İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə31/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

Gülarə Balayeva 
 
 
92 
 
2.2.İbtidai təhsilin məzmununun funksiyaları 
 
İbtidai  təhsilin  məzmununun  strukturunu    müəyyən  etmək 
üçün  didaktik  prinsiplərlə  yanaşı,  onun  funksiyalarını  da  müəy-
yənləşdirmək  zəruri  hesab  edilir.  Ümumi  təhsilin  məzmununun 
nəzəri  əsaslarını  araşdıran  pedaqoq  alimlər  də  belə  bir  fikrə  gəl-
mişlər ki, hər bir fənnin təlim keyfiyyəti, ilk növbədə, onun məzmu-
nunun  düzgün  müəyyənləşdirilməsindən  asılıdır.  Məzmunun  düz-
gün müəyyənləşdirilməsi isə onun istiqamətlərinin konkretləşdiril-
məsini  təmin  edən  və  ona  pedaqoji  dəstək  göstərən  funksiyaların 
aydınlaşdırılmasını tələb edir. V.V.Krayevski və  İ.Y.Lernerin  yaz-
dıqlarına görə “Hər pillə üçün təhsilin məzmunu spesifik xarakter 
daşıyır” (159, s.47). Onların fikrincə, “Sovet ümumi təhsil məktəbi-
nin məzmununun başlıca funksiyası hərtərəfli inkişaf etmiş şəxsiy-
yətin  formalaşmasına  bir  vasitə  kimi  xidmət  göstərməkdən  ibarət-
dir” (159, s.47). 
Əslində  ibtidai  təhsilin  məzmununun  funksiyaları  ilə  bağlı 
problemin həll olunması  onun ümumi fəlsəfəsinə aid olan məsələ 
kimi  dəyərləndirilir.  Çünki  orada  konkretliklə  yanaşı,  daha  çox 
konseptual  xarakter  daşıyan  ümumi  keyfiyyətlər  vardır.  Bu 
keyfiyyətlər  bütövlükdə  ibtidai  təhsilin  məzmununa  aid  olmaqla 
bərabər,  həm  də  digər  problemlərlə  də    bilavasitə  bağlı  olur. 
Təhsilin məzmununun funksiyaları, ilk növbədə, pedaqoji prosesin  
qurulmasına  nüfuz  edir.  Başqa  sözlə,  məzmunun  reallaşmasında 
özünü göstərir. 
 
Pedaqoji  prosesin  demokratik,  humanist  xarakteri  təhsilin 
məzmunundan  irəli  gəlir.  Oradakı  bilik,  bacarıq  və  vərdişlərin 
ibtidai  təhsil  pilləsində    nə  dərəcədə  faydalı  olması  ilə  bağlı  olur. 
Əgər  ibtidai  təhsil  pilləsində  elmin  əsaslarını  öyrənməklə  bağlı 
funkisiyalar müəyyənləşdirilmişdirsə, deməli, pedaqoji proses də bu 
istiqamətə yönəlməklə təhsilin daha fundamental səviyyədə davam 
etməsinə xidmət göstərməkdə  davam edəcəkdir. Yaxud da  əksinə, 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
93 
funksiyaların emprik səviyyədə müəyyən olunması təlim prosesinin 
həyati tələblər səviyyəsində qurulması ilə nəticələnəcək.  
İbtidai  təhsilin  məzmununun  funksiyalarından  danışarkən, 
onu daha aydın təsəvvür etmək üçün bilavasitə “funksiya” anlayışı-
na da münasibət bildirmək  əhəmiyyətli hesab edilir. 
Funksiya (latın dilinə məxsus olub, lüğəvi mənası icra, yerinə 
yetirmə  deməkdir)  fəlsəfə  lüğətində  onun  semantikası  “Mövcud 
münasibətlər  sistemində  hər  hansı  bir  obyektin  xassələrinin  xarici 
təzahürü” (38, s. 459)
 
kimi izah edilir.   
M.M.  Skatkin  təhsilin  məzmun  anlayışının  təkmilləşdiril-
məsindən  danışarkən  funksiya  anlayışına  xüsusi  diqqət  yetirir. 
Bildirir ki, “Funksiya hərəkətlərlə müşayiət olunur. Funksiya müəy-
yən  olunmuş  fəaliyyətdir,  fəaliyyət  isə  reallaşdırılan  bacarıqların 
bir-birini  əvəz  etməsidir”  (155,  s.44).
 
Tədqiqatçı  funksiya  kimi 
müəyyən  olunmuş    fəaliyyətlərdən  danışarkən  bütün  sahələr  üzrə 
ümumiləşdirilmiş şəkildə  onları  beş  cür qruplaşdırır: ”mexanotex-
niki,  elektrotexnik,  avtomatik-texniki,  təşkilati  və  iqtisadi”  (155, 
s.44).
  
Bu  xüsusiyyətlər    eyni  ilə    təhsil  sahələrinə  də  aid  edilir, 
onların  məzmununun  qurulmasında  mühüm  funksional  cəhətlər 
diqqət mərkəzində saxlanılır. 
İbtidai təhsilin məzmununun funksiyalarını düzgün müəyyən 
etmək onun hazırlanmasında təlim-tərbiyə prosesinin idarə olunma-
sında  əhəmiyyətli  rol  oynayır.  Məktəb  işinin  planlaşdırılmasından 
başlayaraq  onun  yerinə  yetirilməsinə  qədərki  bütün  mərhələlərdə 
məzmun  özünün  daxili  potensialı,  yükü  ilə  iştirak  edir.  Təhsilin 
məzmununun  reallaşdırılmasının  mərhələləri,  onların  ümumiləş-
dirilərək  dəyərləndirilməsi  müəyyən  məntiqi  ardıcıllıqla  həyata 
keçir. 
İbtidai  təhsil  pilləsində  məzmunun  funksiyalarının  müəyyən 
olunması şagirdlərə hansı aspektdə bilik və bacarıqların verilməsini 
diqtə  edir.  Fənlərin  tədrisinin  zəruriliyini  əsaslandıran    ciddi 
pedaqoji əsas kimi çıxış edir.  


Gülarə Balayeva 
 
 
94 
Məzmunun  funksiyalarının  müəyyənləşdirilməsi  bütövlükdə 
ibtidai təhsil pilləsində  şagird şəxsiyyətinin formalaşdırılması üçün 
lazım olan ən zəruri amilləri birləşdirir. Burada şagirdlərin öyrənmə  
fəaliyyətində  daim  iştirak  edən  müəllim  və  şagird  amillərinin 
əhəmiyyətli rolu nəzərdə tutulur. 
Ənənəvi təlim prosesindən fərqli olaraq şagirdlər daha fərqli 
olaraq fəal subyekt kimi pedaqoji prosesdə aparıcı qüvvə kimi çıxış 
edirlər:  problemləri  müəyyən  edirlər,  araşdırırlar,  kəşflər  edirlər, 
yaradıcı şəxs kimi fəaliyyətlərini nümayiş etdirirlər. Təlim prosesi 
ənənəvi  təhkiyə,  yaxud  bəlağətli  nitq  meydanı  deyil,  qoyulmuş 
problemin  standart,  yaxud  qeyri-standart  formada  həll  olunması 
üçün optimal şəraitə cevrilir. Bu zaman müəllimin işinin keyfiyyəti 
istiqamətverici, əlaqələndirici rolu ilə müəyyənləşdirilir. 
Bütün  bunların  müasir  səviyyədə    məntiqli  və    məzmunlu 
həyata  keçirilməsi  təhsilin  məzmununun  funksiyaları  baxımından  
nəzərdən keçirilərək dəyərləndirilir. 
Belə bir vahid yanaşma tərzi hamı tərəfindən qəbul olunur ki,  
ibtidai  təhsilin  məzmununun  funksiyaları  ümumi  şəkildə 
müəyyənləşdirilir  və  metodoloji  əsas  kimi  fəaliyyətlərin  əsasına 
gətirilir. Hər hansı müəllim, məktəb rəhbəri ümumilikdə təhsil üçün 
onları rəhbər funksiyalar kimi  qəbul edərək öz işində nəzərə alır və 
davam etdirir. 
Ümumiyyətlə,  tədqiqatçılar  məzmunun  müəyyən  olunması-
nın həm ciddi, həm də məsul bir iş olduğunu bildirir, onun yerinə 
yetirilməsində  çətinliklərin qarşıya çıxdığını qeyd edirlər.  Mövcud 
təhsilin  məzmununun  qurulması  üzrə  əldə  olunmuş  təcrübələr  də 
bilavasitə  məzmunun  hazırlanmasının  o  qədər  də  asan  olmadığını 
aydın şəkildə göstərir. Çünki burada ətraf mühit haqqında nəzəri və 
praktik  biliklər,  idrak  fəaliyyətləri,  eləcə  də  hissi  və  psixomotor
 
bacarıqlar  qarşılıqlı  əlaqə  şəklində  məzmunda  ümumiləşdirilir. 
Məzmun  bu  zəruri  elementləri  ehtiva  etməklə  xüsusi  funksiya 
daşıdığını, ona bilavasitə xidmət göstərdiyini qabarıq şəkildə ifadə 
edir. Ona görə də ibtidai təhsilin məzmununun funksiyalarını nəzəri 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə