İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə24/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
71 
 
II FƏSİL 
 
 İBTİDAİ TƏHSİLİN MƏZMUNUNUN PEDAQOJİ 
PROBLEMLƏRİ. 
 
2.1. İbtidai təhsilin məzmununun əsas prinsipləri 
 
Azərbaycanda  həyata  keçirilən  təhsil  islahatları  onun  bütün 
mərhələlərində  də  dəyişikliklər  aparmaqla  yeni  bir  sistemin 
yaradılmasına yönəldilmişdir. Təbii ki, bu dəyişiklərin içərisində ən 
önəmli  olan  ümumi  təhsildir  ki,  ibtidai  təhsil  onun  ilk  səviyyəsi, 
bünövrəsi  hesab  olunur.  Mütəxəssislər  bu  səviyyənin  düzgün 
müəyyənləşdirilməsini,  ümumiyyətlə,  insanın  təhsil  alması  üçün  
çox  əhəmiyyətli  hesab  etmişlər.  Ona  görə  də  dünyanın  müxtəlif 
ölkələrində ibtidai təhsilin məqsədi, vəzifələri, müddəti, məzmunu 
və s. məsələləri həmişə müzakirə obyekti olmuş, geniş fikir müba-
diləsinə  çevrilmişdir.  Lakin  müzakirəyə  çevrilən    bu  məsələlərin 
əsasında  ibtidai  təhsilin  məzmununun  prinsipləri  dayanır.  Başqa 
sözlə, həmin məsələyə didaktik əsas kimi də yanaşmaq olar. Dünya 
pedaqoji  fikrində  bu  prinsiplər  birmənalı  şərh  olunmur.  Onlar  da 
diskussiyaların  mövzusuna  çevrilməklə  pedaqoji  cəhətdən  yekdil 
olmayan bir məsələ kimi diqqəti cəlb edir. 
Araşdırmalar onu göstərir ki, bu müxtəliflik problemin ayrı-
ayrı müstəvilərdə mövcud olması, müxtəlif yanaşmaların obyektinə 
çevrilməsi ilə bağlıdır. 
Azərbaycanda  aparılan  təhsil  islahatları  çərçivəsində  ibtidai 
təhsilin  yüksək  dəyərləndirilməsi,  onun  dörd  ildə  reallaşdırılması 
nəzərdə  tutulur.  Bu  zaman  Azərbaycan  təhsilində  uzunillik 
təcrübəyə  istinad  olunması,  ən  faydalı  və  əhəmiyyətli  cəhətlərin 
diqqət mərkəzində saxlanılması önəmli hesab edilir. Xüsusən  yeni 
təhsil  siyasətinə  uyğun  tətbiq  olunan  konsepsiyanın,  yeni 
kurikulumların hazırlanması, ibtidai təhsilə dair fikir və mülahizələ-


Gülarə Balayeva 
 
 
72 
rin formalaşdırılması zəruri hal kimi dəyərləndirilir. Bundan əlavə, 
beynəlxalq miqyasda insanlıq üçün çox dəyərli olan keyfiyyətlərin 
öyrənilməsi üstün hal hesab olunur. Heç şübhəsiz, bu vəziyyətin qa-
barıqlaşdırılması mühüm prinsip kimi ibtidai təhsilin məzmununun 
qurulmasında milliliklə bəşəriliyin nəzərə alınması kimi başa düşü-
lür. 
Hələ  1999-cu  ildə  təsdiq  olunaraq  Respublikada  təhsil 
sahəsində fəaliyyətlərin  əsasına gətirilən “Azərbaycan Respublika-
sının Təhsil Sahəsində İslahat Proqramı”nda ölkənin təhsil sahəsin-
də böyük dəyişiklərin aparılması qeyd olunurdu. Daha konkret de-
miş olsaq, sənəddə “milli zəminə, bəşəri dəyərlərə əsaslanan… yeni 
təhsil sisteminin yaradılması” (16, s.6) xüsusi olaraq vurğulanırdı. 
Müstəqil  Azərbaycanda  siyasətə  uyğun  olaraq  yeni  təhsil 
sisteminin  qurulması  labüd  olduğu  kimi,  onun  yeni  prinsiplər 
üzərində bərqərar olması da o qədər təəccüblü hadisə deyildir. Çün-
ki  yeninin  özünəməxsus  bünövrəyə  malik  olması  real  düşüncənin 
məhsulu kimi məntiqi bir haldır. Onun həyata keçirilməsi isə xüsusi 
səriştə və bacarıq tələb etməsi ilə fərqlənir. 
Azərbaycanda qurulmaqda olan ibtidai təhsil ümumi təhsilin 
bünövrəsi  rolunu  oynayır.  Onun  daha  etibarlı  olması  bütövlükdə 
orta  təhsilin  uğurlu  qurulması  kimi  başa  düşülür.  Qloballaşan 
dünyanın təhsil aləmində geniş miqyaslı inteqrasiyanın aparılması, 
mədəniyyətlərin  çoxluğu  şəraitində  insanların  əlaqə  və  ünsiyyət 
qurmaq  tələbatı  təbii  olaraq  onları  formalaşdıran  təhsil  mühitinin 
daha  invariant  olmasını,  inteqrativ  bacarıqlara  söykənən 
keyfiyyətlərin formalaşmasını mühüm tələb kimi qarşıya qoyur. 
Heç  şübhəsiz,  bu,  müstəqillik  şəraitində  yeni  problem  kimi 
dəyərləndirilir  və  onun  reallaşdırılması  istiqamətində  müvafiq 
tədbirlərin həyata keçirilməsi zəruri hesab edilir. 
Qeyd etmək lazımdır ki, bu, əvvəllər də aktual problem kimi 
şərh olunmuşdur. Azərbaycanın görkəmli pedaqoq-alimi, pedaqoji 
elmlər  doktoru,  prof.  Z.İ.  Qaralov  Azərbaycanda  təhsil  islahatının 
elmi  əsasları  barədə  düşünərək  belə  qənaətə  gəlmişdir  ki,  1980-ci 
illərdən  sonra  tərbiyənin  inkişafı  prosesində  dörd  istiqamət 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
73 
müşahidə  olunur.  Onlardan  biri  “milli-mənəvi  dəyərlərlə  islam 
dəyərlərini  və ümumbəşəriliyi üzvi surətdə  əlaqələndirilmiş halda 
mənimsəmək  əsasında  təmiz  əxlaqlı,  bilikli  və  yaxşı  davranışlı 
şəxsiyyətlər  yetişdirməkdir.  Bu  yol  millilikdən  ümumbəşəriliyə 
doğru inkişaf yoludur” (16, s. 6). 
Alim bu məsələdən danışarkən, ilk növbədə, onun metodolo-
giyasının və fəlsəfəsinin işlənməsini vacib hesab edir. Eyni zaman-
da  ümumbəşəri  dəyərlərlə  əlaqələndirilməsi  vacib  hesab  edilən 
aşağıdakı milli-mənəvi dəyərləri konkretləşdirir: 

 
milli adət-ənənələr; 

 
tarixən formalaşmış milli həyat tərzi nümunələri; 

 
milli mentalitet; 

 
milli mədəniyyət, milli musiqi, milli təsviri sənət; 

 
milli mətbəx; 

 
münasibətlər  çoxluğu:  ailə  münasibətləri,  ictimai  münasi-
bətlər, millətlərarası münasibətlər, geoloji məkan və onun təbii sər-
vətlərinə münasibət, tarixən formalaşmış istehsal məhsulu və isteh-
sal münasibətləri; 

 
bədii təfəkkürün məhsulu; 

 
milli dil və milli tarix” (72). 
Görkəmli  pedaqoq  alim,  pedaqoji  elmlər  doktoru, 
prof.N.A.Kazımov pedaqogikanın mühüm atributlarından biri kimi 
pedaqoji prosesdən danışaraq onun mahiyyətini şərh edir. Azərbay-
can vətəndaşının  yetişdirilməsində milli və ümumbəşəri dəyərlərin 
vəhdətdə olmasını vacib sayaraq qeyd edir ki, “milli və ümumbəşəri 
dəyərlərə yiyələnmək yolu ilə  Azərbaycanın dövlət müstəqilliyini, 
sərhədlərinin  toxunulmazlığını,  ərazi  bütövlüyünü  qorumağa,  res-
publikamızı inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldır-
mağa qadir olan adamlar yetişdirməyə köməklik göstərmək peda-
qoji prosesin məqsədidir” (55, s. 55). 
Artıq  “Azərbaycan  Respublikasında  Ümumtəhsilin  Konsep-
siyası  (Milli  Kurikulumu)”  dövlət  sənədində  milli  və  ümumbəşəri 
dəyərlərin  nəzərə  alınması  kurikulumun  hazırlanmasının  mühüm 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə