflərini əhatə etməklə onun bütövləşməsinə xidmət gös-
tərir. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə