İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
119
Bunlar ümumi təhsilin bir səviyyəsi kimi, ibtidai təhsilin
bütöv, bir tam halında başa çatmış, formalaşmış struktur olduğunu
göstərir.
Üçüncü, ibtidai təhsil səviyyəsində fənlərin olması, onların
sonrakı təhsil səviyyələri ilə müqayisədə daha çox inteqrativ
xarakter daşıması mühüm xüsusiyyətlərdən biridir. Adətən ibtidai
siniflərə dair fənlərin özündə müxtəlif elmin və onunla bağlı müx-
təlif sahələrin anlayışları ehtiva olunur. Bu yanaşma tərzi didaktika-
da təhsilin məzmununun yaradılmasında geniş yayılmışdır. Lakin
hazırkı dövrdə ibtidai təhsilin daha geniş, tutumlu fənn blokları for-
masında təqdim olunması inteqrativlik baxımından daha çox əhə-
miyyət daşıyır.
Dördüncü, ibtidai təhsilin məzmununun strukturunda üfiqi və
şaquli inteqrativliyin olması onun mühüm əlamətlərindən biri kimi
dəyərləndirilir. Məzmun struktur cəhətdən qurulduqda fənlər ara-
sında əlaqələrə, eləcə də hər bir fənnin uyğun anlayışları arasında
bağlılığın yaradılmasına xüsusi didaktik əhəmiyyəti olan hadisə ki-
mi yanaşılır.
İnteqrativliyin nəzərə alınması, ilk növbədə, idrak fəallığını
yüksəldir, şagirdlərin təfəkkür əməliyyatları aparmasına imkan
yaradır. İnteqrasiya olan yerdə ibtidai sinif şagirdləri daha çox
fəallıq göstərir, ümumiləşdirmələr aparır, oxşar və fərqli cəhətləri
müqayisə etməklə nəticələrə gəlir, müvafiq hökmlər çıxarırlar.
Dissertasiyanın əvvəlki hissələrində ibtidai təhsilin məzmunu
ilə bağlı aparılmış araşdırmaları və əldə olunmuş qənaətləri nəzərə
almaqla onun strukturu aşağıda verilmiş cədvəldəki kimi ümumləş-
dirilir.