İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə33/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

Gülarə Balayeva 
 
 
98 
Pedaqoji  psixologiyada  bərqərar  olmuş  ənənələrə  görə 
inkişafetdirici  təlim  məqsədləri  bilavasitə  əqli  inkişaf  ölçüləri  ilə 
araşdırılır. “İdrak proseslərinin, ilk növbədə, təfəkkür və təxəyyülün 
inkişafı fikri əməliyyatların (tədris əməliyyatlarının) və intellektual 
(tədris  əməyi)  bacarıqların  formalaşdırılması  inkişafetdirici  təlim 
məqsədlərinin əsas yönümünü müəyyən edir”(33, s.12).
 
Bu  fikirlərdən  belə  qənaətə  gəlmək  olar  ki,  ibtidai  siniflər 
üçün  məzmun  funksiyalarının  müəyyən  olunması,  ilk  növbədə, 
onun  hansı  xarakter  daşıması  ilə  əlaqədardır.  Bu  mənada  “Yeni 
tələblərə uyğun, yeni dövrün ab-havasına  uyğun yeni təhsil sistemi 
lazımdır”  (43,  s.11)  mülahizəsinə  əsasən  çıxış  edərək  millətin 
gələcəyini  formalaşdırmağın  ən  başlıca  yolu,  üsulu”  (133,  s.16) 
hesab  edilən  təhsilin  dinamik  bir  proses  kimi  dəyişməsi,  dövrün, 
zamanın  tələbləri  əsasında  periodik  olaraq  yeniləşmiş  məzmun 
tələb  etməsi  zərurət  kimi  meydana  çıxır.  Bu  isə  dövrün  sosial 
pedaqoji mənzərəsini açıqlamağı tələb edir. 
Müasir  dövrün  psixopedaqoji  problemlərini  öyrənən 
Ə.Ə.Əlizadə  də  bu  məsələlərdən  bəhs  edərkən  hər  bir  dövrün 
özünəməxsus  pedaqoji  mentalitetinin  olması  və    XX  əsrin  yeni 
psixoloji-pedaqoji ideyalarla seçilməsi fikrinə  gəlir.  “XX  əsr  üçün 
xarakterik  olan  yeni  pedaqoji  təfəkkürün  inkişafı  üç  mərhələdə 
özünü göstərir. Birinci mərhələdə dərsin optimallaşdırılması, ikinci 
mərhələdə  yeni  təhsil  konsepsiyalarının  işlənməsi,  inkişafetdirici 
təlim  prinsiplərinin  meydana  gəlməsi,  üçüncü  yeni  yaranan 
ideyaların  məktəbə  yol  açması  ilə  səciyyələnir,  üçüncü  mərhələ 
ötən əsrin 90-cı illərindən etibarən genişlənməyə başlamışdır” (30, 
s.34-38). 
Bu  gün  ibtidai  təhsilin  inkişafında  ən  mühüm  addımlardan 
biri onun məzmununun yeni konsepsiya əsasında formalaşdırılma-
sından ibarətdir. Burada başlıca ideya inkişafetdirici və tərbiyələn-
dirici  təlimin  qurulması  üçün  potensial  imkanların  yaradılmasıdır. 
Məzmunun yeniləşdirilməsi bu qəbildən olan işlərdən hesab edilir. 
İbtidai  təhsilin  məzmununun  nəticələrdən  ibarət  təlim  standartları 
formasında müəyyənləşdirilməsi də bu zərurətdən irəli gəlir. Çünki 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
99 
inkişafetdirici  təlim  sahəsində  nailiyyətləri  izləyə  bilmək  üçün 
nəticəyönümlü (standartlara əsaslanan) təhsil sənədlərinin hazırlan-
ması səmərəli texnologiyalardan hesab edilir.  
Təhsil standartları məzmununda bilikləri və fəaliyyətləri əhatə 
edir. Ümumiyyətlə, biliklər mahiyyət etibarı ilə insan, cəmiyyət və 
təbiətlə  bağlı    varlıqları  əhatə  edir.  Müxtəlif  elm  sahələrində  bu 
anlayışla  bağlı  mülahizələr  vardır.  Fəlsəfi  anlayış  kimi  “Bilik 
insanların ictimai maddi və mənəvi fəaliyyətinin məhsulu; aləmin  
obyektiv  xassələrinin  və  əlaqələrinin,  təbiətin  və  insanın  işarə 
formasında ideal ifadəsi” dir (38, s.60). Pedaqoji anlayış kimi “Bilik 
təbiət, cəmiyyət və hadisələr, qaydalar, qanunlar və qanunauyğun-
luqlar sistemi deməkdir” (74, s. 211). 
Hər iki yanaşmada biliklərin həyat hadisələrini, onların qanun 
və qanunauyğunluqlarını əks etdirdiyi vurğulanır. Pedaqoji anlayış 
kimi biliklərdə  xüsusi sistemin olması onun əlamətdar cəhəti hesab 
edilir. 
Nəticəyönümlü ibtidai təhsildə biliklər müəyyən əlamətlərinə 
görə fərqləndirilir, onların mənimsənilməsinə differensial yanaşma 
üçün xarakterik cəhətlərin aydınlaşdırılması zəruri hesab edilir.  
Son  ədəbiyyatlarda  biliklərin  müxtəlif  təsnifatlarının  olduğu 
müəyyən edilmişdir. Məlum olmuşdur ki, B.Blum ötən əsrin 60-cı 
illərində “Təlim məqsədlərinin təsnifatı” əsərini yazmış orada təlim 
məqsədlərinin  taksonomiyasını  vermiş,  eyni  zamanda  biliklərin 
kateqoriyaları barədə mülahizələrini söyləmişdir ki, uzun zaman bu 
nəzəriyyə  ABŞ-da  təlimin  təşkilinin  mühüm  didaktik  əsaslarından 
biri kimi nəzərə alınmışdır. 
Azərbaycanda  ibtidai  siniflər  üçün  yeni  yaradılan  fənn 
kurikulumlarındakı  məzmun  standartlarından  bəhs  edən  A.  Süley-
manova  belə  qənaətə  gəlir  ki,  “Biliyin  kateqoriyaları  baxımından 
ümumi  xarakter  daşıyan  məzmun  alt-standartlarda  hissələrə  bölü-
nərək  biliyin  deklorativ,  prosedural  və  kontekstual  adlanan  üç 
böyük kateqoriyasından birinə aid olur” (116, s.50). 
Araşdırmalara  əsasən  belə  nəticəyə  gəlmək  olar  ki,  biliyin 
kateqoriyaları yalnız alt-standartlara deyil, təhsilin bütün mərhələlə-


Gülarə Balayeva 
 
 
100 
rində  nəzərdə  tutulmuş  standartlara  da  şamil  edilir.  Çünki  bütün 
mərhələlərdə  standartlar  öz  məzmununda  müəyyən  bilikləri  ifadə 
etməsi ilə nəzərə çarpır.  
Deklorativ  biliklər  ayrı-ayrı  informasiya  və  informasiyalar 
sistemindən  ibarət  olub  anlayışlar,  konkret  element  və  detallar, 
təsnifatlar,  kateqoriyalar,  prinsiplər,  ümumiləşdirmələr,  nəzəriyyə, 
model  və  strukturları  əhatə  edir.  Son  dövrlərdə  deklorativ  biliklər 
faktiki və konseptual olmaqla iki yerə ayrılaraq şərh olunur. Bütün 
hallarda  bu  biliklər  deklorativ  xarakter  daşıyır.  Anlayış,  hadisə, 
qanun və qanunauyğunluqların əlamətlərini əhatə edir. 
İbtidai  siniflərdə  şagirdlərin  mənimsədiyi  deklorativ  biliklər 
daha çox işlək olan, praktik fəaliyyət prosesində istifadə edilən  ən 
zəruri  biliklər  hesab  edilir.  Şagirdlər  öyrənməklə  fəaliyyət  üçün 
ilkin  baza  rolunu  oynayan  anlayış  və  kateqoriyalara  yiyələnmiş 
olurlar. 
Prosedural biliklər üsullar və onlardan istifadə qaydalarından 
ibarətdir.  Bu  biliklər  isə  özündə  konkret  bacarıqları,  alqoritmləri, 
üsul və metodları, onlardan istifadə kriteriyalarını ehtiva edir.  Onlar 
daha  çox  “tapşırıqların  yerinə  yetirilməsi  prosesində  tətbiq  edilir” 
(116, s.50). 
Kontekstual biliklər son araşdırmalarda metokoqnitiv biliklər 
kimi adlandırılır. Bu biliklər təfəkkür prosesləri və informasiyaları, 
onlardan  səmərəli  istifadəni  əhatə  edir.  Buraya  strateji,  koqnitiv, 
kontekstual özünüdərk bilikləri daxil edilir. 
Kontekstual biliklərin ibtidai təhsilin məzmununa gətirilməsi 
şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı ilə nəticələnir. Onlar 
strateji  düşüncə  tərzi,  məntiqi  və  yaradıcı  təfəkkür  bacarıqları 
qazanmaqla,  həm  də  özlərinin  yaradıcı  qabiliyyətlərini  qiymətlən-
dirərək nəyə qadir olduqlarını müəyyənləşdirə bilirlər. 
Praktik  cəhətdən  əhəmiyyəti  olmayan  biliklərin  şagirdlərə 
çatdırılması  humanist  prinsiplər  əsasında  qurulan  təhsilin,  o 
cümlədən ibtidai təhsilin məntiqinə ziddir. Belə biliklərdən istifadə 
olunmadığı  halda,  şagirdlər  onu  öyrənməyə  sövq  olunurlar. 
Nəticədə onlar zəruri olmayan biliklərlə yüklənmiş olurlar.  


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə