İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə28/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
83 
Nəticədə onu qeyd etmək lazımdır ki, Azərbaycanda ümumi 
təhsilin mühüm səviyyəsi kimi ibtidai təhsil yenidən qurulur. Onun 
kurikulumları  tədricən  tətbiq  olunur.  İlkin  araşdırmalar  həmin 
məzmunun  optimal  olduğunu,  mükəmməl  didaktik  prinsiplərə 
söykəndiyini göstərir. 
Şəxsiyyətyönümlü  məzmun  bilavasitə  həyati  bacarıq  və 
vərdişlərə  üstünlük  verilməsi  ilə  fərqlənir.  İnsanın  gələcək  həyat 
fəaliyyəti  üçün  zəruri  olan  praktik  bacarıq  və  vərdişlərin  əhatə 
edilməsini,  əqli  fəaliyyətlə  bağlı qabiliyyətlərin formalaşmasını  ön 
plana  çəkir.  Tələb  olunan  bacarıq  və  vərdişlərin  formalaşmasına 
imkan  yaradan  minimum  biliklərin  həcmi  müəyyənləşdirilir.  Bu 
biliklər  minimum  təlim  məqsədlərinə  çatmaq  üçün  vasitə  kimi 
nəzərdə tutulur. Dinamik xarakterə malik olub, müəyyən bacarıq və 
vərdişlərin,  əqli  fəaliyyət  növlərinin  əsasında  durur.  Daha  çox 
funksional  dəyərliliyi  ilə  seçilir.  Adətən,  belə  məzmundan  təhsilin 
icbari  mərhələsində  istifadə  olunur.  Şagirdlərin  hazırlığına  verilən 
minimum tələblər də bu məzmuna daxil edilir və dövlət tərəfindən 
təsdiqlənərək hüquqi status alır. 
Şəxsiyyətyönümlü  məzmun  inteqrativ  xarakteri  ilə  seçilir. 
Onun  müəyyənləşdirilməsində  şəxsiyyətin  formalaşması  üçün 
əhəmiyyət  kəsb  edən  və  bilavasitə  insanın  şəxsi  fəaliyyəti  üçün 
lazım olan tələblər əsas götürülür.  
Bütün  bunlar  isə  bütövlükdə  təhsilin  humanistləşdirmə 
prinsipi əsasında qurulmasına təminat verir. 
Şəxsiyyətyönümlülükdən  bəhs  edərkən  bəzi  hallarda  onu 
şagirdyönümlülüklə  qarışdırırlar.  Bu  anlayışların  hər  ikisi  müasir 
pedaqogikada istifadə olunur. Azərbaycanda yeni təhsil konsepsiya-
sının  hazırlanması  və  tətbiq  olunmasında  onlardan  geniş  istifadə 
edilir  və  hər  iki  anlayış  öz  semantikasına  görə  bilavasitə  şagird 
şəxsiyyətinin inkişafını nəzərdə tutur. Lakin mahiyyət etibarı ilə bu 
anlayışlar  bir–birindən  fərqlənir.  Şəxsiyyətyönümlülük  şagirdyö-
nümlülüklə  müqayisədə  daha  geniş  məna  daşıyır.  Burada  təhsilin 
fəlsəfəsində  böyük  dəyişikliklərin  olması  tələb  edilir.  Şəxsiyyətin 
inkişafının mədəniyyətlə, başqa sözlə, dəyərlərlə ölçülməsi mühüm 


Gülarə Balayeva 
 
 
84 
şərt  kimi  gözlənilir.  Nəzərdə  tutulan  bütün  bilik  və  bacarıqların 
səriştələr kimi formalaşdırılması vacib hesab edilir. 
Bütün  bunlar  onu  göstərir  ki,  ibtidai  təhsilin  məzmununun 
yaradılmasında adı çəkilən pedaqoji prinsiplər çox əhəmiyyətli rol 
oynayır və gələcəkdə də Azərbaycan təhsilinin inkişaf etmiş dünya 
ölkələrinin təhsil  səviyyəsinə  çatdırılması üçün həmin prinsiplərin 
əsas götürülməsi faydalı hesab olunur. 
Təhsil  sosial  hadisə  kimi  cəmiyyətin  həyatında  önəmli  rol 
oynayır. O, üstqurum hadisəsi kimi bazis dəyişərkən ona müvafiq 
olaraq  dəyişir.  Bu  dəyişikliklər  təsadüfi  xarakter  daşımır.  Zəruri 
həyat hadisələri kimi meydana cıxır. Bazisin dəyişməsi ilə yaranan 
yeniliklər  təhsili  özünün  tələbatlarına  uyğunlaşdırır.  Beləliklə, 
təhsildə dəyişikliklər baş verir. 
Bu,  təhsilin  tarixi  boyu  belə  olmuşdur.  Keçmiş  sovetlər  bir-
liyində də inzibati quruluş özünə uyğun təhsil sistemi  yaratmışdır. 
Təhsilin  məzmunundan  başlayaraq  onun  təşkilinə  qədərki  bütün 
mərhələlərdə təhsil inzibati amirliyin göstərişlərinin əsasında qurul-
muş  və  zaman–zaman  dəyişikliklərə  uğramışdır.  Ona  görə  də 
şablonçuluq  yaranmış,  məktəbdə  yaradıcılıq  və  təşəbbüskarlığa 
müasir mənada yol verilməmişdir. 
1999-cu ildən başlayaraq həyata keçirilən təhsil islahatı döv-
ründə Azərbaycanda fəaliyyətdə olan umumi təhsilin durumu öyrə-
nilərkən bu qərara gəlinmişdir ki, ümumi təhsil təklifyönümlüdür. 
Bu  vəziyyət  ümumi  təhsilin  bütün  pillələrində  olduğu  kimi, 
ibtidai  təhsil  pilləsində  də  müşahidə  edilmişdir.  İbtidai  təhsilin 
tədris  planlarının,  proqramlarının  hazırlanmasında,  fənlərin 
seçilməsi və onlara konkret saatların ayrılmasında yuxarıda verilmiş 
göstərişlər əsas rol oynamışdır. Ona görə ibtidai təhsilin məzmunu 
təklifyönümlü xarakter almışdır. 
Azərbaycanda  təhsil  islahatlarının  aparılması,  ilk  növbədə, 
məzmunun  demokratik  əsasda  qurulması  problemini  ciddiliyi  ilə 
qarşıya qoyurdu. 
Bu problemi necə həll etmək lazım idi? 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
85 
Təhsilin məzmununu hər hansı bir diqtə ilə yaratmaq məqbul 
hesab  edilmir.  Müasir  pedaqogikada  bu  məsələyə  belə  bir  müna-
sibət  bildirilir:  “Məzmun  təhsilin  məqsədlərini  həyata  keçirməyin 
vasitəsi  olmaqla  cəmiyyətin,  həm  də  ayrı-ayrı  adamların  cari  və 
perspektiv tələbatlarını əks etdirir. Məzmunun formalaşdırılmasını, 
onun  müxtəlif  tipli  və  səviyyəli  tədris  müəssisələrinin  proqram-
larına daxil olunmasını daha çox tələbatlar istiqamətləndirir” (110, 
s.138-139). 
Bu tələbatlar insanın fəaliyyətini stimullaşdırır. Onları müəy-
yən iş görməyə, təlim fəaliyyəti göstərməyə təhrik edir. 
Araşdırmalar  onu  göstərir  ki,  şagirdlərin  tələbatı  əsasında 
seçilmiş təlim materialları maraqla qarşılanır və öyrənilir. Əks halda 
şagirdlər  oxumaq  istəmir,  təlim  tapşırıqlarını  yerinə  yetirməkdən 
boyun  qaçırırlar.  Xüsusən  ibtidai  siniflərdə  şagirdlər  daha  tez 
həvəsdən  düşür,  öyrənmə  maraqları  azalır.  Ona  görə  də  ibtidai 
təhsilin  məzmununun  hazırlanmasında  tələbyönümlülüyün  nəzərə 
alınması onun mühüm atributu kimi çixış edir. 
Tələbyönümlülük pedaqoji anlayış kimi öz məzmununda nəyi 
ehtiva edir? Daha konkret demiş olsaq, bir prinsip kimi onun me-
yarları hansılardır? A.O.Mehrabov təlimin məzmununun təkmilləş-
dirməsi  məsələlərindən  danışarkən  belə  qənaətə  gəlir  ki,  “təhsilin 
məzmununu daxili və xarici olmaqla iki komponentə ayırmaq olar” 
(91, s.61). Xarici komponent real ətraf aləmlə bağlı olan amillərdir. 
Onlar  anlayışları  ehtiva  edən biliklərdən ibarətdir, intəhasız olaraq 
artan və böyük bir sistem şəklində təzahür edən reallıqlardır. “Qar-
şılıqlı təsirdə olan iki real dünya və tədris olunan kursların məzmu-
nunu özündə cəmləşdirən tərkib hissələrindən ibarətdir” (91, s.61).   
Təhsilin  məzmununun  daxili  komponenti  “təhsil  alan  şəxsin 
atributudur, substansiyanın ayrılmaz xüsusiyyəti, ayrılmaz cəhətidir. 
Ona görə də təhsilin daxili məzmunu təhsil alanın təhsil ehtiyacları-
nın ödənilməsi ilə uyğunlaşdırılmalıdır” (91, s.61).   
Beləliklə, tələbyönümlülük dedikdə, ilk növbədə, sosial sfera-
nın tələbatları diqqət mərkəzində saxlanılmalıdır. Cəmiyyətin duru-
mu, texniki inqilab, sosial, iqtisadi, mədəni inkişafın nəticəsində baş 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə