İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
89
İbtidai təhsilin məzmunu nəticəyönümlü prinsip əsasında
müəyyənləşdirilərkən daha inteqrativ və konkret xarakter alır. Şa-
girdlərin mənimsəyəcəkləri bilik və fəaliyyətlər standart qəlibində
formalaşdırılır. Məsələn, öyrənəcəyi dilin hərf və hərf birləşmələrini
oxuyur, yazır, sadə riyazi alqoritmlər və layihələr tərtib edir (infor-
matika). İnsanın həyatı və sağlamlığının qorunması yolu ilə bağlı ən
zəruri təhlükəsizlik qaydalarını izah edir (Həyat bilgisi).
Göründüyü kimi, fəaliyyətlərin sintezi məzmun standartlarını
əmələ gətirmişdir. Formasına görə bacarıqlar kimi hazırlanmış
tələblər funksional cəhətdən şagirdlərin inkişafının hər hansı səviy-
yəsini ifadə etdiyindən ibtidai siniflərin təlim standartları kimi qə-
bul olunaraq kurikuluma daxil edilmişdir.
İbtidai təhsilin nəticəyönümlü prinsip əsasında müəyyənləş-
dirilməsi, ümumiyyətlə, təhsil standartlarının hazırlanmasına şərait
yaradır. Beləliklə, həm məzmun, həm də qiymətləndirmə standart-
larının işlənib hazırlanması mümkün olur.
Nəticəyönümlülük prinsipinə əsasən yaradılmış məzmun
demokratik xarakterə malik olur. Onun reallaşdırılması fikrinə dü-
şən hər bir kəs üçün özünəməxsus pedaqoji fəaliyyət üslubu forma-
laşır. Hər bir istifadəçi özünün potensial imkanlarından, sinif
şəraitindən, mühitindən asılı olaraq məzmunu reallaşdırmağa çalı-
şır. İbtidai təhsilin məzmununun şəhər, yaxud kənd mühitində təş-
kili və həyata keçirilməsində istifadə edilən strategiyalar eyni ol-
mur. Bu, təhsilin daha rəngarəng, maraqlı qurulması üçün stimul ro-
lunu oynayır.
İbtidai təhsilin məzmununun nəticəyönümlülük prinsipinə
əsasən qurulması dərsliklərin daha demokratik əsasda sərbəst hazır-
lanması imkanlarını genişləndirir. Variativ dərsliklərin meydana
gəlməsi üçün şərait yaradır. Dərsliyin strateji mövqedən yazılması,
optimal bir texnologiya kimi məktəbin istifadəsinə verilməsi həm
də onu seçənlərin sual qarşısında qalması ilə nəticələnir: hansi
dərslik dəstini seçmək daha məqbul olar və təhsil şəraitinin zəngin-
ləşdirilməsinə gətirib çıxarar.