İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
95
və praktik əsasda müəyyən etmək onların fəaliyyətinin qurulması
baxımından əhəmiyyət daşıyır.
Azərbaycan ibtidai təhsilində zəngin təcrübə toplanmışdır.
Heç şübhəsiz, bu təcrübə ilə tanışlıq ibtidai təhsil sahəsində məz-
munun funksiyalarını düzgün müəyyənləşdirməkdə daha inan-
dırıcı faktlar gətirməyə imkan yaradır.
İbtidai təhsilin məzmunu da özündə konkret funksiyaları daşı-
yır. Başqa sözlə, hazırlanmış, mövcud olan məzmun məntiqi struk-
tur xüsusiyyətləri baxımından özünəməxsus funksiyalara malik
olur. Bu funksiyalar nəzəri-pedaqoji
aspektdə qədərincə şərh edil-
məsə də, praktik şəkildə həmişə mövcud olmuşdur. Təhsilin inkişaf
tarixi boyu müəyyən məzmun hazırlanmış, onun realizəsi təşkil
edilmişdir. Bu, təhsilin təşkilinin ümumi məntiqindən irəli gələn bir
təbii proses kimi yerinə yetirilmişdir. Heç şübhəsiz, praktik olaraq
funksiyaların reallaşdırılması mövcud olmuşdur.
Araşdırmalar onu göstərir ki, funksiyalar daha çox vəzifələrə
yaxındır. Lakin onların eyni olmayan, bir-birindən fərqli cəhətləri
də vardır. Vəzifələr daha çox məqsəddən irəli gələrək müəyyənləş-
dirilən və qarşıya qoyulan fəaliyyətləri ifadə etmək üçün istifadə
edilən anlayışdır. O daha çox məqsədlə bağlı olduğundan istifadə
olunan vasitələrlə sadəcə bağlanır.
Funksiyalar isə bilavasitə obyektin mahiyyət və məzmununda
olduğundan onun müəyyən mənada xarakterini ifadə edir.
Fikrimizi əsaslandırmaq üçün belə bir analogiyadan istifadə
edirik. İbtidai təhsilin özünəməxsus məqsədləri vardır. Həmin məq-
sədlərə uyğun olaraq onun konkret vəzifələri müəyyən olunmuşdur.
İbtidai təhsilin məqsədlərinə müvafiq olaraq məzmun
müəyyənləşdirilmişdir. Bu məzmun bütövlükdə bir obyekt kimi
konkret potensial funksiyaları ilə mövcuddur. Onların meydana
çıxarılmasında məzmunun özünəməxsus daxili imkanlarını
araşdırmaqla yanaşı, həm də onun əlaqə və ünsiyyətdə ortaya çıxan
keyfiyyətlərinin qeyd olunması zəruridir.
Ona görə də bu tədqiqatda ibtidai təhsilin məzmununun
funksiyaları barədə araşdırmalar apararkən mühüm obyekt kimi
Gülarə Balayeva
96
onun mahiyyəti ilə bağlı və eləcə də reallaşdırılması prosesində
əlaqədə olduğu digər hadisə və proseslərlə əlaqədar xüsusiyyətləri
nəzərdən keçirməklə konkret fikir söyləməyi məqsədəmüvafiq
hesab etdik.
Tədqiqatımızın əvvəlində təhsilin məzmunu anlayışının
mahiyyəti, eləcə də pedaqoji ədəbiyyatda onun qoyuluşu, eləcə də
məzmunla bağlı digər məsələlər ətrafında araşdırmalar apararkən
belə qənaət hasil edilmişdir ki, ibtidai təhsilin məzmunu ibtidai
təhsil pilləsində bilik, bacarıq və vərdişlərin, şagirdlərin inkişafını
təmin edən fəaliyyətlərin sistemindən ibarətdir. Bu sistem prinsip
etibarı ilə şagirdyönümlü, şəxsiyyətyönümlü, nəticəyönümlü
mahiyyət kəsb etməklə milli və bəşəri dəyərləri özündə birləşdirir.
Ən başlıcası zəruri bilik, bacarıq və vərdişlər əsasında formalaşmış
dəyərlərdən ibarət olur. Bu dəyərlər şagirdin inkişafının keyfiyyət
göstəricisi kimi yeni kurikulumlarda ümumi nəticələr kimi verilir.
Məlum olduğu kimi, ümumi təhsilin hər pilləsinin sonunda belə
nəticələr vardır, o cümlədən ibtidai təhsilin sonunda bu tipli nəticə
verilmişdir.
Tədqiqatın əvvəlində qeyd olunduğu kimi, bu nəticələr
şagirdlərin ümumi inkişafının müəyyən
səviyyəsini ifadə etdiyindən
və ölçülə bildiyindən təlim standartları adlandırılır. Azərbaycanda
bu tip standartlar müxtəlif növ kurikulumlar meydana gəldiyi
dövrdən yaradılmağa başlamışdır. Lakin bu məsələnin aktuallığı
ötən əsrin 90-cı illərində qeyd edilmişdir. Yaxın zamanlarda qəbul
edilmiş Təhsil Qanununda təhsil standartlarına xüsusi maddə həsr
olunmuş, bir daha pedaqoji anlayış kimi onun mahiyyəti açıqlan-
mışdır: “Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin,
dövlətin tələbatına uyğun olaraq, pedaqoji prinsiplər əsasında hazır-
lanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət
tələblərini əks etdirən ümumi normalar məcmusudur”(119, s.13).
Göründüyü kimi, təhsil standartı sadəcə təlimə dair bilik və
bacarıqları əhatə etmir. O daha geniş mənada işlənməklə təhsil
müəssisələrinin normalarını ümumiləşdirir: “Dövlət təhsil
standartları... hər bir təhsil pilləsində təhsil alanların bilik, bacarıq