İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə30/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
89 
İbtidai  təhsilin  məzmunu  nəticəyönümlü  prinsip  əsasında 
müəyyənləşdirilərkən daha inteqrativ  və  konkret xarakter  alır. Şa-
girdlərin  mənimsəyəcəkləri  bilik  və  fəaliyyətlər  standart  qəlibində 
formalaşdırılır. Məsələn, öyrənəcəyi dilin hərf və hərf birləşmələrini 
oxuyur, yazır, sadə riyazi alqoritmlər və layihələr tərtib edir (infor-
matika). İnsanın həyatı və sağlamlığının qorunması yolu ilə bağlı ən 
zəruri təhlükəsizlik qaydalarını izah edir (Həyat bilgisi). 
Göründüyü kimi, fəaliyyətlərin sintezi məzmun standartlarını 
əmələ  gətirmişdir.  Formasına  görə  bacarıqlar  kimi  hazırlanmış 
tələblər funksional cəhətdən şagirdlərin inkişafının hər hansı səviy-
yəsini ifadə etdiyindən  ibtidai siniflərin təlim standartları kimi qə-
bul olunaraq kurikuluma daxil edilmişdir. 
İbtidai  təhsilin  nəticəyönümlü  prinsip  əsasında  müəyyənləş-
dirilməsi, ümumiyyətlə, təhsil standartlarının  hazırlanmasına şərait 
yaradır. Beləliklə, həm məzmun, həm də qiymətləndirmə standart-
larının işlənib hazırlanması mümkün olur. 
Nəticəyönümlülük  prinsipinə  əsasən  yaradılmış  məzmun 
demokratik xarakterə malik olur. Onun reallaşdırılması fikrinə dü-
şən hər bir kəs üçün özünəməxsus pedaqoji fəaliyyət üslubu forma-
laşır.  Hər  bir  istifadəçi  özünün  potensial  imkanlarından,  sinif 
şəraitindən, mühitindən asılı olaraq məzmunu reallaşdırmağa çalı-
şır. İbtidai təhsilin məzmununun şəhər, yaxud kənd mühitində təş-
kili  və  həyata  keçirilməsində  istifadə  edilən  strategiyalar  eyni  ol-
mur. Bu, təhsilin daha rəngarəng, maraqlı qurulması üçün stimul ro-
lunu oynayır. 
İbtidai  təhsilin  məzmununun  nəticəyönümlülük  prinsipinə 
əsasən qurulması dərsliklərin daha demokratik əsasda sərbəst hazır-
lanması  imkanlarını  genişləndirir.  Variativ  dərsliklərin  meydana 
gəlməsi üçün şərait yaradır. Dərsliyin strateji mövqedən yazılması, 
optimal  bir  texnologiya  kimi  məktəbin  istifadəsinə  verilməsi  həm 
də  onu  seçənlərin  sual  qarşısında  qalması  ilə  nəticələnir:  hansi 
dərslik dəstini seçmək daha məqbul olar və təhsil şəraitinin zəngin-
ləşdirilməsinə gətirib çıxarar. 


Gülarə Balayeva 
 
 
90 
İbtidai  təhsilin  məzmununun  nəticəyönümlülük  prinsipi 
əsasında müəyyən edilməsi pedaqoji prosesin demokratik ənənələrə 
söykənməsinə  imkan yaradır. Qəbul olunmuş nəticələri reallaşdır-
maq üçün strategiya seçimində müəllimin sərbəst fəaliyyətinə rəvac 
verilir.   
İbtidai  təhsilin  nəticəyönümlülük  əsasında  müəyyənləşdi-
rilmiş məzmununun idarə olunması  özü də yeni yanaşma tərzi tə-
ləb  edir.  Bu,  keyfiyyətin  idarə  olunması  mexanizmidir.  “Təhsil 
müəssisələrində təşkiletmə (işlək strukturun yaradılması), rəhbərlik 
və  monitorinq  vasitəsi  ilə  təlim-tərbiyə  prosesi  iştirakçılarının 
(şagird, valideyn, müəllim) və köməkçi heyətin fəaliyyətini təhsilin 
və  müəssisənin  inkişaf  məqsədlərinin  həyata  keçirilməsinə  in-
teqrativ şəkildə yönələn fəaliyyət sahəsi kimi qiymətləndirilir” (88, 
s.403). Məzmun nəticəyönümlülük prinsipinə əsasən qurulmuş ibti-
dai təhsilin idarə olunmasının atributu, əsas istinad nöqtəsi, keyfiy-
yət göstəriciləridir ki, bunları məqsədlərin həyata keçirilməsinə yö-
nəldilmiş inteqrativ fəaliyyətlər vasitəsi ilə əldə etmək mümkündür. 
İbtidai  təhsilin  məzmununun  müəyyənləşdirilməsi  prinsiplə-
rindən  biri  şagirdyönümlülükdür.  Çox  hallarda  şəxsiyyətyönüm-
lülüklə  şagirdyönümlülüyü  eyniləşdirən,  onların  arasına  bərabər 
işarəsi qoyanlar tapılır. Fikrimizcə, bu oxşarlığın başlıca səbəbi hər 
iki halda şərhin şagird konteksti ilə bağlı olmasındadır. Əslində isə 
şəxsiyyətyönümlülük  daha  geniş  anlamda  şagirdin  sadəcə  bilik, 
bacarıq və vərdişlərinin formalaşdırılması deyil, onun bir şəxsiyyət 
kimi inkişafını nəzərdə tutur.  İnkişaf isə idraki, hissi-emosional və 
psixomotor  fəaliyyətlərlə  muəyyən  edilir. Şagirdin inkişaf dinami-
kası onun bir şəxsiyyət kimi formalaşdığını aydın şəkildə göstərir. 
Şagirdyönümlülük bilavasitə ibtidai təhsilin məzmununun ən xarak-
terik  cəhətlərindən  birini  müəyyən  etməyə  imkan  verir  ki,  bu, 
bilavasitə mənimsənilən obyektlərin xarakterini diktə edir.  
Ənənəvi  fənn  proqramlarında  müxtəlif  elm  sahələrinə  aid 
məlumat  və  anlayışları  öyrətməyə  üstünlük  verilir.  Bu,  onların 
bilikyönümlü olmasına dəlalət edir. Bu barədə məlumatlarla Azər-
baycanda  həyata  kecirilən  təhsil  islahatlarının  başlanğıc  mərhələ-


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
91 
sində ümumi təhsilin durumunu öyrənən beynəlxalq və milli səviy-
yəli  məsləhətçilərin  apardığı  araşdırmalarda  rastlaşırıq.  Orada 
araşdırmaların nəticəsi olaraq belə bir qənaət hasil edilir ki, islahata 
qədərki  dövrlərdə  Azərbaycanda  ümumi  təhsil,  onun  məzmunu 
bilikyönümlü olmuşdur. Ayrı-ayrı elm sahələrini, onların aparıcı və 
qeyri-aparıcı  olan  müddəalarını,  nəzəriyyələrini,  qayda  və  qanun-
larını  öyrətmək  önəmli  hesab  edilmişdir.  Fənn  proqramlarında 
tədrisi  nəzərdə  tutulan  təlim  materiallarının  müəyyən  ardıcıllıqla 
təsviri  verilmişdir.  Kursun  məzmununu  elmlərin  özünəməxsus 
məntiqlə  düzülmüş  sahələri  təşkil  etmişdir.  Bu  səbəbdən  ibtidai 
siniflərdə  fənləri  elm sahələri ilə  eyniləşdirənlər,  fənlərdə  elmlərin 
əsaslarının ifadə olunduğunu israrla bildirənlər meydana çıxmışdır. 
Şagirdyönümlülüyün mühüm məzmun prinsiplərindən biri ki-
mi nəzərə  alınması məzmunun  təhsil  standartları  formasında ifadə 
olunmasını  və  məhz  həmin  standartların  bilavasitə  şagirdlərə 
ünvanlandığını  tələb  edir.  Bu  isə  o  deməkdir  ki,  hər  sinif  üçün 
standartlar müəyyənləşdirilərkən şagirdlərin yaş, psixoloji və fiziki 
inkişaf səviyyələri ciddi olaraq diqqət mərkəzində saxlanılmalıdır. 
Bütün  bunları  yekunlaşdıraraq  belə  qənaətə  gəlmək  olar  ki, 
ibtidai təhsilin optimal məzmununu hazırlamaq üçün onun didaktik 
əsaslarını müəyyənləşdirmək zəruridir. 
Biz  öz  tədqiqatımızda  ibtidai  təhsilin  məzmunu  üçün  vacib 
olan  bu  problemi  araşdırarkən  belə  bir  qənaətə  gəldik  ki, 
Azərbaycanda  ibtidai  təhsilin  məzmununun  müəyyənləşdirilməsi 
üçün aşağıdakı prinsiplərin nəzərə alınması məqsədəuyğundur. 
1. Milliliklə bəşəriliyin vəhdətinin nəzərə alınması.  
2. İnteqrativlik. 
3. Şəxsiyyətyönümlülük. 
4. Tələbyönümlülük.  
5. Nəticəyönümlülük. 
6. Şagirdyönümlülük. 
Bu prinsiplərin gələcəkdə daha geniş miqyasda ümumi təhsi-
lin digər səviyyələri üzrə belə bir tədqiqatın aparılması, öyrənilməsi 
didaktik çəhətdən əhəmiyyətli hesab edilir. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə